Cins və xarakter. Отто Вейнингер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Отто Вейнингер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
həm kişilərin, həm də qadınların eyni miqdarda doldurduğu müəyyən aralıq sahə mövcud olur. Aralıq cinsi formalar nəzəriyyəsinin bu dayanıqsızlığı müəyyən qədər faydalı olsa da, bununla eyni zamanda əsl təmiz elmin maraqlarına ciddi ziyan vurmuşdur. İxti-saslı anatom və antropoloqlar heç vaxt cinsiyyət tiplərinin elmi cəhətdən müəyyən olunmasına çalışmamış, yalnız bərabər tətbiq oluna bilən ümumi əlamətləri tapmaq istəmişlər. Lakin sonsuz sayda cürbəcür istisnalar ucbatından bu heç vaxt onlara nəsib olmamışdır. Buraya aid olan bütün ölçmə nəticələrinin qeyri-müəyyənliyi və dağınıqlığı bununla izah olunur.

      Bizim sənaye epoxasının həm öz elmiliyini xüsusi nə-zərə çarpdırmaq, həm də əvvəlki dövrlərdən fərqlənmək-dən ötrü statistikaya ümumi marağı bu ideyaların uğurlu inkişafı yolunda güclü əngəldir (yəqin ki, statistika ilə ri-yaziyyatın qohumluğu özünü büruzə verir). Tip deyil, or-ta səviyyə axtarmışlar. Anlamamışlar ki, təmiz (tətbiqi ol-mayan) elmi sistemdə mərkəzi fiqur yalnız tipdir. Buna görə də mövcud morfologiya və fiziologiya öz kəşfləri ilə tip axtarmaqla məşğul olan insana kömək etmək iqtida-rında deyildir. Burada yeni ölçmələr müəyyən edilməli, məsələnin daha geniş tədqiqi aparılmalıdır. İndi əlimizdə olan məlumatların elm üçün sözün yalnız Kant anlamın-da deyil, daha geniş anlamında heç bir əhəmiyyəti yox-dur.

      Bu halda ən vacib şey KQ-nin dərk olunmasıdır, ideal kişi və ideal qadının (“ideal”, yəni hər cür sonrakı təsnifatsız tipik) dəqiq və doğru müəyyənləşdirilməsidir. Əgər biz bu tipləri dərk və müəyyən edə bilsək, onda ar-tıq onları ayrı-ayrı hallara tətbiq və sonuncunu hər iki ti-pin müəyyən miqdarının qarışığı kimi təsvir etmək çətin olmayacaq. Beləliklə, bu əsər bizə bol nəticələr vəd edir.

      Mən bu fəslə belə yekun vururam: elə bir canlı varlıq yoxdur ki, yalnız müəyyən bir cinsiyyət baxımından tə-yin oluna bilsin. Gerçəklik daha çox iki nöqtə (məqam) arasında müəyyən dəyişilmə büruzə verir, onlardan heç biri empirik aləmin hansısa bir fərdində tamamilə təcəs-süm olunmur, lakin hər bir fərd onların hər birinə yaxın-laşır. Elm bu iki quruluş tipi arasındakı tək varlığın möv-qeyini müəyyənləşdirməyi öz qarşısına məqsəd qoymalı-dır. Bu tipləri təcrübə dünyasında ola-ola onun fövqünə yüksələn xüsusi metafizik varlıq saymaq lazım deyildir. Gerçəkliyin mümkün mükəmməl təsvirinin evristik moti-vi labüd olaraq onların dərkinə aparır.

      Bütün canlı varlıqlarda cinslərin fərqliliyinin nata-mamlığının nəticəsi kimi ortaya çıxan bu biseksuallığın anlaşılması hələ çox qədimlərə aiddir. Ola bilsin ki, o, Çin mifologiyası üçün də yad olmamışdır, amma hər halda QədimYunanıstanda çox bilinən bir şey idi. Hermafrodi-tin mifik obrazda təsviri və Platonun “Ziyafət” əsərində Aristofanın hekayəsi buna sübutdur. Daha sonrakı dövr-lərdə mövcud olmuş qnostik ofit sektası ilk insanı Andro-ginia kimi təsəvvür edirdi.

      II FƏSİL

      ARRHENOPLASM

      VƏ THELYPLASMA

      Bura aid faktları hərtərəfli nəzərdən keçirməyi qarşı-sına məqsəd qoymuş tədqiqat hər şeydən öncə oxucunun bu əsərdə cinsiyyət tiplərinin anatomik və fizioloji xüsu-siyyətlərinin yeni və tam təsvirini tapacağı ilə bağlı təbii ümidini doğrultmalıdır. Məqsədimin bu böyük məsələni həll etmək üçün müstəqil tədqiqatlar aparmaq olmadığını nəzərə alsaq (əsərimin son məqsədi üçün də bunun heç bir əhəmiyyəti yoxdur) və bir adam üçün bunun öhdəsindən gəlməyin mümkün olub-olmamasından asılı olmayaraq mən bu əsərdən əvvəlcədən imtina etməliyəm. Ədəbiy-yatda olan bütün nəticələrin kompilyativ şərhi isə tamami-lə gərəksiz bir iş olardı, çünki Hevlok Ellis bunu çox gözəl bir şəkildə etmişdir. Ehtimal əqli nəticələr yolu ilə onun tapdığı nəticələr əsasında cinsiyyət tipləri yaratmağa can atmaq bizi ən yaxşı halda hipotetik müddəalara gətirəcək ki, bu da elmi işin inkişafını zərrə qədər də asanlaşdırma-yacaq. Bu fəsil daha çox formal, ümumi xarakter daşıyır. O, bioloji prinsiplərə istiqamətlənib və gələcək tədqiqatçı-ların diqqətini bəzi ayrı-ayrı məsələlərə cəlb etmək və bu-nunla onların işinə öz töhfəsini vermək istəyir. Bioloji bi-likləri olmayan oxucu bu fəsli adlayarsa, kitabın qalan hissələrinin onun tərəfindən anlaşılmasına bunun xüsu-si zərəri olmayacaq.

      Kişiliyin və qadınlığın müxtəlif dərəcələri haqqında təlim sırf anatomik nöqteyi-nəzərdən inkişaf etdirilmişdir. Anatomiya isə təkcə kişiliyi və qadınlığı ifadə edən forma-ları öyrənməklə məhdudlaşmır. O, həmçinin onların hansı yerlərdə xüsusi kəskinliklə gözə çarpdığına da diqqət yeti-rir. Bədənin müxtəlif hissələrində əks olunan cinsiyyət fərqlərinə dair gətirilmiş misallar onu sübut edir ki, cinsiy-yət təkcə mayalanma orqanları və rüşeym vəziləri ilə məh-dudlaşmır. Lakin burada sərhəd xəttini haradan keçirməli? Cinsiyyət yalnız “birinci”, yaxud “ikinci” cinsi əlamətlər-dən ibarətdirmi? Yaxud onun əhatəsi daha genişdir? Başqa sözlə cinsiyyət harada var və harada yoxdur?

      Göründüyü kimi, son onilliklərdə kəşf edilmiş çoxlu yeni faktlar yenidən bizi məcbur edir ki, XIX yüzilliyin 40-cı illərində kəşf edilmiş, lakin özünə çox az tərəfdar top-lamış bir nəzəriyyəni qəbul edək. Məsələ ondadır ki, bu nəzəriyyənin labüd olaraq gətirib çıxardığı nəticələr həm onun banisini, həm də onun əleyhdarlarını elmi araşdır-maların bütün nəticələri ilə uzlaşmayan ziddiyyətlərlə üz-üzə gətirirdi. Doğrudur, bu ziddiyyətlər onun banisinə deyil, əleyhdarlarına aradan qaldırılmaz görünürdü. Hal-hazırda təcrübə bizi məcbur edir ki, yenidən ən yeni elmi məlumatlarla bağlı bəzi dəyişikliklərə uğramalı olan bu nəzəriyyəyə müraciət edək. Mən cinsiyyətin bütün bədə-nə yayıldığını təsdiqləyən Kopenhagenli zooloq Yor.İape-tusa Sm.Stenstrupun təlimindən bəhs edirəm.

      Ellis orqanizmin cinsi quruluşca hər yerdə fərqli ciz-gilər büruzə verən, demək olar ki, bütün toxumaları haq-qında çoxlu məlumatlar topladı. Xatırlatmaq istəyirəm ki, tipik kişi və tipik qadın sifət rəngi bir-birlərindən kəskin şəkildə fərqlənir. Bu onu düşünməyə əsas verir ki, həm də-rinin hüceyrələrində, həm də onun qan damarlarında mə-lum cinsi fərqlilik özünü büruzə verir. Şübhəsiz ki, həm qan boyayıcı maddənin miqdarında, həm də mayenin kub santimetrindəki qan kürəciklərinin sayında bu fərqlilik var. Bişof və Rüdinger beyində cinsiyyət fərqliliyi oldu-ğunu müəyyən etdilər, ən yeni dövrdə isə Yustus və Alis Qaul eyni fərqliliyi vegetativ orqanlarda da (qaraciyər, ağciyər, dalaq) kəşf etdilər. Həqiqətən də, qadında nə var-sa, bəzisi güclü, bəzisi zəif olmaqla kişiyə “erogen” təsir göstərir. Öz növbəsində kişidə olan hər şey qadını qıcıq-landırır və özünə cəlb edir.

      Elə bu məqamda biz formal məntiq baxımından, doğ-rudan da, fərziyyədən başqa bir şey olmayan, lakin onun doğruluğunu təsdiq edən çox sayda faktların təsiri altında demək olar ki, tam mötəbərlik qazanan belə bir müddəa irəli sürə bilərik: orqanizmin hər bir hüceyrəsi müəyyən cinsi xarakterə, müəyyən cinsi çalara sahibdir. Aralıq cinsi formaların universallığı prinsipimizə uyğun olaraq elə buradaca əlavə edirəm ki, bu cinsi xarakter müxtəlif in-tensivlik dərəcəsinə