Pi`nin həyatı. Янн Мартел. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Янн Мартел
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8200-8-9
Скачать книгу
İsti, rütubətli bir bucaq təsəvvür edin ki, burada günəş şüaları daim əlvan rənglər yaradır. Orda bütün rənglər canlı və doğma idi. Hara baxırsan bax, orda mühüm ağaclar, kollar, lianlar və müqəddəs fikuslar, hələ meşə bitkisi olan kraliça deloniksi, qırmızı kətan, jakaranda, manqo, çörək ağacı, başqa da adını bilmədiyim amma yanındakı löhvələrdə yazılmış bitkilərlə dolu idi. Hər addımda oturacaqlar qoyulmuşdu. Həmişə skamyalarda kimsə oturur və ya yatırdı, ya da gənc sevgililəri görmək olurdu. Elə bu dəmdə birdən-birə ağacların arasında sənə utancaqlıqla baxan möcüzəvi bir varlıq görürsən – bu zürafədir. Ancaq bu hələ axrıncı sürpriz deyil. Bir an da keçəndə sən meymunların dəlicəsinə bağırtısını eşidə bilərsən. Turniketə yaxınlaşırsan, qəpik-quruş ödəyirsən, irəliləyirsən. Qarşına alçaq bir divar çıxır, görəsən bu alçaq divarın arxasında nə var? Hind kərgədandır. Başını digər yana çevirirsən çətinliklə də olsa böyük bir varlığı sezirsən bu da fildir, əvəzində bataqlığın içində özü üçün sərinləyən begemotu dərhal tanıya bilirsən. Bir sözlə nə qədər uzaqlara baxsan, o qədər canlı görəcəksən. Bu da sənin Zooaləmin!

      Podşineriyə gələnə qədər atam Mədrəsdə böyük bir mehmanxananın idarəçisi idi. Lakin, heyvanlara qarşı olan böyük sevgi onu başqa işlə məşğul olmağa, zooparkın direktoru olmağa məcbur etdi. Nə deyəsən, olduqca ağıllı qərar idi, bir də ki, nə fərqi var mehmanxananı idarə edəsən ya zooparkı, oxşar şeylərdir. Sizcə düz demirəm! Bir yandan da, zoopark mehmanxana ilə müqauisədə əməlli-başlı kabusdur. Bir təsəvvür edin, onlara təkcə bir otaq yox, böyük bir pansion verirsən, onların daima qonaqları olur və aralarından çox azı var ki, səs-küylü olmasın. Onların tökdükləri zir-zibili təmizləmək üçün, necə deyəllər özlərinə xas olan eyvanlarına çıxmasını gözləməlisən. Təmizlik isə burada elə də sadə iş deyil, onların əksəriyyəti ürəkləri istədikləri kimi batırırlar. Çoxları heç nəyə baxmayan əyyaşlar kimidilər. Belə ki, onlardan hər biri, ətindən ət kəsirsənmiş kimi qışqırır, böyük ehtirasla, dayanmadan yemək yeyir, daim nədənsə şikayətini ifadə edir, əvəzində xərclik də vermir. Öz aramızdır, onların içində təmiz və səliqəli olanlara da rast gəlmək olur. Belələri də yavaş-yavaş vəhşiliyini göstərir, onlara xidmət edənləri təhqir edir. Siz belə vəhşilərin yaşadığı mehmanxanaya qonaq dəvət etmək istərdiniz? Deməli belə… Podşineri zooparkı Santuşa Patel üçün həm unudulmaz sevinc mənbəyi, həm də daimi baş ağrısına çevrildi. Santuşa Patel bu zooparkın banisi, sahibi, direktoru və əlli nəfərdən ibarət işçinin idarəedicisi, həm də mənim atamdır.

      Mənim üçün isə bura yer üzündəki cənnət idi. Mənim ən xoşbəxt xatirələrim bu zooparkla bağılıdır, axı mən burda yaşayıb böyümüşəm. Mən şahzadə kimi yaşamışam. Axı, hansı maxaracinin oğlu belə böyük və möhtəşəm oyun meydançasına sahibdir? Başqa hansı sarayda bu qədər vəhşi heyvan toplanıb. Səhərlər mənim zəngli saatım şirin kükrəməsi idi. Aydındır ki, şirlərin zaman anlayışı isveç saatı kimi deyil, amma hər səhər beşdə, ya da altıda o mütləq kükrəyir, bütün yatanları oyadırdı. Məni səhər yeməyinə bildirçinlər, ağacdələnlər, moluk kakaduları çağırırdı. Səhərlər məni məktəbə təkcə mehriban ana baxışları deyil, həm də su samurları, vahiməli amerikan bizonları və çığır-bağır salan oranqutanlar yola salırdı. Ağacların altı ilə yeriyərkən həmişə başımı əyirdim ki, tovuz quşlarının lələklərinə dəyib onları narahat etməyim. Yarasaların sallandığı ağacların altı həmişə təhlükəsiz olurdu, yeganə təhlükə oydu ki, səhərin alaqaranılığında, qaranlıq budaqların arasında onlar yatmağa çalışırdılar, gərək nə edirsənsə et, səsini çıxartmayasan. Mən yolüstü, adətim üzrə, kiçik suda-quruda yaşan heyvanların yaşadığı hissəyə girirdim, sanki cilalanmış kimi parıldayan qızıl balıqları salamlayırdım, qurbağalara tamaşa edirdim. Onlardan bəzilərinin dərizi zümrüd rəngdə, bəziləri tünd göy rəngli ləkələrlə qarışıq yaşıl rəngdə idi. Bəzən də elə olurdu ki, quşların yanına gedirdim, orada çəhrayı flaminqo, qara durna, əyriburun kazuar ya da gümüşü qumru, alabəzək sığırçın, qırmızıyanaq çığırğan, qarabaş, uzunquyruqlu və yaşıl sinəli tutuquşular olurdu. Fillər, suitilər, böyük pişiklər, ayılar hələ ki gözə dəymir, hələ onların vaxtı deyil, əvəzində əntərlər, makakalar, manqabeylər, hibbonlar, marallar, tapirlər, lamalar, zürafələr və manquslar gün çıxan kimi oyanırdılar. Hər səhər, əsas darvazadan çıxmadan öncə həmişə eyni vaxtda, eyni səhnə ilə qarşılaşırdım, tısbağalardan yaranmış bir pramida, göy qurşağının bütün rənglərini üzündə daşıyan mandrila, müdrük susqunluğu ilə zürafə, əsrarəngiz, sarıya çalan ağzı açıq begemot, ara tutuquşusu, dəvələr və s. məni salamlayırdılar. Bütün bu var-dövlət gözümün qarşısında sayrışırdı, axı mən məktəbə tələsirdim. Ancaq dərsdən sonra, heç bir problemsiz onlarla ilgilənə bilirdim. Fillər mənim cibimdə qoz olub-olmadığını yoxlamaq üçün paltarlarımı qoxlayırdılar, ya da oranqutanlar başımı bitləyirdilər, bir şey tapa bilməyəndə, küsmüş halda çıxıb gedirdilər, mənim başım heç vaxt onların ümidlərini doğrultmurdu.

      Məgər, suitilərin sudan çıxmasını və ya havada lələk kimi uçan hörmçəyəbənzər meymunun hərəkətlərini ya da axmaq kimi başını yellədən şirin hərəkətlərinin gözəlliyini təsvir etmək üçün sözlər bəs edərmi. Xeyr, sözlər sadəcə bu gözəllik dənizində batıb, qərq olar. Ən yaxşısı bunu beynində təsvir edəsən, bundan doğrusu yoxdur.

      Zooparkda da, təbiətdə olduğu kimi, ən gözəl mənzərələr ya gün batımında, ya da gün çıxanda olur. Bu zamanlarda heyvanların çoxu ayıq olur. Onlar yuxudan oyanıb, yuvalarından çıxıb, özlərini şəlalənin altına vururlar. Bəzəklərini nümayiş etdirirlər. Mahnılar oxuyurlar. Cürbəcür ayinlər göstərirlər. Budur o, saatlarla durub gözləyən tamaşaçının mükafatı. Şəxsən mən, tanrı bilir, nə qədər zamanımı bu tamaşaya sərf etmişəm, bu bizim planetdə ən çətin və çoxtərəfli həyat formasının bir göstərişidir. Bu elə gözəl, elə rəngarəng, elə çox səsli, elə möcüzəvidir ki, sadəcə ağlını itirirsən.

      Mən zoopark haqqında, Tanrı haqqında eşitdiyim qədər uydurmalar eşitmişəm. Bəzi heyvanlardan başı çıxmayan xeyirxahlar iddia edirlər ki, heyvanlar ancaq “azad” olduqları yerdə “xoşbəxt” olurlar. Belə insanlar adətən heyvan deyəndə, böyük, vahiməli bir vəhşini təsəvvür edirlər. Bu şir ya da he-part ola bilər (kimin ağlına nə gəlsə). Onlar təsəvvür edirlər ki, vəhşi gözəlçə savannada həyatda qalmaq üçün ov axtarır… daha sonra isə özündən razılıqla tutuduğu ovu mədəsinə ötürür, sonra isə hətta ətrafındakılara da pay saxlayır. Onlar güman edirlər ki, vəhşi qürurlu və nəvazişli baxışlarla öz qanından olanları, öz ailəsini ovuna qonaq edir, daha sonra hamısı birlikdə ağacların budaqları altında yatıb, gün batımının həzzinə qapılırlar. Onlar öz aləmlərində vəhşi heyvanların həyatını, sadəcə gözəl və çox mənalı olaraq düşünürlər. Daha sonra amansız insanlar onları tələyə salır və dar qəfəsdə həbs edirlər. Əlvida tam “xoşbəxtlik”. Bunun üçün də güya bütün vəhşilər ancaq və ancaq “azadlıq” haqqında düşünürlər. Daim azadlığa çıxmaq arzusuyla yanıb tutuşurlar. “Azadlıq”dan məhrum olmuş, uzun müddətlik məhbəs yaşayan heyvanlar sadəcə öz kölgələrinə çevrilirlər, onları ruhu artıq öldürülüb. Bəzi xeyirxahlar