Pi`nin həyatı. Янн Мартел. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Янн Мартел
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8200-8-9
Скачать книгу
gəldi. Bir anlıq tərəddüd etdim, amma sonra iki qəhvə sifariş verdm. Bayaqdan söhbət etdiyimiz adamla tanış olduq. Adı, Fransis Adirubasami idi.

      -Lütfən əhvalatınızı danışın, – dedim.

      -Onda diqqətlə məni dinləməlisən.

      -Dinləyəcəyəm, – deyib qələmlə qeyd dəftərçəmi çıxartdım.

      -De görüm, burdakı botanika bağına gedibsən? – deyə soruşdum.

      -Dünən getmişəm.

      -Bəs uşaqlar üçün olan qatarın xəttlərinə fikir verdin?

      -Bəli, fikir verdim.

      -Hələ də bazar günləri ordan uşaqları əyləndirmək üçün qatar keçir. Amma vaxt var idi hər gün yarım saatdan bir keçirdi. Stansiyaların adlarını qeyd etdinmi.

      -Birinin adı “Rozvil” idi, gül bağının düz yanında idi.

      -Düzdür bəs o birisi?

      -Yadımda deyil.

      -İndi onun adını göstərən lövhə sökülüb. Bir zamanlar digər stansiyanın adı “Zoopark” idi. Uşaq qatarının iki stansiyası var idi. “Rozvil” və “Zoopark”. Bir vaxtlar Pondişeri botanika bağının içində bir zoopark var idi.

      Qoca əhvalatını danışmağa davam etdi, mənsə qeydlərimi apardım.

      -Onunla danışmalısınız, – o əhvalatının baş qəhramanı haqqında dedi. – Onu lap yaxşı tanıyırdım. İndi artıq o böyüyüb. Onun ağzını arayın, bəlkə o daha yaxşı xatırlayır.

      Daha sonra, Torontoda onun qəhrəmanını telefon kitabçaların-dan doqquz sütun boyu ard-arda düzülmüş Patel soyadlarına görə axtardım və tapdım. Telefon nömrəsinə zəng edəndə ürəyim sürətlə döyünməyə başladı. Cavab verən səsin, aydın amma Hindlilərə xas vurğularını, açıq havaya yayılmış tüstü kimi dərhal tutdum. “Hə, bu lap çoxdan baş verib” – dedi. Amma yenə də görüşməyə razılıq verdi. Biz bir neçə dəfə görüşdük. Mənə həmin hadisələr vaxtı tutduğu gündəliyini göstərdi. Qısa müddətlik də olsa onu tanıtdırıb məhşurlaşdırmış, saralmış qəzet səhifələrini göstərdi. Başına gələnləri danışdı. O danışarkən, mən qeydlərimi götürdüm. Təqribən bir il sonra, böyük çətinliklərdən sonra Yaponya Nəqliyyat Nazirliyindən bir kaset və arxiv sənədləri aldım. Bu kasetə qulaq asdıqca haqqında bəhs olunan əhvalatın məni Tanrıya inandıracağı iddiası ilə bağlı cənab Adirubasamiyə inanmağa qərar verdim.

      Düşündüm ki, cənab Patelin başına gələn bu əhvalatı, birinci şəxsin adı ilə təqdim etmək daha təbii olacaq, öz səsi və gözlərilə baxaraq. Digər tərəfdən yol verilə biləcək bütün səhvlər mənim üzərimdədir.

      Təşəkkür etmək istədiyim bir neçə adam var. Əlbəttə ən çox cənab Patelə minnətdaram. Ona olan minnətdarlığım, Sakit Okean qədər sonsuzdur və ümid edirəm, həyat hekayətini danışmağım onu məyus etməz. Belə bir əhvalatın varlığından məni xəbərdar edən cənab Adiubasamiyə də təşəkkür borcluyam. Həmin əhvalatı tamam qələmə almağa kömək göstərən üç nümunəvi, peşakar məmura da minnətdaram: Ottavadakı Yaponya Səfirliyində çalışan cənab Kazuhiko Odaya, Oika dənizçilik şirkətindən cənab Hiroşi Vatanabeyə və xüsusi olaraq hal-hazırda pensiyaya çıxmış Yaponya Nəqliyyat Nazirliyindən, cənab Tomohiro Okamotoya təşəkkürlərimi bildirirəm. Həmçinin məndə yaşayıb-yaratmağa həvəs yaradan cənab Moasir Sklyara da təşəkkürlərimi bildirirəm. Son olaraq mükəmməl təşkilat olan Kanada İncəsənət Şurasına ən dərin minnətdalığımı bildirirəm, onların ianələri olmasaydı, yəqin ki, “Portuqaliya 1939-cu il”-lə heç bir bağlılığı olmayan romanımı bir yerə toplayıb, çap etdirə bilməyəcəkdim. Əgər biz vətəndaşlar sənətkarlarımızı dəstəkləməsək, təsəvvür gücümüzü, kobud gerçəkliyin ayaqları altında qurban vermiş olarıq və ən sonunda heç nəyə inanmamağa, dəyərsiz yuxular görməyə, kabus dolu ümidlərlə yaşamağa başlayardıq.

      BİRİNCİ HİSSƏ

      Toronto və Pondişeri

      Bölüm 1

      Mən sıxılırdım, sanki içimi pişik cırmaqlayırdı. Amma universitet məşğələləri və müntəzəm, ciddi dini fəaliyyət məni tədricən həyata qaytardı. Dini görüşlərimə sadiq qalmağım, bəzilərinə qəribə görünürdü. Orta məktəbin son ilini də başa vurub, Toronto universitetinin iki fakültəsinə birdən daxil oldum. Birincisi ilahiyyat, ikincisi isə zoologiya idi. İlahiyyat fakültəsində təhsilimin dördüncü ilində kurs işim Segeddən olan, XVI əsrin görkəmli kabbalisti İsaak Lurinin kosmoqonik nəzəriyyəsindən bəhs edirdi. Zoologiyadan kurs işim isə üçbarmaqlı ərincəkdə qalxanvarı vəzinin funksional analizinə həsr edilmişdi. Mən ərincəyi ona görə seçmişdim ki, onun sakit, sülhsevər, öz dünyasıyla barışıq xarakteri mənim narahat daxili dünyam üçün əsl dərman kimi gəlirdi.

      Ərincəklər iki barmaqlı və üç barmaqlı olur, lakin bunu ancaq onların ön pəncələri üçün demək olar, arxa pəncədə bütün ərincəklərin üç caynaqlı barmağı olur. Yayda bir dəfə bəxtim əməlli başlı gətridi, mən Brazilyada axtarış yerində bir üç barmaqlı ərincəyi öyrənirdim. Bu heyvanlar nadir maraqlı növlərdəndir. Onların bircə vazkeçilməz vərdişləri var o da tənbəllikdir. Onlar gün ərzində orta hesabla iyirmi saata qədər yatıb istirahət edirlər. Bizim qrupumuz beş vəhşi üçbarmaqlı ərincəyin yuxu xüsusiyyətlərini öyrənirdi: yenicə axşam düşəndə onlar yatmağa hazırlaşarkən, onların başına içi su ilə dolu alqırmızı rəngdə plastik qab qoyduq. Növbəti gün səhər açılandan xeyli sonra qabın qoyduğumuz yerdəcə içindəki su ilə birlikdə qaldığını gördük, su ətrafa tökülməmiş, əksinə suyun içinə çoxlu həşəratlar düşmüşdü. Ərincəklər ancaq gün doğanda əsnəyirlər, lakin bu əsnəmək sözü özlüyündə çox-çox şişirdilib. Onlar hərəkət etmək istəyəndə budaqlarla başı aşağı saatda 400 metr sürətlə sürünürlər. Ancaq yerdə bir ağacdan o birinə sürünən saatda ən çoxu 250 metr sürətlə irəliləyə bilirlər, bu isə ancaq onların diqqətini nəsə cəlb etdikdə baş verir, adi halda isə onlar saatda 4-5 metrdən artıq sürünmürlər.

      Üçbarmaqlı ərincəyin ətraf mühütlə bağlı təsəvvürü olduqca qıtdır. İkidən ona qədər olan hissiyyat şkalasında Bibinin (Uilyam Bibi amerikan təbiət tədqiqatçısı 1872-1962) 1926- cı il araşdırmasına görə ərincəyin dadbilməsi, toxunuş hissi, görməsi və duyması “iki”ylə, yəni hissiyyatsızlıq dərəcəsi ilə qiymətləndirilir, onun iyibilməsi isə “üç”dür. Elə olur ki, meşədə yatmış ərincəklə qarşılaşırsan və ona toxunub oyadırsan, lakin o oyanıb ətrafa boylanır, sənə heç fikir də vermir. Heç ərincəyin həyatının mənası da məlum deyil, axı onun üçün hər şey kino kimi bulanıq, qeyri-müəyyəndir. Eşitməyə gəldikdə isə ərincək elə də kar deyil, sadəcə ətrafdakı səslər onu çox da maraqlandırmır. Bibi də bu haqda yazır ki, əgər yatmış ya da yeməklə məşğul olan ərincəyin qulağının dibində tüfəngdən atəş açsan o heç gözünü də qırpmayacaq. İyi bilməsinə gəldikdə isə bunu heç qiymətləndirməyə dəyməz. Lakin, ərincəklərin çürüntü qoxusunu bildiyi və üzünü yana tutduğu deyilsə də, Bullok 1968-ci ildə apardığı araşdırmasında deyir ki, ərincəklər