Qoca Xəttabıç. Лазарь Лагин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лазарь Лагин
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952245219
Скачать книгу
uşaqdır! Bu gün-sabah onun saqqalı çıxa-caq, nə uşaq?!

      Ata bunu deyərkən saqqal mövzusunda nə qədər haqlı olduğundan xəbərsiz idi.

      Hər halda, Aleksey Alekseyeviç nənənin sözlərini dinlədi və Volkanın otağına getmək fikrindən daşındı. Bu zaman oğlan öz otağından atasının, anasının və nənəsinin Jenya və Seryoja barədə uzun-uzadı söh-bətlərini dinlədi. Doğrudan ha, bu iki uşaq eyni gündə necə yoxa çıxa bilərdi?! Volkanın isə öz dərdi özünə bəs idi, o başqa düşüncələr içində itib-batırdı. Elə bu fikirlərlə özü də hiss etmədən sakitcə yuxuya getdi.

      Gecəyarısı yağış yağmağa başladı. Səhər, hava işıqlaşana yaxın səma qara buludlardan təmizlənəndə kimsə ağır yuxuda olan qəhrəmanımızın çiyninə bir neçə dəfə yumşaq şəkildə toxundu. Lakin Volka gözlərini açmağa ərindi. O, şirin yuxudan oyanmaq fikrində deyildi. Bundan sonra oğlanı oyatmağa çalışan kəs kədərli bir şəkildə ah çəkdi, dodağının altında nəsə mızıldandı və su içində olan ayaqqabılarını şap-pıldadaraq otağın bir küncünə çəkildi. Naməlum şəxs burada, Volkanın qızıl balıqlarla dolu akvariumunun yanında dinməz-söyləməz dayandı…

      Saat yeddinin yarısında nənə səssizcə nəvəsinin qapısını açdı, ayağının ucunda pəncərəyə tərəf gedib onu taybatay açdı. Otağa sərin hava ilə birlikdə quşların şən xoru, avtomobillərin və insanların hay-küyü doldu. Lakin yorğan Volkanın üstündən yerə sürüşməsəydi, o hələ də yatmağa davam edərdi.

      – Vay dədə! – deyə Volka zəngli saata baxaraq ucadan səsləndi. – Gecikdim! Aman Allah, gecikdim! Seryojka balıq tutmaq üçün çay qırağında, bəlkə də, bir saatdır məni gözləyir.

      Bundan sonra Volka yanağına bir şillə vurdu ki, yuxudan tamam oyansın. Ardınca da dünənki qəribə hadisələri xatırladı, kefi pozuldu, yenidən yorğanın altına girdi. O, məyus halda sızıldadı və düşünməyə başladı: "Üzümdə hələ də tüklər qalıb. Bundan sonra nə edəcəyəm?!"

      Birdən Volka atasının səsini eşitdi. Aleksey Alekseyeviç dedi ki, oğlunun artıq oyandığını bilir, ona görə də səhər yeməyinə çağırır. Sonra da əlavə etdi:

      – Başa düşmürəm ki, çöldə belə gözəl hava varkən necə yatmaq olar!

      Bunu sanki nənəyə deyirdi, çünki cavab olaraq onun ötkəm səsi eşidildi:

      – Sən özün də belə idin, Alyoşa, nə tez unutmusan? İmtahan verdiyin günün ertəsi səni sübh tezdən oyatdıqda acıqlanardın.

      – Yaxşı, qoy yatsın! – ata bu dəfə də nənə ilə razılaşdı.

      Axşam yemək yemədən yatdığı üçün Volkanın heyi qalmamışdı. Lakin o, yataqdan qalxmaq istəmir və elə hey dünən baş verənlər barədə fikirləşir, bundan sonra nələr olacağı haqqında düşünürdü. Beləcə, oğlan atası işə, anası isə bazara gedənə qədər yataqdan qalxmadı. Bundan sonra o belə qərara gəldi ki, hər şeyi nənəyə açıb danışsın: "Bəlkə, birlikdə nəsə düşünüb taparıq". Fikrindən daşınmamaq üçün dərhal qışqırdı:

      – Nənə, ay nənə!

      – Axır ki, oyandın, – bayaqdan bəri təklikdən darıxan nənə sevincək dilləndi. – Gəlirəm, gəlirəm, ay gözümün işığı!

      Çox keçmədi ki, nənənin yüngül addım səsləri olduqca yaxından eşidildi, bu vaxt öz akvariumuna laqeydcəsinə baxan Volka birdən cəld qapıya tərəf qaçıb qapını açarla bağladı. Sonra da:

      – Nənə, əynimi geyinib indi özüm yemək otağına gələcəyəm, – dedi və nədənsə çox həyəcanlanmış halda akvariuma sarı qaçdı. Bu, adi, kiçik bir akvarium idi, lakin orada qorxmalı heç nə yox idi, di gəl, Volka boş yerə həyəcanlanmamışdı. Məsələ orasındadır ki, dünənlə müqayisədə akvariumda ciddi dəyişikliklər baş vermişdi. Bu hər hansı elmin heç bir şəkildə izah edə bilməyəcəyi ecazkar dəyişiklik idi: akvariumdakı balıqların sayı bir gecədə artmışdı. Dünən orada dörd balıq var idi, bu gün isə beş! Yeni peyda olan kök qızıl balığın qeyri-adi dərəcədə parlaq rəngli üzgəcləri vardı və dayanmadan sağa-sola üzürdü.

      Heyrətlənmiş Volka akvariumun qalın şüşəsinə yaxınlaşıb baxanda ona elə gəldi ki, balıq bir neçə dəfə ona vurdu.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      Çaxçur – balağı büzməli enli şalvar növü

      2

      Məst – dəri və ya parçadan tikilən yüngül ayaqqabı

      3

      Qusar – bəzi ölkələrin ordularında xüsusi forma geyinən süvari əsgər, yaxud zabit (red.)

iVBORw0KGgoAAAANSUhEUgAAAXMAAAIfCAMAAAC1uswcAAAAGXRFWHRTb2Z0d2FyZQBBZG9iZSBJbWFnZVJlYWR5ccllPAAAADBQTFRFDw8PLi4uTk5Oa2trhISEl5eXqKiot7e3x8fH1tbW4uLi6urq8vLy+Pj4/Pz8////lnjusgAAwM9JREFUeNrsvYl640iuNJr7nsn3f9sbgSQpStZC2ur+53y3NdNVLpdLIkEkENgCavnv9W+/1H8i+E/m/8n8v9d/Mv9P5v+9/pP5fzL/7/WfzP+T+X8y/+/1n8z/k/l/r/9k/p/M/3/5Gkuz9T+Z/5uvHoxS6p+W+fhP0LdX0JC4M/+wzMdouXcIvrrkrDPOpfb/7FgvbUwVGDzeGd8Z0eVUtSkhBBeNtc4aG+OwvqecUl1GKCPWHDp0dGn4D3eC/8rS5ObkGyd1qznouMbP/RMyH95aPE+tNB/r3Usb+RWvXIMLY/TbP6t/k+fxT51vG1PNGc85GGPkWrRclDLyu1PK8k/4v3PBa2N4Wcry2nCZRn5bfzbhG+u98F/gRxV/fN6ICYY/Jz+g5aYN/qijszbl2po3oY5ao3xyon0xx8utX5B5U3Kp1i7JautcdMPHGm0pOTp830DV493DWG9mSkSXflX4bcndZahrMh5aqo0Iw64yxu/4TNusds6P4H2NMS8phOh9abz5vt16TlMWrWfKpvTWBh4b/hJHIsIWF2+DS8na5kNursZSIHBtXMdzcMYqw8+3Jvm63g3vzKz3aXSQt88OV5dsF01QKoy/6zkk27x/pY2HD9C2LSOv+mKn2KkmvCQtGqSz/BXFZ+QLE0MtyWfvDa4at6n1dlvQLOqz9V6H4hz0e1nahedW28jysPEcROSt8lpbWUaRByLPR4xSk9NZeuGzKrypJP8gRtxQzDEtNYSaYwwpxJyck1sMu4CsjVbOiHUe+vkFmecQUgzm15ai9R4pL9zISDiU+C+HaEcwImSFX3C9oUJvc4Z1cvXvpr72MlqZlh7nLOItOx9YzRBpzxR9xFfwTfIccuf18QBMB9Hy0mtKpZQYU8SpDqFHEYMTZTY6HpVS82HgFXGejEp/ty01Zpc8fJHN/2fgRIW0atocQYHr7IuodaFcodujx4xnkEuh+Evj08CpaG3hgyqpQ0Gg07GnhB/kV5RpEKep9MOnwcPgceQUKXin6t9lDoFD5DB33aX/G1IfBWJKE2TRvCdajtFWkdOY03hQzlTwgicEwTf8HYxLxbeh3AUgB26iQo5AO1OaUcyljz8/UOMvG8wBn4xRX/ChCV7TwGSl3kLw/xdkXmAUaMpHE/yXqbq0J1lMDI1MTbQpdcFP4bHAvJdOY96H/CsalCSeGTYwzS+DuCZjn2FI4DVYoJAGLb5W4+8yzyNS0T0cSYo2/l+QeemJshP80gvVnMLscdCCw1aXFkXC+BLPAHYcmg7rXih9/JcCIBmsOP4FXGbm/8WvpxfSNC5C3NRJ0fP2d5nbAujgXY7exgEfHf4n5Xy40SGxT18DBcoOghTdbtTSAuSY+ec6cuZzaR2wpRbCGhyMOhIORoV+I3zCryUlQSmuv4yS4OkSzG4r0wC1r9hzHxlzGk+FKN78D1r1dgxKYMzLeuM1T7sOWUYqcSP4H4lGB64zN5gX2Bf83ipVPNF5wq9myLyLdbEzOHjrF6GHEHkPGb42aP0F26KrDcDO1ls8TNrB5uz/nMzzUc0Xse