İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Eşli Vans
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243376 
Скачать книгу
divara söykəndi. Səhnəyə bıçaqatan akrobat çıxdı. Mask çox qorxduğunu xatırlayır. Seyr edənlər də Mask üçün əndişələnmişdilər. Maskın ən istəkli dostu Bill Lee o səhnəni belə xatırlayır: “İnanılmaz idi, ancaq İlon hər şeyə filosof kimi baxır’’. Şənlikdə bir sumo güləşçisi də vardı. Qəsrin içində bir rinq quruldu və Mask sumo çempionunun qarşısına çıxdı: “160 kilo idi. Mən adrenalinin verdiyi həvəslə üstünə getdim, yerdən qaldırmağa çalışdım. Birinci raundu udmağıma icazə verdi, amma sonra məni elə günə qoydu ki, indiyə qədər belim ağrıyır’’.

      Rayli bu mərasimləri Mask üçün sənət halına gətirdi. Onlar 2008-ci ildə – Maskın şirkətlərinin ən uğursuz dövründə tanış olmuşdular. Maskın sərvətini itirməsi və mətbuatın onu lağa qoyaraq tənqid hədəfinə çevirməsi Talulanın gözü önündə baş verirdi. O vaxt açılan yaraların hələ də sızıldadığını bilirdi. Maskın çətin xasiyyətinin də bu və digər emosional travmalardan – balaca oğlunun faciəvi ölümü, yeniyetməlik yaşlarında Cənubi Afrikadakı çətinliklər və s.-dən qaynaqlandığını anlayırdı. O, Maskın istirahət edib əylənməsi, az da olsa, acılarını unutması üçün əlindən gələni etdi. Bu haqda Rayli belə deyirdi: “Onun ruh rahatlığı üçün müxtəlif əyləncəli şeylər düşünürəm. Ona çocuqluğunda görmədiklərini indi verməyə çalışıram’’.

      Raylinin səyləri hər nə qədər çox olsa da, lazımi nəticəni vermirdi. Sumo güləşçisi ilə qarşılaşmadan sonra Mask Tesla-nın Palo-Altodakı mənzil-qərargahına getdi. Şənbə günü olmasına baxmayaraq avtomobil parkı dolu idi. Tesla-da yüzlərlə gənc çalışır – kimi kompüterlərdə avtomobil hissələri dizayn edir, kimi də elektron təcrübələr aparırdı. Maskın qəhqəhələri mərtəbəni başına götürmüşdü. Onu toplantı otağında gözləyirdim. İçəri girəndə insanların şənbə günləri çalışmasından mütəəssir olduğumu dedim. O isə məsələyə daha fərqli tərəfdən baxırdı. Mask getdikcə istirahət günləri daha az adamın çalışmasından şikayət etdi: “Rahatlaşmışıq, tənbəlləşmişik. Elə bu dəqiqə hamıya e-mail atacam. Daha sərt olmaq lazımdır’’.

      Xəyal qurub və onu həyata keçirmək istəyən insanlar da ancaq belə olmalıdırlar. Hovard Hyuz və ya Stiv Cobsun da işçilərinə necə olduqlarını təsəvvür etmək çətin deyil. Yeni bir şey yaratmaq asan deyil. Amma əgər yaratdığın əzəmətli bir şeydirsə, onda bu çox çətindir. Şirkətləri qurduğu iyirmi il ərzində Maskın ətrafına çox insan toplanıb. Onlar ya Maska pərəstiş edir, ya da onu sevmirlər. Kitab üzərində çalışarkən mən bu insanlarla qarşılaşdım. Mənə Mask və müəssisələrinin fəaliyyəti haqda xeyli təfərrüatlar danışdılar.

      Maskla axşam yeməkləri və mənim periodik olaraq Mask Diyarını ziyarətlərim bu adamı fərqli tərəflərdən tanımağa kömək etdi. Onun elədikləri Hyuz və ya Cobsun elədiklərini geridə buraxır. Mask aerokosmik və avtomobil sənayeləri kimi elə sahələrə baş vurub ki, Amerika artıq o sahələrdən əlinu üzmüşdü. Və o bu sahələrin simasını dəyişərək yeni və fantastik işlər gördü. Bu dəyişmədə Maskın proqram təminatçısı olması və bunu praktikada tətbiq etmək qabiliyyəti əsas rol oynadı. O, atom və baytları kimsənin ağlına gəlməyəcək şəkildə elə birləşdirdi ki, nəticələr göz qamaşdırdı. Doğrudur, o da iPhone və Facebook kimi milyonlara, milyardlara xitab etmək istəyir. Amma hələ ki o, zəngin adamlara oyuncaq düzəldir. Onun çox böyük vədlər verən imperiyası raketinin partlaması və ya maliyyə böhranı nəticəsində Tesla avtomobillərinin bazardan kütləvi şəkildə çəkilməsi ilə çökə bilər.

      Digər tərəfdən Maskın şirkətləri onun əleyhdarlarının düşündüyündən daha çox işlər görüb. Hətta tərəddüd edənlərin arasında da nikbin olanların sayı artmağa başlayıb. Tanınmış ixtiraçı və proqram təminatı üzrə ekspert Edvard Yanq belə deyir: “İlon mənim üçün Silikon Vadisini yenidən quran, fəaliyyətini zamana uyğunlaşdıran parlaq bir örnəkdir. Gördüyü işlər önəmlidir, amma kafi deyil. Texnologiyalara inteqrasiyanın fərqli modellərini axtarmalıyıq. Bu inteqrasiya proqram təminatı, elektronika, yeni materiallar və hesablama qüdrətinin harmonik vəhdəti olmalıdır. Maskın güclü tərəfi də elə bundadır. Maskın zəkası ona qəribə maşınların erasına yol çəkməyə, elmi fantastikanın arzularını çin etməyə imkan verir’’.

      Bu mənada Mask Hovard Hyuzdan daha çox, Tomas Edisona bənzəyir. O, böyük ideyaları qavrayıb onları böyük məhsullara çevirən ixtiraçı, iş adamı və sənayeçidir. Onun yanındakı minlərlə insan metallik məmulatın istehsalı ilə məşğuldur və onlar Amerika zavodlarında ağlasığmaz işlər görürlər. Cənubi Afrikada doğulmuş Mask bu gün Amerikanın ən innovativ sənayeçisi, ən qeyri-ordinar düşünən insanıdır. Ehtimal ki, o, Silikon Vadisini yeni, daha perspektivli yola çıxaracaq. Maskın sayəsində amerikalılar 10 il sonra dünyanın ən müasir yollarına sahib olacaqlar. Bu yollarda hərəkət edən elektromobillər günəş enerjisi ilə çalışan minlərlə enerjidoldurma stansiyalarından istifadə edəcək. O vaxta qədər SpaceX hər gün raketlərlə kosmosdakı müxtəlif yaşam bölgələrinə insan və yük daşıyaraq bəşəriyyəti Marsa uçuşa hazırlayacaq.

      Yenilikləri qavramaq çox çətindir. Əgər işləri sona çatdırmaq üçün Mask yetərli zaman tapa bilsə, bu yeniliklər həm də qaçılmaz olacaq. Onun ilk arvadı Castin Uilson (Justine Wilson) belə demişdi: “O istədiyinə nail olacaq, heç kim ona mane olacaq gücdə deyil. Bu dünya İlona aiddir, biz hamımız isə, sadəcə, buranın sakinləriyik’’.

      2. Afrika

      İlon Riv Mask (Elon Reeve Musk) adını ilk dəfə 1984-cü ildə eşitdilər. Cənubi Afrikada nəşr olunan “PC və ofis texnologiyaları’’ jurnalı Maskın işləyib-hazırladığı bir kompüter oyununun çıxış kodunu (kompüter proqramının mətni – İ.N.) yayımladı. Oyunun adı Blastar idi, 167 sətir koddan ibarət bu oyun elmi-fantastik hekayələrin əsasında yazılmışdı. Mətn interfeyslərinin olduğu dövr idi. Maskın yazdığı oyun proqramlaşdırma üçün bir şah əsər sayılmazdı, amma 12 yaşında bir uşağın da bacaracağı iş deyildi.

      Mask bu oyundan 500 dollar qazandı. Xarakterinin bəzi xüsusları ortaya çıxırdı. Blastar haqqındakı jurnaldakı qeyd göstərdi ki, müəllif fantastik əsərlər yazarları kimi adının “E. R.Musk’’ şəklində yazılmasını istəyir və onun beynində böyük zəfərlər haqda xəyallar dolaşır. Qısa annotasiyada belə deyilirdi: “Bu oyunda siz hidrogen bombaları ilə başqa planetdən gəlmiş şüa aparatı olan kosmik gəmini məhv etməlisiniz. Oyunda sprayt qrafikası ilə animasiyalardan geniş istifadə olunur və buna görə də siz proqramın mətni ilə tanış olmalısınız”. (O zaman üçün internetdə şüa aparatı’’ haqda heç bir məlumat yox idi.)

      Bir uşağın kosmos, Xeyir və Şərin mübarizəsi haqda xəyallar qurmasında qeyri-adi heç nə yoxdur. Təəccüblü olan onun bu fantaziyaları ciddiyə almasıdır. Gənc İlonla da məhz belə olmuşdu. On yaşlarında Mask fantaziya ilə reallığı elə qarışdırmışdı ki, onları ayırmaq olmurdu. İnsan oğlunun kainatdakı taleyi onun şəxsi problemi olmuş, ona təsir etmək isə şəxsi vəzifəsi. Əgər bərpa olunan enerji mənbələri axtarmaq və ya insanların həyat arealını genişlətmək üçün kosmik gəmilər yaratmaq lazımdırsa, demək ki, lazımdır və Mask problemin həllini tapmalıdır: “Bəlkə də, uşaqlığımda çox komiks oxumuşam. Orada isə dünyanı xilas etməyə çalışırlar. Hər