– Müəllim, burada, aşağıda nə yazmısınız? Mən xəttinizi başa düşmədim.
– Yazmışam: “Aydın xətlə yaz!”
Müəllim:
– Sizin qanınızı qaraltmalı olacağam, əziz valideynlər, sizin oğlunuz heç nə bilmir!
– Bax elə buna görə də biz onu məktəbə verdik!
Müəllim:
– Beləliklə, biz keçən dərsimizdə yaxınmənalı sözlərdən düzələn mürəkkəb sözlərlə tanış olduq. Məsələn, dost-tanış, qoyun-quzu, çəngəl-bıçaq, … . Kim başqa nümunə gətirə bilər?
Zaur əlini qaldırır və deyir:
– Pomidor-yumurta!
– Səməd, de görüm, çox danışan və hətta ona qulaq asan olmayanda da susmayan adamı necə adlandırmaq olar?
– Müəllim!
– Əhməd, necə fikirləşirsən, balıqlar niyə danışmırlar?
– Müəllim, Siz bir sınayın: başınızı akvariuma salıb mənə həmin sualı verə bilərsinizmi?
Müəllim şagirddən soruşur:
– Sən böyüyəndə kim olmaq istəyirsən?
– Alim-ornitoloq.
– Mən heç bilmirdim sən quşlarla belə maraqlanırsan!
– Yox, mən sadəcə olaraq göyərçinlə tutuquşunu birləşdirmək istəyirəm.
– Nə üçün?
– Axı göyərçinlər bəzən çox uzağa uçurlar. Birdən azsalar, yolu soruşa bilsinlər.
Dörd şagird dərsə gecikir. Müəllim birincidən soruşur:
– Sən niyə gecikmisən?
– Anam xəstələnmişdi, mən də aptekə dərman almağa getmişdim.
– Bəs sən? – deyə müəllim ikinci şagirddən soruşur.
– Bizim isə saatımız xarab olmuşdu.
Müəllim üçüncü şagirddən soruşur:
– Yaxşı, bəs sən niyə gecikmisən?
– Mənim başım bərk ağrıyırdı.
Dördüncü şagird bərkdən ağlamağa başlayır.
– Sən niyə ağlayırsan? – deyə müəllim təəccüblənir.
– Nə üçün gecikdiyimə səbəb uydura bilmirəm… Onlar hamısını dedilər…
– Paşa, faydalı qazıntılardan nələri tanıyırsan?
– Dəmir, mis, kömür … eləcə də kök, çuğundur və kartof.
Müəllim:
– Sən niyə dərsliyin vərəqlərini qoparırsan?
– Mən hamısını qoparmıram. Yalnız oxuduğum vərəqləri qoparıram ki, səhvən eyni şeyi iki dəfə oxumayım.
Müəllim:
– Yemək qalıqları ilə qidalanan ev heyvanının adını çəkin.
Şagird:
– Tarakan!
Müəllim Aqilə deyir:
– Heç bilmirəm sənə rüblük qiymət neçə yazım… Sənin iki dənə “iki”n, iki dənə də “üç”ün var.
– Siz də ortaq qiymət çıxardın. Bu “iki”ləri, “üç”ləri toplayın və ikiyə bölün…
Şagird müəllimə deyir:
– Söz verirəm ki, sabahdan ev tapşırıqlarının hamısını yerinə yetirməyə başlayacağam!
– Mən bunu səndən dəfələrlə eşitmişəm.
– Amma indi qəti söz verirəm. Mənim babam təqaüdə çıxıb!
– Əhməd, mənə uzun bir söz de.
– Uzun söz? Rezin.
– Rezin? Bu ki elə də uzun söz deyil.
– Amma onu nə qədər istəyirsən uzatmaq olar.
Əli oyuncaq dükanına gəlib pulu satıcıya uzadır:
– Xahiş edirəm, mənə o yumşaq ayını verin.
– Oğlum, axı bunlar doğruçu pullar deyil.
– Bəyəm sizin ayı doğruçudur?
Ata qara toyuğu oğluna göstərib deyir:
– Çər dəymiş daha yumurtlamır, onu kəsmək lazımdır.
– Elə bilirsən ki, ondan sonra yumurtlayacaq?
– Saat neçədir?
– 6-nın yarısı.
– Daha de ki, üçdür dəə…
İki şagird imtahana gedir. İmtahan qurtarandan sonra biri digərindən soruşur:
– Necə yazdın?
– Boş vərəq verdim. Bəs sən?
– Mən də heç nə yazmadım, boş vərəq verdim.
– Eee, onda elə biləcəklər ki, bir-birimizdən köçürmüşük.
– Bilirsən, dünən məni zooparka pulsuz buraxdılar.
– Burda qəribə nə var ki? Qəribə orasıdır ki, səni oradan çıxmağa qoyublar.
Akvariuma baxan oğul qəzet oxuyan atasından soruşur:
– Ata, balıqlar nəfəs alır?
– Bilmirəm, oğlum.
– Ata, balıqlar gülür?
– Bilmirəm, oğlum.
– Ata, balıqlar danışır?
– Bilmirəm, oğlum.
– Ata, səni narahat etmirəm ki?
– Yox, oğlum, soruş ki, öyrənəsən.
– Oğlum, sən niyə daha kamançanı çalmırsan? Axı mən sənə kamança çalmağın üçün hər gün iki manat verirəm.
– Atacan, yuxarıdakı qonşumuz da mənə hər gün üç manat verir ki, kamança çalmayım.
Üçüncü dərsin ortasında içəriyə başı bintlə sarınmış şagird daxil olur.
– Yaxşı, bu dəfə nə baş verib?
– Mən beşinci mərtəbədən yıxılmışam.
– Belə