Müəllim:
– Uşaqlar, muzeydə sizin ən çox xoşunuza gələn nə oldu?
– Kamalın pilləkəndən aşmağı.
– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.
– Siz bunu nədən bildiniz?
– Kitabın ikinci yarısı təmizdir!
– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.
– Siz bunu nədən bildiniz?
– Kitabın ikinci yarısı təmizdir!
Məktəbdə ilk dərs günüdür. Müəllim birinci sinfə müraciət edir:
– Uşaqlar, siz məktəbə gəlmisiniz. Burada sakit oturmaq lazımdır. Bir söz soruşmaq istəsəniz, əlinizi qaldırın.
Uşaqlardan biri əlini qaldırır.
– Nəsə soruşmaq istəyirsən, oğlum?
– Yox, sadəcə sistemin necə işlədiyini yoxlayıram.
Yoxlama yazı dərsidir. Müəllim şagirdləri diqqətlə izləyir. Vaxtaşırı kiminsə köçürdüyünü hiss edib sinifdən çıxarır. Bu zaman sinfə dərs hissə müdiri baş çəkir.
– Belə… Yoxlama yazırıq? Yəqin, köçürmək həvəskarı olanlar çoxdur, hə?
Müəllim cavab verir:
– Yox, həvəskarlar artıq qapı arxasındadırlar. Burada yalnız professionallar qalıb.
Tarix dərsində müəllim şagirddən soruşur:
– De görüm, yer üzərində ilk insan kim olub?
– Adəm.
– Bəs Allah ona hansı dəhşətli fəlakəti göndərib?
– Həvvanı.
Tarix dərsində müəllim şagirddən soruşur:
– De görüm, Yuli Sezar nə vaxt ölüb?
– Ölüb? Mən heç onun xəstə olduğunu bilmirdim!
Müəllim:
– Uşaqlar, deməliyəm ki, riyaziyyatdan vəziyyətiniz ağırdır. 90 faiziniz yekun yoxlama imtahanını verə bilməyəcək.
Uşaqlardan biri:
– Bizim sinifdə heç bu qədər şagird yoxdur!
Qoca müəllim ölür və cəhənnəmə düşür. Bir həftə keçir. Cəhənnəmin baş nəzarətçisi ona yaxınlaşır:
– Bizi bağışlayın, səhvə yol vermişik. Siz cənnətə düşməliydiniz.
– Yox, lazım deyil, mənim üçün bura da xoşdur, – deyə müəllim cavab verir. – Məktəbdən sonra mənə cəhənnəm də cənnət kimi görünür.
Gənc valideynlər balaca Muradı məktəbə yola salırlar. Yeni forma, ütülü köynək, çiçək dəstəsi… Ata-ana onun qayıtmasını səbirsizliklə gözləyir. Nəhayət, Murad məktəbdən gəlir. Çantasını atıb deyir:
– Siz heç mənə bu həngamənin on bir il çəkəcəyini deməmişdiniz!
Balaca oğlan televizorda yüngül atletika üzrə çempionata baxan atasına yaxınlaşıb soruşur:
– Ata, bu əmilər nə üçün qaçırlar?
– Ona görə qaçırlar ki, onlardan birinci gələnə priz verəcəklər.
– Bəs onda qalanları niyə qaçırlar?
– Oğlum, sən «iki»lərini nə vaxt düzəldəcəksən?
– Ata, mən hər gün bunu etməyə çalışıram. Amma müəllim jurnalı bir an belə nəzarətsiz qoymur.
– Ana, olar, mən kinoya gedim?
– Bəs dərslərin?
– Kinodan sonra hazırlayaram.
– Kinodan sonra gec olar.
– Oxumaq, ana, heç vaxt gec deyil!
– Oğlum, sən «iki»ni düzəltmisən?
– Hə, ata.
– Göstər, görüm… Belə də düzəltmək olar?! Ver bura, özüm düzəldərəm!
Müəllim:
– Uşaqlar, sizcə, ideal məktəb necə olmalıdır?
– Qapıları həmişə bağlı, müəllim!
– Oğlum, bu gün məktəbdə nə oldu?
– Müəllim dedi ki, mən riyaziyyatdan heç nə bilmirəm və gündəliyimə nə isə bir rəqəm yazdı.
Biologiya dərsində şagirdlərdən biri deyir:
– Timsahın uzunluğu başından quyruğuna qədər 5 metrdir, quyruğundan başına qədər isə 7 metrdir.
– Əvvəl fikirləş, sonra danış, – deyə müəllim onun sözünü kəsir. – Belə şey ola bilər?
– Olar, – deyə şagird cavab verir. ‒ Məsələn, bazar ertəsindən çərşənbəyə qədər 2 gündür, çərşənbədən bazar ertəsinə qədər – 5 gün!
Ata oğlundan soruşur:
– Sizə nə tapşırıblar?
– Heç nə.
– Heyif! Deməli, yenə qabları yumalı olacağam.
Ata oğlundan soruşur:
– Məktəbdə işlərin necə gedir?
– Əla! 5-ci siniflə saziş bir il də uzadıldı.
– Əhməd, sən niyə dəqiqəbaşı saata baxırsan?
– Müəllim, çox qorxuram ki, zəng vurular və bu dəhşətli dərəcədə maraqlı dərs yarıda qalar.
Müəllim Nicatdan soruşur:
– Sən niyə dərsə gecikmisən?
– Məktəbə gələrkən yolda mənə quldurlar hücum etdilər və soydular.
– Doğrudan?! Bəs səndən nə aldılar?
– Ev tapşırıqlarını yazdığım dəftəri.
– Ay oğlan, niyə ağlayırsan?
– Revmatizmə görə.
– Nə! Sən ki hələ balacasan! İndidən revmatizmin var?
– Yox, imlada “rivmotizm” yazdığıma görə “iki” almışam.
– Solaxaylığın sənə mane olmur ki?
– Yox, hər kəsin qüsuru ola bilər. Bax, sən, məsələn, çayı hansı əlinlə qarışdırırsan?
– Sağ əllə!
– Bax, görürsən! Normal adamlar isə qaşıqla qarışdırırlar.
Müəllim:
– Toğrul! Daha səbrim tükəndi! Sabah məktəbə atasız gəlmə!
– Bəs birigün?
Müəllimlər otağında zəng.
– Alo! Danışan Rəfiqə müəllimədir? Sizi narahat edən Nicatın anasıdır.
– Kimin? Mən pis eşidirəm.
– Nicatın! Hərfbəhərf