Axşam olurdu xanımın qonaqları gəlmək üzərə idi hər şey hazır idı, gözəl masa hazırlatmışdı, üstündə hər cürə meyvələr – şirinyatlar düzülmüşdü. Aylın Məliyin yanına gəldi ki, gələn qonaqların yanlarında arvad bir dadsızlıq çıxarmasın özünü sancaraq. Məlik həyətdə bir otaqda yaşayırdı. Aylın qapını döyüb içəri girdi, Məlik yox idi otağında. Aylın otağa keçib masanın üstə qoyulmuş rəsimə baxdı. Üçünün birlikdə çəkdirdiyi rəsimi vardı ailəlikcə, Aylın rəsimi əlinə götürüb baxdı. Məliyin arvadınına – oğluna baxdı üzüldü, dərindən nəfəs alıb rəsimi geri yerinə qoyub, keçib əyləşdi divanda.
Qonaqlar gəlmişdilər, Ramiz gəlib Aylının otağının qapısını döydü, səs gəlmədi səslədi. Aylın yatmısanmı? yenə səs gəlmədi qapının açıb baxdı, Ayıın yox idi otaqda. Öz – özünə: hara getdi bu? qapını örtüb gəlib vanna otağına baxdı ordada yox idi. Ramiz biraz dayanıb düşündü, tez Məliyin yanına getdi həyətə, Məlik həyərdə idi. Ramiz yanına gəlib – kişiyə: Məlik dayı Aylını görmədinmi? kişi – Ramizə: yox görmədim oğlum, evdə yoxmu? – Məliyə: baxmadığım yer qalmadı yoxdur hec yerdə, hara getdi bu? kişi naraht oldu baxdı ətrafa. Mən burdaydım bayaqdan Aylının həyətdən çıxdığını görmədim, Ramiz həyəcanlandı, off Aylın hara getdin sən? atam soruşsa nə deyəcəm? hara gedər axı tək başına? – Ramizə: anan xətrinə dəymədi ki oğlum. Ramiz başını qaşıyaraq baxdı, – kişiyə: yox Məlik dayı dəymədi əminəm, bir saat qabağa birlikdəydik, uçdumu bu? Ramiz getdi evə, Məlikdə narahat oldu. Əlindəki gördüyü işi tərgiyib Aylını axtarmağa getdi.
Aylın divanda oturduğu yerində yatmışdı Məliyin otağında, səhər tezdən oyanmışdı, həmdə əlinin acısından yatmamışdı gecə, o üzdəndə yuxu tutumuşdu yorğunluqdan. Kimsənin axlına gəlmədi ki orda olar deyə, Ramiz Kamilə zəng etdi, alo Kamil tez bura gəl. Aylını tapmaq lazımdır, biraz qulaq asıb, bilmirəm hardadır deyirəm gəl sual atəşinə tutma məni. Kamil Ramizə əsəbləşdi telefonda, Ramiz – Kamilə: mənimlə idi kimsə üzmədi sakit ol, bir saat qabağa otağına getmişdi baxdım yoxdur. Gəl atam bilincə tapaq yardım et məni günahlandırma bəsdi az danış, əsəbləşib telefonu söndürdü otaqdan çıxıb getdi,
Kamildə küçədə baxmadığı yer qalmamışdı, maşınla gəzirdi yaxın yerləri tapmırdı Aylını, düşünürdü bəlkə Aylın bir tərəfdə oturmuşdumü? sanki yer yarılıb yerə girmişdi, yox idi heç yerdə. Kamil öz – özünə: dedim axı inanmayın ona, bax yazıq qızı didərgın saldı evdən nə əməl etdisə, Allah bilir qızın başına nə oyun aÇmışdır. Kamil fikirli olduğundan az qaldı qarşıdan gələn maşınla toqquşsun maşını, qarşıdan gələn maşın şoferi siqnal edərək bildirdi. Kamil tez çəkdi maşını çarpışmadılar xətadan qurtardılar, şofer mşını saxlayıb xoş sözlər demədi Kamilə, axlı Aylının harda olmasındaydı. Kamil – şoferə: yaxşı görək açma… ağzın get yolunla, əsəblə maşının sürətini artıraraq getdi.
Qonaqlara başı qarışmışdı atasının, Ramiz özünə yer tapa bilmirdi Kamildə gəldi. Kamilə baxdı işarə etdi ki, tapdınmı? Kamil başıyla tapmadıgını bildirərək işarə etdi. Ramiz yumuruğunu divara vurub dişinə sıxaraq, bagırdı səsini içisə salıb ooff, yer yarıldı sanki yerə girdi bu qız. Kamil tərs – tərs baxıb – Ramizə: inşllah elə olmamışdır, közümüzə kül üfürüb biriləri aldatmamışdı şirin sözlərlə bizləri, elə deyilmi? Ramiz Kamilə nə isə demək istəyidi ki, Məlik səslədi oları. İkisidə tez getdilər,
gəlib baxdılar Aylın Məliyin otağında yuxulayıb yatır. Kamil üzünü yuxarı tutub öz – özünə: Allahıma şükür sağ salamatdır. Ramiz əsəblə əlini – əlinə vurub – Məliyə: necə axlımıza gəlməmiş bura baxmağa. Ramiz əlini – əlinə vurduğunda Aylın səksənib yuxudan oyandı, üçünündə dayanıb özünə baxdığını görüb, gözlərini ovaraq yerində oturub – olara: nə isə olubmu? Ramiz – Aylına: soruşursan hələ bir nə isə olubmu? Aylın anlamadı yuxulu idi. Ayağa qalxdı gözlərini ovaraq uşaq kimi, – Ramizə: nə olub? həyəcanlandı, Ramiz Aylına acıqlana bilmədi əsəbindən, otaqdan çıxıb getdi. Kamil Ramizə ağır sözlər demişdi Aylını tapmadıqda, Kamildə peşmançılıq çəkdi Ramizi günahsız yerdə üzdüyüçün. Aylın – kişiyə: Məlik dayı çox üzür istəyirəm, burda oturduğumu xatırlayıram necə yatıb qaldığımı bilmirəm. Məlik gülümsəyərək, – Aylına: üzür istimə qızım nə vaxt istəsən yata bilərsən, heç narahat olma sən. Ançaq bizi qorxutdun neçə saatdır səni axtarırdıq, burda olduğun axlımıza gəlməmiş günah bizdədir. Kamil – Aylına: birdəkində otağında yat mümkandürsə, Aylın – Məliyə: nə oldu? elə bil 41 – 45 müharibəsini qaçırmışam kimi hər kəsin üzündə mənə qarşı dəyişiklər var, – Kamilə: dedim axı bilmədən yuxulamışam, dünyamı dağıldı. Kamil – Aylına: mənim Ramizə demədiyim sözlər qalmadı səni tapa bilmədiyimizdə, elə bildim anası yenə nəsə demiş inciyib çıxmısan evdən, baxmadığımız yer qalmadı tapılmadınki, tapılmadın. Qızım axlıma yüz fikir gəldi, qorxdum başına bir iş gəlmişdir deyə düşündüm, o üzdən dedim öz otağında yat nə qədər istəyirsənsə. Aylın – Kamilə: mən sənin qızın deyiləm, dedim axı bilmədən yuxuya getmişəm. Birdə Ramizi acılama, tamammı? otaqdan çıxıb getdi, Kamil üzünə əlini çəkib özünə baxan kişiyə baxdı, Məlik çiynini çəkərək bir söz demədən getdi otaqdan. Kamil Aylının xətrinə dəydiyiçün üzüldü, bagırıb masanın ayağına təpik vurdu ayağı acıdı, öz – özünə: ay mən edən yaxşılığın ortasına… olsun, ayağını çəkə – çəkə otaqdan çıxdı əsəblə.
Aylın otağa Ramizin yanına gəldi kefsiz oturmuşdu, yanında əyləşdi baxdı. Ramiz baxmadı Aylının üzünə, Kamil xətrinə pis dəymişdi görünür danlamışdı – acılamıdı yazığı. Aylın Ramizin çiyninə üzünü qoyub yavaş səslə, – Ramizə: bağışala içim keçmiş oturduğum yerdə. Ramiz Aylının günahsız olduğunu bilirdi, ancaq Kamilin haqsız sözləri yandırmışdı onu. Kamil gəldi otağa ayağını çəkə – çəkə, kecçb əyləşdi Ramizin o bir tərəf yanında. Ramizi nahaqdan üzdüyünü anlayırdı özüdə xəcalət çəkirdi. Ramiz – Aylına: oldu keçdi üzülmə sən canım, küskün – inçik Kamilə qandırdı, şükür kimsəyə bir şey olmamış anamın üzündən. Kamil kənara baxıb səsizcə dyandı.