Acı həyat. Roman. Fatma Ahmed kızı Nabieva. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Fatma Ahmed kızı Nabieva
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Современные детективы
Год издания: 0
isbn: 9785005396242
Скачать книгу
mən qaçdım dərsə. Tamam rəyis diqqətlə qulaq asacam dərsimə, öpüş göndərib gülümsəyərək, qaçdı dərsə.

      Mələklə Dəniz kafedə oturmuşdular, qız afisant – oğlana: biraz tez olun zəhmət olmasa, çox acmışam. Mələk sakit oturub baxırdı olara, oğlan baş üstə xanım getdi tələsik. Mələyin özünə baxdığını görüb gülümsəyərək, —Mələyə: aclığa hec hövsələm yoxdur. Mələk zarafatla – qıza: inşallah tez gətirərlər yeməyini, əks halda afisantın coşmuş dalğlarında batma şansı yüksəkdir. Dəniz elə ürəkdən güldü ki, zarafatına. Ayy sən nə gözəl ürəklisən, özün bunu bilirsənmi? gərçəkdən günüm çox gözəl başladı səninlə. Mələk əlini üzünə çəkib – Dənizə: pis olub kimisə qırmaqdansa, birdən yenə Səlimi xatırladı. Özündən asılı olmadı üzünün ifadəsi dəyişdi, İnsan olmağa üstünlük verirəm. Dənız çayını içərək altdan – altdan Mələyə baxıb gülümsədi. Mələk – Dənizə: səni çox sevdiyim bir doğma insana bənzədirəm. Murad dayıma çox bənzədirəm, eyni onun kimi gülmələrin var. Dəniz nədənsə bir təhər baxdı belə dediyində, – Mələyə: yaxınındırmı? Mələk gülümsədi. Həmdə neçə yaxınımdır, kiçiklikdən tanıdığım dünyanın ən gözəl ürəkli insanlarından biridir. Eyni sənin kimi gülüşü var, birdən yenə xatırladı Səlimi, o eşşək nəvəsi heç bənzəmir babasına. Elə bil dünyanı bu yaradıb, bəlkədə ürəyindəndə keçər, portiretini çəksinlər bu nun ayaq üstə ədalı duruşuyla. Dünyanı filan bu yaratmış kimi, ancaq orası elə deyil əlbətddə. Mən o portiretə belə ad verərdim, qarşınızda dünyanın eşşəklərinin ən böyüyü Səlim bəy. Dəniz gülərək ağzını tutub baxdırdı, Mələk elə əsəbləşmişdi. Dəniz gözlərini silib, – Mələyə: bəlkədə daxilən yaxşı birisidir. Məsələn özünə qapalı insanlar olur, o üzdən dedim. Mələk üzünü turşudub, – Dənizə: amandı getsin hara istəsə qapansın. Eşşəyi beş dəqiqə görüb, beynimin içinə azreyil kimi dikilib dünəndən. Dəniz gülərək – Mələyə: aşiq olarsan sonra, çoxda fikrində saxlama, güldü. Mələk – Dənizə: inan dünya dağılıb onunla tək qalsaq bu həyatda, söz gəlişi deyirəm. Allahdanda əmir gəlsə yuxarıdan, indi ikinizsiniz Adəmlə – Həvva bu dünyada. Vallahi inciməsin məndən sözümə görə. Mən onun toxumunu yenidən dünyaya səpdirmərəm. Dəniz Mələyin əsəbləşib dediiyi sözə elə güldü ki, qıraqda otuanlarda baxdılar. Aman Allahım, bu məzəli sözlər səndə hardandır? Vallahi komediyaya baxanda mən bu qədər gülməmişdim. Afisant yeməkləri gətirib masaya düzdü. Başqa əmriniz xanımlar? Mələk – afisanta: zəhmət deyilsə mənə şəkərsiz qəhvə gətirsəniz, – Mələyə: baş üstə xanım, tez getdi. Dəniz çəngəli götürüb – Mələyə: çox icmə acı qəhvəni ziyandır. Mələk dərindən nəfəs alıb, – Dənizə: bu dünyada xeyirli nə var ki? məncədə heç bir şey. Dəniz anlayırdı, Mələk unverstetə qəbul ola bilmədiiyinə görə üzgün idi. Dəniz – Mələyə: səninlə yeməyimizi yeyək, sonra mənimlə bir yerə gələcəksən. Mələk xətrinə dəymədi, tamam gələrəm. Dəniz yeməkdən yeyib gülümsəyərək – Mələyə: hadi o zaman yeməyini ye, nuş olsun. Mələk çəngəli götürüb iştahsız bir tikə yemişdi, ağzı yandı. Zorla udqunub – Dənizə: səhər – səhər stiot nə idi, səhvmi gətirmişlər? of yandım, su icdi. Dəniz yenə gülməyə başladı, bağışla mən yandıranı sevirəm, yemək qablarını dəyişdi. Mələk sudan icib baxdı təçüblə. Dəniz gülürdü Mələyin özünə elə baxmasına.

      Gülsüm dərsindən çıxıb evə gəldi, Mələk yorulmuşdu Dənizlə gəzmkdən. Mələk —Gülsümə: ev yoldaşındımı Dəniz? Gülsüm başını qaşıyıb baxdı. Yox deyil, Dəniz unvertetdən rəfiqəmdir. Ara – sıra gələndi mənə, yaxşı qıza bənzəyir. Mələyin özünə baxdığını görüb – Mələyə: yəni məndə bura gələni çox olmadı bilirsən. Şəhəri və adamları çoxda yaxından tanımıram, yəni pis qıza bənzəmir, o üzdən dedim. Mələk artıq söz demədi, Gülsüm gedib iki fincan çay gətirib əyləşdi. Gülsüm – Mələyə: Dəniz səni hara aparmışdı? Mələk çayını götürüb, bilmirəm hara idi. Maşınıyla apardı gül mağazasına, dedi bu mağazaya satıcı lazımdır. Təklif etdi mənə, dedi yaxşıda maaş verilirmiş istəsən qal calış. Gülsüm elə sevindi ki, çayını qoyub Mələyi qucaqladı, ayy nə gözəl oldu. Nə olar bacım burda qal çalış, nə olar getmə yalvarıram. Mələk çayı dağılmasın deyə, tez çayını masaya qoyub – Gülsümə: qızım yavaşş, az qala yanacaqdıq. Dur hələ mən razı olmadım, Gülsüm incik baxışlarla baxdı. Baxma mənə elə anla məni düzgün, elə mağazada o qədər maaş nədən verillər ki? təcüblüdür mənə. Gülsüm çiyinlərini cəkib, – Mələyə: yəqin adlı – sanlı mağazadır, sifarişi çox olan. Mələk istəmirdi atasına yük olsun evdə, oxumağına görə yazıq fikirləşirdi çox. Düzü bilmirəm heç fikirlərim qarışdı, qalıb bəlkədə bir neçə ay işləyib denəmək olar. Gülsüm sevinib təkrar qucaqlayıb – Mələyə: bax düz olanı seçdin bacım. Burda qal iş xoşuna gəlməsə çıxarsan, zor deyil ki? Mələk nədənsə narahat idi. Gülsümün saçını sığallayıb baxdı düşündü, tamam bacım atamada kömək olar, yazıq oldu mənə görə. Xoşum gəlməsə gedəcəm, danışdıqmı? Gülsüm uşaq kimi sevinərək, başıyla hə dedi. Mələk – Gülsümə: o zaman çayımızı tez içək dağılıb heyif olunca. Gülsüm zarafatını anladı, – Mələyə: mən yenisini süzərəm gözəl bacımmmaaa. Mələk ağzını büzüb – Gülsümə: bəzən çox yaltaq olursan baçım, bilirsənmi bunu? çayını içdi. Gülsüm Mələyi bacısı kimi çox istəyirdi, baxdı gülümsəyib.

      O bir günün səhəri bazar günü idi, qapının döyülən səsinə Gülsüm getdi baxsın kimdir gələn. Mələk oturub Gülsümün dərslərinə baxırdı. Az vaxtdan Gülsüm Dənizlə qayıtdı. Mələk ayağa qalxıb qızla görüşdü, xoş gəldin Dəniz xanım. Dənizdə zarafatla – Mələyə: xoş günün olsun Mələklərin komedyalı mələyi. Mələk Dənizin zarafatına gülümsəyib, – Gülsümə: bacım sənin ləqəbin yoxdur incimə. Buyur əyləş, Dəniz kecib əyləşidi, masadakı dəftər – kitablara baxıb zarafatla, – Gülsümə: məndə keçdim bulardan. Gülsüm ofuldayıb, – Dənizə: off Vallahi beynim yorulur çox çətindir. Mələk – Gülsümə: ofuldamaq yoxdur bacım, ən azı 5 il beynində ancaq dərslərin olacaq. Gülsüm zarafatla – Mələyə: baş üstə rəyis, o zaman mən qəhvələr süzüm. Dəniz atıq anlamışdı, Mələk Gülsümə bacı kimi idi. Dəniz – Mələyə: bu gün bazardır, sabahdan mağazada çalışaçaq adam lazımdır. Məndən də cavab gözləyirlər, gəldim fikrini bilim. Gülsümdə gəldi qəhvələri qoyub, – Dənizə: bacım razıdır sabahdan işə çıxacaq. Mələk Gülsümə baxdı ki, özü söz demədən cavab verdiyinə görə. Dəniz sevindi, – Mələyə: bilirdim düzgün qərar verəcəyinə. Mələk nə isə demək istəyirdi, yenə Gülsüm cavab verdi, bacım mənim kimi deyil. Mən bəzən qərarlarımda qorxağam, ama bacım əsla yox, çox mərtdir. Mələk biraz baxdı, – Dənizə: tamam sabahdan işə çıxacam, ancaq bir sualım var işlə əlaqəli. Dəniz Gülsümə təşəkkür etdi, qəhvəsini götürüb içərək gözlədi nə deyəcəyini. Mələk dərindən nfəs alıb, – Dənizə: niyə maaş çoxdur? Dəniz təcüblənmədi suala. Gülsüm yenə baxdı bacısına təcüblə. Dəniz qəhvə fincanını masaya qoyub, –