Qəm yağışı. Xaliq Azadi Məmmədov. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Xaliq Azadi Məmmədov
Издательство: ЛитРес: Самиздат
Серия:
Жанр произведения: Приключения: прочее
Год издания: 2020
isbn:
Скачать книгу
qulluq edəcək Baysala? Mən necə atıb gedə bilərəm dərsə!

      – Mən köməkçi taparam!

      İş yerimizdə bir süpürgəçi qadın vardı. Olduqca xoş xasiyyət, mehriban bir insan idi. Mən onunla danışdım, müəyyən əmək haqqı almağı şərti ilə razılaşdı həftənin 4–5 günü günortadan sonra Baysala qulluq etməyə. Xərcini mən götürürdüm üstümə. İnqa razılıq vermədi ki, vermədi.

      – Nə lazım, özüm qulluq edəcəyəm!

      – Axı, köməkçi olsa, sən dərsə gedə bilərsən, İnqa!

      – Azad, yox! Bir də yox!

      Yanvar ayının sonu çatırdı. Bazar günü idi. Yenə gəlmişdim Baysala baş çəkməyə. O yandan- bu yandan danışdıq, durub getmək vaxtı çatdı. Ayaqqabımı geyinirdim ki, hıçqırq eşitdim. İnqa mətbəxdə ağlayırdı. Mən yaxınlaşdım, barmağını dodaqlarının üstünə qoydu, yəni: "Sakit dur, heç nə demə!" Yəni, onun ağladığını Baysal bilməsin. Ürəyimdə dünyaya və özümə söyə-söyə çıxdım bayıra…

      Marşurutumda işləyirdim. Dünən onlara gedə bilməmişdim. Saat 10–11 radələri olardı, qrup yoldaşım, İnqanın rəfiqəsi girdi salona. Sürücü ilə salon arasında olan şüşə arakəsmədə açılan pəncərə vardı. Açdım pəncərəni, yaxınlaşıb salamlaşdı.

      – İnqa xəstəxanaya düşdü! -dedi.

      – Necə xəstəxanaya? Nə olub?.

      Sən demə, İnqa 7 ayın içindəymiş. Neçə vaxt varmış ki, ağrıyırmış. Dünən ağrı güçlənib, aparıblar xəstəxanaya. Oradan yataqxanaya zəng edib, rəfiqəsini çağırıb.

      – Axşam və bu səhər baş çəkmişəm, İndi bir iki lazımı əşyalar var, götürüb yenə gedəcəm xəstəxanaya.

      – Görəsən, həkimlər nə deyr? Uşaq barədə nə düşünürsən?

      – Uşaq barədə bir məlumatım yoxdur. Yəqin bu gün bilərəm. Amma, düşünürəm ki, uşaq qalmayacaq. itirəcək uşağı. İnqa özü də bilir.

      Axırda əlavə etdi.

      – Mən evə gedirdim. Yolumu dəyişib bura gəlməyimi İnqa xahiş etdi. Səni xəbərdar etməyimi istəyirdi.

      Günorta yeməyinə ayrılan vaxtı getdim doğum evinə. Məni tək görüşməyə gələnlər, cavanlar, yaşlılar dolu idi. Hamı pəncərə vasitəsi ilə əlaqə saxlayırdılar. Doğum evinə kənar şəxsin girməyi qadağandır. Mən də dayandım pəncərə ilə üzbə-üz. Palatanın yerini bilirdim. Pəncərəyə üzümü tutdum, çağırdım. Qonşu otaqdan kimsə boylandı. İşarə ilə xahiş etdim ki, qonşu otağı çağırsınlar. Bir az keçmiş İnqa gəldi pəncərənin qabağına. Balaca gözlüyü açdı. Yerdən ikinci mərtəbə ilə danışmaq çox asandır, elə bil, yan-yana durursan Amma biz danışa bilmədik. Daha doğrusu, mən danışırdım, İnqa nədənsə dönmüşdü heykələ.

      – Salam, İnqa!

      Əli ilə salamlaşdı.

      – Necəsən?

      – … sükut!

      – Həkim nə deyir?

      – …

      – Nə vaxt gəlim dalınca, səni aparım?

      – …

      Mən də susdum.

      İnqa şüşəyə yapışmışdı. Ağlayırdı.

      – Ağlama, İnqa…

      – …

      Sinəmdən “ah!”lar çıxdı:

      – Yalvarıram… ağlama…

      – …

      Yalvarış dolu baxışlar nəsə danışırdı…

      12-ci hissə

      İşi başa vurub tələsik getdim Baysal gilə. Qapını açdım, girdim içəri.

      – Salam, işlər nə yerdədir?

      – Yaxşı ki, gəldin, Azad! Bilirsən nə gəldi başımıza?

      Dedim:

      – Bilirəm. Narahat olma, hər şey yaxşı olacaq.

      – Yazıq İnqa! Görəsən necədir? Bir baş çəkməyin pis olmazdı, bəlkə nəsə kömək lazımdır.

      – Getmişdim, bir dəyişiklik yoxdur. Rəfiqəsi də yanındadır. Narahat olma, lazım olsa, mənə xəbər edəcəklər.

      – Heç olmasa İnqanın işləri yaxşı olaydı, uşaq son ümidimdir.

      Gecənin ortasınacan oturdum. Baysalın yeməyinə kömək etdim. Onun narahatçılığı

      çatmışdı son həddə. Saat 3 olardı, durdum ayağa.

      – Gedirsən? – dedi. Gözlərində təşviş gördüm.

      Ürək ağrısı götürdü məni. Pəhləvan tərpənişli bir insanın bu günə düşməyini görmək nə qədər ağır idi! Neynəmək olardı.

      – Mən gedim, sən narahat qalma, səhər açılsın, sənə xəbər gətirəcəyəm, – deyərək çıxdım

      – Gözləyəcəm, – arxadan zəif səsini eşitdim.

      Sabahın açılmasına az qalmışdı. Dan yeri sökülür, üfüqlər rəngini dəyişərək tədricən qızarırdı.Təsadüfü maşınlarla iş yerinə gəlib çıxdım. Avtobusu götürüb xəttə çıxmalıydım. Fikrim dispetçerlərlə danışıb 2–3 saat icazə almaq, doğum evinə dəymək, sonra Baysalı görmək idi. Dispetçer qızları dilə tuta bildim.

      "Doğum evi yəqin ki, onsuz da bağlıdır". -düşündüm. Gəldim yataqxanaya. Bu gecəni heç beşcə dəqiqə yatmamışdım. Birinci dəfə deyildi ki! Yuxusuz gecələri hiss etdirməyən gözəl anlarım çox olmuşdu. Amma, indi səbəb başqaydı. Gənc orqanizm üçün bir gecə yatmamaq necə də asan imiş!

      Əl-üzümü yudum. Çaydanı doldurub qaynatdım. Çay içib çıxdım. Saat 9 olardı ki, doğum evinin qarşısında dayandım. Bəzi pəncərələrdən işıq gəlirdi.

      – İlahi, heç olmasa İnqanın vəziyyəti yaxşı olsun, uşaq barədə çətinliklər olmasın. Yazıqdırlar hər ikisi.

      Yaxınlaşdım ki, girəm içəri, arxadan səslədilər. İnqanın ən yaxın rəfiqəsi idi. Salamlaşdıq.

      – Sabahın xeyir, – dedim.

      – Sabahın xeyir, – cavab verdi.

      – Gedək görək, Taley kimi verib bizim dostlara!

      – Çox sevinməyə dəyməz, Azad. Məyus edici xəbər var… – rəfiqəsi az qala ağlayacaqdı.

      – Nə olub, nə məyusluq?

      – Dünən axşam üstü mən burada idim. İnqanın uşağı ölü doğuldu.

      – İlahi, bəla niyə tək gəlmir insana! – Mənim azərbaycan dilində dediyim bu sözlər haray tək, şəhərin təzə açılan səhərinin sakitliyində əks-səda verdi.

      Rəfiqəsi dilləndi:

      – İnqa evə getmək istəyir, indi buraxacaqlar, aparaq evə.

      Bir az keçmiş, bənizi saralmış İnqa rəfiqəsinin