На семнадцати языках. Переводы произведений Ахадова. Эльдар Ахадов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эльдар Ахадов
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Книги для детей: прочее
Год издания: 0
isbn: 9785005062604
Скачать книгу
illərə qədər davam edir; DOOS qrupuna üzvlüyə qəbul olunması (DOOS beynəlxalq avanqard festivalının laureatı), Marqaritanın yaradıcılığının görkəmli Rus avanqardı nümayəndələri tərəfindən tanınması, «Işi», «Drojal» və s. şerlər), Beynəlxalq Akademiyaya qəbul olunması («Otmetina Davida Burlyuka» Beynəlxalq mükafatı laureatı); Ixtisaslı rəssamlar ittifaqına qəbul olunması və s.

      Ikinci mərhələ-performans təzahürünün və öz platformasının yaranmasıdır. Bu Marqarita Alın öz bədii və poetik perfopmanslarıdır. Bu əvvəlcə ölkədə, sonralar Avrasiyada və nəhayət, beynəlxalq səviyyədə jurnallar, kütləvi performans -festivallar, ədəbiyyat sahəsində birləşdirmək fəlsəfəsidir. Bu mərhələ təxminən 2015-ci ildən başlayır və bu gün də davam edir. Al yeni ideyaların təşkilatçısına və generatoruna çevrilir; O, Yuneskonun təsis etdiyi Ümumdünya Poeziya gününün təşkilatçısıdır; O, «DOOS» və «LiFFt» nəşriyyatlarına başçılıq edir, «Şairlər» avanqard jurnalının təsisçisi, naşiri və baş redaktorun müavinidir; Rusiyanın 20 bölgəsinin «LiFFt» ədəbi jurnallarını və 89 bölgəni təmsil edən ədəbi «LiFFt» jurnalının baş redaktorudur; Dünyanın 26 dilində çap olunmuş «Müasir Avrasiya yazıçıları» antologiyasının birinci cildinin tərtibatçısı və naşiridir; hər il keçirilən DOOS -beynəlxalq avanqard poeziya festivalının təşkilatçısıdır; hər il keçirilən LiFFt beynəlxalq ədəbiyyat festivalının təsisçisi və təşkilatçısıdır; SPIÇ yazıçılar və oxucular Ittifaqının prezidentidir; Avrasiya xalqları ədəbiyyat Asambleyası Şurasının sədridir; Rusiya xalqları ədəbiyyat Asambleyası Komitəsinin sədridir; Rusiya PEN-mərkəzin üzvüdür.

      Üçüncü mərhələnin başlanğıcı indiki dövrdə cərəyan edir: Bu dünyada beynəlxalq səviyyəyə çıxmaqdan ibarətdir…

      2015-ci ildə Marqarita Al təqdirəlayiq yaradıcılıq təşəbbüsünün müəllifi oldu: O, Rusiya və Avrasiya məkanında bir il müddətinə özünə geniş yer tutmuş maarifləndirici layihəni irəli sürdü. Bu layihənin məqsədi və qarşıya qoyulan məsələlər aşağıdakılardan ibarət idi:

      – Rusiya, «Avrasiya» və MDB dövlətlərində yazıçılar və oxucular arasında dostluq və yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi; -Rusiya, MDB, Avrasiya yekdil ədəbiyyat məkanının yaradılması;

      – Çoxmillətli Rusiyada festival hərəkatının birləşdirilməsi, Rusiya və dünya xalqları mədəniyyətinin qarşılıqlı inkişafına kömək; -mütəxəssislər arasında əlaqələrin genişlənməsi, ədəbiyyat festivallarının və forumlarının təşkilində qabaqcıl təcrübənin təbliği…

      Cəmi bir ilə ilk Ümumrusiya Әdəbiyyat Festivalı həyata keçirildi. 2017-ci ildən isə o, Avrasiya festivalına çevrildi. Yenə də ardıcıllığa nəzər salsaq:– Birinci Ümumrusiya və Avrasiya Әdəbiyyat Festivallarının festivalı-27-30 may 2016, Aluşta şəhəri; -Ikinci Avrasiya və Ümymrusiya Әdəbiyyat Festivallarının Festivalı-26-30 may 2017, Moskva şəhəri; -Ücüncü Avrasita və Ümumrusiya Әdəbiyyat Festivallarının Festivalı, 24—28 may 2018, Soçi şəhəri; -Dördüncü Ümumrusiya ədəbiyyat Festivallarının Festivalı, 26—29 iyul 2019, Tümen şəhəri…

      Ildən-ilə layihənin əhatə dairəsi daha da genişlənir.

      Dördüncü Avrasiya ədəbiyyat Festivalları Festivalı daha Rusiyada deyil, 2019-cu ilin 30 sentyabrından 3 oktyabra qədər Azərbaycanda keçiriləcək.

      Qonaq qismində festivala bütün dünyanın tanınmış şair və yazıçıları təşrif gətirəcəklər!

      Bakıya Çindən, Koreyadan, Hindistandan, Indoneziyadan, Israildən, Avropadan, Afrikadan, Şimali və Cənubi Amerikadan, hətta Avstraliyadan da tanınmış ədəbiyyat xadimləri gələcəklər.

      Onların arasında ədəbi tədbirlərin keçirilməsində misli, bərabəri olmayan bir kolumbiyalı da olacaq- məşhur Kolumbiya şairi, redaktoru və jurnalisti Luis Fernando Rendon Merino. O, 1991-ci ildən təsis olunmuş Medelin (Kolumbiya) Beynəlxalq poetik festivalın yaradıldığı gündən onun rəhbəri və direktorudur. Medelinə və Kolumbiyanın başqa şəhərlərinə bütün dünyadan, keçən ərəfədə min beş yüzdən çox şair və yazıçı təşrif buyurmuşdur. Amma insanı məəttəl qoyan başqasıdır: Kolumbiyada şairlərin çıxışı çoxminlik auditoriya toplayır! Insanlara poeziya lazımdır! Hava kimi lazımdır! Heç nəyə məhəl qoymadan! Heyranedici ölkədir!

      Qabriel Xose de la Konkordiya «Qabo» Qarsia Markes Kolumbiya yazıçısı, jurnalisti, naşiri və siyasi xadimidir. O, «Sehrli realizm» ədəbi cərəyanının təmsilçisi, ədəbiyyat sahəsində «Neyştadt» mükafatının laureatıdır. 1957-ci ildə 30 yaşlı kolumbiyalı Qarsia Markes Sovet Ittifaqında, Moskva tələbələr və gənclər festivalında iştirak etmişdir. (O, dəvət olunmasa da oxumaq, rəqs etmək, gitara və zərb alətlərində ifa etməyi bacardığına görə Leypsiq şəhərində Kolumbiya folklor ansamblından olan yerlilərinə qoşularaq SSRI- ə gəlir).

      O, yazdığı essedə SSRI-yə səfərini belə şərh edir: «22400000 kv km-də koka-kolanın bir reklamına belə rast gəlinmədi.»

      1957-ci ilin dekabrında Qarsia Markes «El Momento» qəzetində işləmək təklifi aldığından, Venesuelanın paytaxtı Karakas şəhərinə köçür. Amma, Qarsia Markes 1958-ci ilin martından bir müddətə yenə Kolumbiyaya qayıdır, Mersedes Barça ilə evlənir və onunla birlikdə yenidən Karakas şəhərinə öz işinə qayıdır.

      Mixail Jvanetski deyərdi: «Sənin arxanca gülsələr eybi yox, başın üstündə ağlamasınlar.» Әlbəttə o, haqlı idi. Şairlərin qeyri-adi davranışına tez-tez gülənlər olur, amma hətta Әfqanıstan müharibəsi zamanı mücahidlər arasında şairləri öldürmək günah sayılırdı, hətta qəddar Kolumbiya quldurları da şairlərə toxunmurdular. 2004-cü ildə Kolumbiyada Medelində keçirilən poeziya festivalında Rus Şairi Demyan Kudryavtsev də iştirak etmişdi. Bu haqda o yazırdı: «Festivalı „Prometeo“ jurnal, almanaxının banisi Fernando Rondon ərsəyə gətirmişdi. O, bunu axşamlar saat altıdan sonra küçəyə çıxmaq mümkün olmayan, ikinci özbaşınalıq dövrü kimi qorxunc bir zamanda həyata keçirməyi düşünmüşdü. O da bir çox başqaları kimi „incəsənətin“– sülhə gətirən ən yaxşı yol olduğunu düşünürdü… On il bundan öncə şəhərdə sözün əsl mənasında dava gedirdi… Şəhəri quldurlar, partizanlar, sağ hərbçilər və s. idarə edirdilər. Festivalın təşkilatçıları arasında hər birinin ailəsində zərərçəkmişlər, həlak olmuşlar, yaralanmışlar var idi. Amma, bu on dörd ildə festival iştirakçılarından heç kim zərər çəkmədi».

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги,