Leyli və Məcnun. Vahid Məmmədli. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Vahid Məmmədli
Издательство: Автор
Серия:
Жанр произведения:
Год издания: 2024
isbn:
Скачать книгу
da özü ilə aparmağın yolunu tapmışdı. Bu, xalqı daha da qəzəbləndirirdi. İbn Məhandan tələb edirdilər ki, bizə silah ver, gedib Validi tapıb gətirək.

      İbn Məhan çox sevdiyi taxtını da bir dəvəyə yükləyib, söz verdi ki, vəzirinin arxasınca özü qoşunun başında gedəcək, onu yerun deşiyindən də olsa, tapıb gətirəcək. Niyyəti Bərdədən uzaqlaşmaq, vaxtı udub ağsaqqalları min vədlə ələ almaq, yenidən öz cənnət bağına qayıtmaq idi. İndi Araz sahilinə qoşunla yol alarkən ibn Məhan artıq özünü söyüb-yamanlamaqdan yorulmuşdu. Öz səhvləri üzündən taxt-tacını itirməsiylə hələ də barışa bilmirdi. Çıxış yolunu çayı keçib, Harun Ər-Rəşidə sözünü çatdırmaq, hər şeyi ibn Tarifinin üstünə ataraq əfv diləmək, xəlifənin mərhəmətinə sığınmaqda görürdü. Arazın sahilində çadırlar qurub bir az dincəlmək, çayı səhər sübhdən keçmək qərarına gəldilər.

      – Bəxş etdiyin bu cənnətdən məni məhrum etmə, ilahi! – səsini daha çox duyurmaq üçün özü də səmaya qaldırdığı əllərinin arxasınca dartınaraq yalvarırdı. – Hökmdar olmağım sənin lütfündür. Bu bir möcüzədir, ilahi, hər gecə bir huri-mələk, hər gecə bir başqa həzz… – Sonuncu sözdə səsi qırıldı, ildırım sürətilə gözünün önündən keçən mənzərənin peşmanlığından özünü şillələyib ağlamsındı, – indi bunları itirməyimə niyə izn verirsən, ey böyük Allahım?! Ölsəm də, bu taxt-tacdan getmərəm… – yalvarışdan daha çox umu-küsü edirmiş kimi üsyankarcasına sızıllandı.

      Əli ibn İsa ibn Məhan bu gün özünü, bəlkə də, yüz dəfə söymüş, tək qalanda yüz dəfə üzünə, başına döyəcləmişdi…

      İbn Məhan özünün bu vəziyyətə düşməsində əlbir olub taxtını başına yıxan vəziri Validi və Şəmsi günahkar bilirdi. Ölçüyə gəlməyən bu itkinin qisası yalnız ölüm ola bilərdi. Xacə Məluma kənizi Şəmsi yatağına gətirməyi əmr etdi. Qız dünyadan xəbərsiz kimi həmişəki cəldliklə tül libasının ipini açıb ayaqları altına atdı, sevgi və ehtirasla hökmdarına sarıldı. İbn Məhanın bədəni bir anlığa uçunsa da, bütün qəzəbini qan çanağına dönmüş gözlərinə yığıb Şəmsə nifrətlə baxdı. Kənizinin uzun saçlarını sağ qoluna dolayıb, dodaqlarını yerindən qoparacaqmış kimi şəhvətlə iri, kobud dodaqları arasına aldı. Hökmdar qəzəb qarışıq ehtirasla ona təcavüz edir, Şəmsin nəfəsinin az qala kəsildiyini sövq-təbii ilə hiss etsə də, əzilmiş qürurundan doğan nifrəti ona güc gəlirdi. Qız hər tərəfinin ağrısından inildəyir, qışqırırdı. Qurtulmaq üçün çabalayarkən barmaqları ibn Məhanın boynuna toxundu. Ağlı başından çıxmış hökmdar bir an başını cəllad kötüyünün üstündə hiss etdi. Harun ər-Rəşidin onun boynunu vurduracağı gözü önündə canlanır, ona elə gəlirdi ki, cəllad hər dəfə baltanı qaldırıb boynunda böyük bir kəsik yaradır, amma başını bədənindən ayıra bilmirdi.

      – Sən e-lə-din, sən mə-ni bu ha-la sal-dın!!!, – deyə qəzəblə Şəmsin boynunu sıxmağa başladı. Aylardır cənnətdən gəlmiş huri hesab etdiyi qız bu an onun gözündə bütün həyatını alt-üst edən şeytan idi. Cəllad baltasının ağrılarını hiss etdikcə bütün qorxu və qəzəbini əllərinə verirdi: – Sən ifritəsən, itirdim taxt-tacı!!!, – deyib hönkürdü. Gözlərindən sellənən yaş onu süstləşdirib əldən saldı. Yalnız bundan sonra Şəmsin cansız bədənini əlindən buraxdı…

      Gözlərinə inana bilmirdi. Ani qəzəblə verdiyi qərarın ağrısı intəhasız peşmanlıq, ağırlıq olub varlığına çökmüşdü. Başını əlləri arasına alıb, “mən nə elədim!” deyə səssiz fəryad qopardı. Aylar boyu ona cənnətin yeddi qapısını açan kənizin cəsədinin yanında oturub, göz yaşı axıtdı. Tez də özünü ələ aldı: indi yas tutmaq vaxtı deyildi, taxt-tacı əldən getmiş, qüruru tapdanmışdı; vəziri onu barmağına dolamış, ələ salmışdı. Xatırlayanda ki, Şəms başını qatmaq üçün Validin ona məkrli bəxşişi idi, bədəninə sarılmış zəhərli ilanı qoparıb atıbmış kimi dərindən nəfəs aldı. Özünə gələndə Şəmsin artıq soyumuş bədənini qorxu ilə kənara itələyib bağırdı:

      – Gəlin rədd eləyin bu murdar cəmdəyi burdan!

      Keşikçilər Şəmsin meyitini çadırdan sürüyüb Arazın sularına tolazladılar.

      İbn Məhan onun arxasınca boşluğa zillənmiş, ayaq üstə donub qalmışdı. Ürəyində kənizinin gözlərindəki oynaq təbəssüm qədər böyük bir boşluq hiss edirdi. Anladı ki, bir də heç vaxt heç kim çətir kirpiklərini astaca qaldırıb bunca məsum, bunca sevgi və itaət dolu gülümsəməyəcək üzünə. Yalnız bu an hiss etdi ki, Şəms onun üçün yalnız bir şəhvət aləti deyilmiş və o, aylardır sevişdiyi kənizini yox, Araza ürəyini qoparıb atıb…

      ***

      Keşikçilər çayın qarşı sahilində böyük bir qoşun gördülər. Qaçaraq ibn Məhanın çadırına yaxınlaşdılar:

      – Hökmdar, müjdə, qurtulduq! Qarşı sahildə böyük bir qoşun var. Qurban olduğumuz xəlifə bizə yardım göndərib.

      İbn Məhanın üzü qorxudan bumbuz oldu. Bilmədi sevinsin, ya kədərlənsin. “Axı, mən Allahın seçilmiş bəndəsiyəm, yəqin ki, xəbər Xəlifəyə çatıb, mənə köməyə qoşun göndərib”. Çadırdan çıxıb sahilə qaçmaq istəsə də, pis xəbər alacağından qorxub yerindən tərpənmədi. Onu bu gahgir vəziyyətdən qarşı sahildən gələn əsgərlər qurtardı: – Bizimlə gedək, – dedilər.

      İbn Məhanın ayaqlarından, elə bil ki, daş asılmışdı, addımını ata bilmirdi. Nə qədər sorğu-sual eləsə də, qarşı sahildən gələn əsgərlər lal-dinməz hərəkət edir, onun çaydan keçməsini tezləşdirirdilər. Onu ortadakı böyük çadırın önünə gətirib “keç içəri!” dedilər. Yerində donub qaldığını görən əsgərlər qollarından tutub içəri atdılar. İbn Məhan parıltılı dəri çəkmələrin önündə üzü üstə yıxılıb qaldı. Başını qaldırmağa qorxurdu. Çəkmələrin sahibinin hökmlü səsi gəldi:

      – Vəzirin hardadır?

      – Ərməniyyəyə qaçıb.

      – O, vətən xainidir… Sən də! Aparın bunu, gözüm görməsin! Onun taleyini ulu hökmdar, xəlifəmiz özü həll edəcək.

      Keşikçilər ibn Məhanı elə götürüb apardılar ki, onunla söhbət edənin Azərbaycanın yeni hökmdarı Yəzid ibn Məzyəd olduğunu da anlamadı.

      II fəsil

      Nəcd dağının ətrafından keçən bütün dəvə karvanları onlara haqq verir, bilirdilər ki, kimsə inad edib o qəbilənin başçısı ilə dil tapmırsa, sanki yerin altından çıxan bir dəstə adam bir anda karvanını tar-mar edir, ən yaxşı halda karvandakıları dəvələri ilə birlikdə əsir götürür, sonra isə həmin dəvə və əsirləri karvan sahiblərinə qızıl pula satırdılar.

      Onlar özlərini insanların malını, canını qoruduqlarına, Allah qarşısında təmiz olduqlarına inandırmışdılar. “Biz olmasaq, ticarət ölər, – deyirdilər, – o qədər quldur dəstəsi yaranar ki, hansı karvanı kimin talan etdiyi bilinməz”. Onlarla dil tapmağı artıq hökmdarlar da sərkərdələrinə əmr etmişdilər. Bəzən bir qoşundan da güclü olurdular. Hardan gələcəkləri, nə