Bu sevgimin yazanını bilirəm
Çömçə399 gəzəb – qazanını bilirəm -
Dib-dəhnədən400 dərdi nahaq401 çəkmirəm.
Gördüyümü, duyduğumu köçürtdüm402
Köçürtdükcə ruha dönüb
Köçürdüm
Özüm bildim nəyi, necə
Keçirdim -
Sökmürəm
Nə var qalsın bu meydanda
Ortada
Günahkarlar
Ayaq-başdı405, ortada
Bu Әbülfət arxayındı406 – orda da -
Deyəcəkdi dərd biçirəm, əkmirəm.
Barmaqlarımı
Qatlayıram
Və sayıram
Birinci – gözün, qaşın
İkinci – dilin, dodağın
Üçüncü – oxşadıqca
Qarışan saçların
Dördüncü – pıçıltıdan407
Alışan yanaqların
Beşinci – boynuma
Sarılan qolların
Altıncı – mənə aid
Olan ürəyin
Yeddinci – səni görüşə408 gətirən
Ayaqların
Səkkizinci – hamıdan409
Fərqli vücudun
Doqquzuncu – ləyaqətin,
Dözümün410
Onuncu – bütün bunların -
Bir sahibi,
Bir ünvanı var…
Adını çəkmədən411
Rəsmin qəhrəmanını
Tanımaq olar412.
Deyirsən ki, bu olanlar -
Olacaqmış
Bu boşalan – boşalmalı
Bu dolanlar – dolacaqmış
Bu bitənlər göyərməli413
Bu solanlar solacaqmış
Bu gedənlər getməliymiş
Bu qalanlar qalacaqmış
Bu olanlar olacaqmış
Deyirsən ki, hər şey göydən
Gələn yazı
Kim narazı414 – mən razı
Fərq eləməz
Yol beşikdən behiştədi415
Amma insan -
İz qoymalı – nişanədi…
Bacarmırsa, ya buna heç
Cəhd etmirsə416 -
Demək417 hər şey
Tənbəllərin uydurduğu
Bəhanədi…
Heç bu qədər darıxdığım418 olmayıb
Aman Allah, qəbir üçün, gor419 üçün
Niyə axı420 bircəciyin421 demədin
Sən başıma nə gələcək, görücüm422
Talehimi, qədərimi yazanın
Günahımı nə saydığın423 de, bilim424
Heç olmasa son anımda anlayıb
Bundan sonra adam kimi sevinim.
Zamanımın olammadım adamı
Həyat məni şişə çəkdi425 görk üçün426
Səsini səp dən433 kimi,
Mən dinləyim təkbətək434
Səsə bürünmək üçün -
Allah məni göyə çək!
Dodağım çat-çat olsun,
Dərdim neçə435 qat olsun
Düzlük436 mənə ad olsun -
Məni düzəngahda437 ək!
Əl gəzdirir vaxt telə,
Arada bir vaxt elə
Özümə ver, bircə lək!440
Acı çəkmək ilk qismətim,
Əzəlim -
Mənə düşən bil ki budu441 gözəlim
Hələlikdə442 öz başımdı, öz əlim -
Qalan hər şey ötəridi