Yeddi gözəl. Низами Гянджеви. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
taxtın üstündə əyləşib söhbət eləyirlər. Bəhram diqqətlə və heyrətli baxışlarla o qızlara baxıb gördü ki, onlar bir-birindən gözəldilər, heç birində eyib yoxdur. Qızların məhəbbəti Bəhramın qəlbində özünə yurd saldı. Biçarə Bəhram birdən-birə yeddi qıza aşıq oldu. Bəhram onlara elə vuruldu ki, səbir və qərarı əlindən getdi, bihuş olub yerə yıxıldı. Bir saatdan sonra huşa gəlib heykəllərə heyran-heyran baxdı. Baxışlarını qaldırıb yuxarı baxanda gördü ki, hərəsinin başının üstündə bir lövhə asılıb. Qabağa gedib əvvəlinci lövhəni əlinə aldı, oxuyanda gördü ki, qızın adı Nurəkdi. O, hind padşahının qızıdır. İkinci qız Yəqmənazdır və o Çin xaqanının qızıdır. Üçüncünün adını Nazpəri yazıblar ki, o, Xarəzm padşahının qızıdır. Dördüncüdə Nəsrinnuş yazılıb, Dəslab şahının qızıdır. Beşinci lövhədə və Dürrüəstə yazılıb, Kəsra padşahının qızıdır. Altıncı lövhədə Humay yazılıb, Rum Qeysərinin qızıdır. Yeddinci lövhə Azəryuna aiddir, Məğrib padşahının qızıdır.

      Bəhram o qızların və atalarının adlarını biləndə heyrəti artdı; ətrafına baxanda gördü bir böyük lövhə də otağın başqa tərəfində vardır və burada yazılıb ki, zirək və elmi çox olan münnəcimlər və ulduzşünaslar xəbər veriblər ki, Bəhramın bəxti xoşbəxtdır. Bəhram-Gur Allahın təqdiri və yeddi ulduzun hökmü ilə yeddi iqlimə malik və yeddi padşahın yeddi qızına sahib olacaqdır. Bəhram həmən lövhədən xəbərdar olduqdan sonra özündə bir şadlıq və xoşbəxtlik, tərifəgəlməz bir məğrurluq və özündənrazılıq hiss etdi. Allahın dərgahına şükür etdi, ondan köməklik istədi ki, öz arzusuna yetişsin. Ondan sonra yenə bir-bir o qızlara tamaşa etməyə başladı. Onlardan birini seçmək istədi, ancaq gördü ki, bu mümkün deyil. Xülasə, o yeddi qızın hamısını bəyəndi. Onların məhəbbəti Bəhramın ürəyinə elə əsər elədi ki, o, şəkillərə büt kimi sitayiş elədi və heykəllərin yanında əyləşib ahu-zara məşğul oldu. Çox ağlayandan sonra bunun faydasız olduğunu düşündü. “Gərək ağıllı tədbir tökəsən ki, məqsədə çatasan” – deyə qərarlaşdırdı. Sonra otaqdan eşiyə gəldi. Qapıları qıfılladı, açarı cibinə qoydu. Bu sirri bir kəsə açmadı.

      YƏZDİGÜRDÜN ÖLMƏSİ

      Öz adəti üzrə atına minib şikara gedib və eyş-işrətə məşğul olurdu. Bəzi vaxtlarda kimsənin xəbəri olmadan tək və tənha o otağa gələr və heykəllərin qənşərində durub deyərdi:

      – Ey şux şəkillər, sizin camalınızın vüsalı nə vaxt mənə qismət olacaq? Taqətim, səbri-qərarım əlimdən getdi axı!

      Xülasə, bu cür sözlərdən deyib gah şad və gah da kədərli olardı. Elə ki on beş yaşına çatdı, günlərin birində Münzirlə söhbət əsnasında Bəhram dedi:

      – Çoxdandır ki, atamın əhvalından xəbərim yoxdur, bilmirəm məni unudub, yoxsa başqa bir səbəb vardır.

      Münzir şah onun cavabında dedi:

      – Yox, belə deyil, olsun ki, işlərinin çoxluğundan və səltənət işinə başı qarışdığından belədi.

      Bəhram Münzirin bu sözlərini qəbul etmədi, həmən saat bir nəfər qasid müəyyən eləyib İran tərəfə yola saldı. Qasid biz az zamanda özünü İrana yetirib Bəhramın hüzuruna qayıtdı. O, çox qəmgin və pərişanhal idi. Bəhram onun əhvalını belə görəndə çox məyus və məhzun oldu. Qasid nə bilirdisə, nə eşitmişdisə, söyləməkdən başqa bir çarə tapmadı. Qasid dedi:

      – İrana getdim, şəhərə daxil olmamışdan bir nəfər öküz otaran gördüm və şəhərin vəziyyətini ondan soruşdum. Öküz otaran məni görüb dedi:

      – Sən qəribsən, mən sənə deyim, gəl bu şəhərə daxil olma, şəhərə daxil olan hər qəribi tutub həbs eləyirlər və bir də buraxmırlar. Mən bunun səbəbini öküz otarandan soruşdum, dedi ki, daha bundan sonra söz deməyə haqqım yoxdur. Mən onun sözündən götür-qoy eləyib qərar qoydum ki, yaxşısı budur, gedim bir guşədə gizlənim. Kimsə məni görməsin, axşam düşəndə şəhərə daxil olum və bu mətləbi öyrənim. Xülasə, bu məqsədlə gedib bir guşədə gizləndim. Gecə özümü bir kəsə nişan verməmiş daxil oldum. Qəriblər kimi deyil, şəhər əhli kimi saymazyana şəhərdə dolandım. Qədimdən o şəhərdə bir dostum var idi. O dostumla görüşməyə getdim. Elə ki qarşısında məni gördü, şadlıqla salam verdi, evinə apardı, şəhərə necə girdiyimi soruşdu. Onların hamısını ona danışdım və nə üçün şəhərə daxil olmağa mane olduqlarını soruşdum. Dostum ah çəkib dedi:

      – Ay qardaş, bunun səbəbini sənə deməyə ixtiyarım yoxdur. İndi beş ildir ki, yol bağlanıb, bu şəhərə daxil olan hər qəribi sual-cavabsız tutub həbs eləyirlər. Səbəbi də budur ki, bizim padşahımız Yezdəgürd beş il bundan qabaq naxoş olanda vəzir, vəkillərə əmr elədi ki, Bəhrama məktub yazsınlar, tezliklə gəlsin. Padşah öz diriliyində səltənət tacını onun başına qoymaq istəyirdi. Vəzir, vəkillər padşahdan razı deyildilər, ona görə Yəzdigürddən olan bir övladın ölkədə padşahlıq eləməsini istəmirdilər. Vaxtı yalan ilə keçirdilər, padşah vəfat elədi. Onu dəfn edəndən sonra vəzir, vəkillər hamısı bir yerə cəm olub məclis qurdular və qərar qoydular ki, bu yerdə Yezdəgürd övladı padşahlıq eləməsin. İndi Xosrov adlı bir nəfəri gətirib özlərinə padşah eləyiblər. Bu xəbər ətrafa yayılmasın deyə beş ildir ki, harada bir qərib görsələr, həbs edirlər. Buna görə də indi sizin şəhərə gəlməyinizdən mən qorxuram.

      Elə ki öz rəfiqimdən bu sözü eşitdim, həmən gecə gecikmədən, tələsik şəhərdən çıxdım və sürətlə özümü sizin xidmətinizə yetirdim.

      Bəhram atasının vəfatı xəbərini eşidəndə gözlərindən ixtiyarsız yaş tökdü, rəngi saraldı, yerə yıxıldı. Atasının yerində səltənət taxtına otura bilməyəcəyindən rəngi boğulub qaraldı və çox məyus olub ah-zar eləməyə başladı. Bəhramı bu halda görən Münzir də başladı ağlamağa. Lakin Bəhrama təsəlli verməkdən ötrü yerindən qalxdı, onun ətəyini öpüb dedi:

      – Xahiş edirəm ki, məhzun və məlul olmayasınız, çünki bu dünya fanidir və heç kəsdən ötrü əbədi deyildir. Həzrəti Şəhriyar Yəzdigürd şah vəfat eləyibsə, xudavəndi-aləm sizin ömrünüzü artırsın. Əgər buna görə qəmgin olubsunuzsa, söz verirəm, nə qədər canım və malım var, sizin xidmətinizdə hazıram və canımı sizə fəda elərəm.

      Bəhram özü də qəm-qüssənin faydasız olduğunu başa düşüb, özünə təssəli verib belə düşündü ki, bu işdə tələsmək olmaz. Yəqin ki, onlar belə güman ediblər ki, mən də atam kimi zalım və qəddaram. Bir tərəfdən onların belə düşünməyə haqları da vardır, çünki məni görməyiblər. Hər halda səbir və soyuqqanlılıq etmək lazımdır! Əgər mən ağılla rəftar etsəm, onlar mənə meyl edərlər.

      BƏHRAMIN YƏMƏNDƏN HƏRƏKƏT ETMƏSİ

      Xülasə, Bəhram bütün bu fikirlərini Münzirə bildirdi və əmr etdi ki, səfərə çıxmaq üçün hazırlıq görsünlər. Münzir piyada və atlı ordusu ilə İran tərəfinə hərəkət etdilər. Elə ki İran sərhədinə yetişdilər, bu xəbər İran əhlinə və Xosrov şahın qulağına çatdı, Xosrov şah öz-özünə dedi: “Böyük bir fitnə baş verəcək”.

      O,