Xəmsə. Низами Гянджеви. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
qəm-qüssəyə hamilədir. Bu da birgünlükdür, keçib gedəcək. Mən bircə bundan şadam ki, bu ölümlü-itimli dünyada sevinclə kədər həmişə bir-birini qovur. Bu boş və fani dünyada, xidmət də, sərvət də, səltənət də elə dəyişərək, bir-biri ilə bəhsəbəhs edərək gəlib-gedib. Ay da, ulduz da, fələk də, dünyada nə varsa, hər şey keçib gedəcək. Rahatlıq da, möhnət də onlar kimi bir gün sona yetəcək. Dərdim, qəmim olanda mən bir azca şadlanıram. Çünki qəm cahanda həmişə sevinc müjdəsi gətirir. Mən Yusif kimi bu qəmdən bəlaya düçar oldum. Ancaq mən qurd deyiləm ki, dərimi də dərddən yırtmağa başlayım. Ey tülkü, fələyin mənə dağ çəkməyinə şad olma. Çünki sənin kimi şikar hələ əlimə çox düşəcək.

      Ovçunun ağzından bu sözlər çıxarkən yolları toz bürüdü. Bu toz pərdəsinin altından cəsur köpək göründü. O, əvvəlcə tülkünün böyrünü, başını dolandı. Birdən tülkünü sorğu-suala tutaraq dedi:

      – Bir az gecikdiyim üçün məni pislədinmi? Gecikməyimə baxmayaraq, bura özümü aslan kimi yetirdim. Mənim ləkəsiz xaltam sənin dinin kimi təmizdir. Yəqin ki, tülkünün peysərini yeyəcəksiniz. O kimsə ki yəqinliyə dərin inam və sədaqət bəsləyir, onun işinin sonu səadətlə tamamlanır. Sən yəqinlik yolunu bu kainatda tut ondan mübarək iş (mənzil) bu həyatda yoxdur. Yəqin ki, o da inamın gücü ilə saf qızıla dönür. Belə olan halda ayaqda olanlar (əyləşənlər) addım da keçə bilirlər. İnamla, yəqinliklə, qorxu bilmədən addın atsan, oddan su, dəniz dalğasından toz çıxararsan. Yəqini təvəkkülə qarışdırıb yoğuran, onları vəhdət halına gətirən kəs kərəm əlilə “Ruzu yalnız Tanrıdan”dır yazar. Yəqin əhli daşdan yumşaq hər nə var nuş edər. Daha quyruqda gənə kimi qan sormaz. Tanrı yolu ilə getsən, nə qəm yeyərsən, nə də qüssə çəkərsən. Yavanlığın, ruzun heç vaxt evindən əskilməyəcək. Tanrı qapısında ol ki, o hər kəsdən uludur. Ruzunu yalnız Tanrıdan istə, ruzunu verən ancaq odur! Tanrının qapısından kim içəri girdisə, inan ki, səbəbsiz yerə o, əliboş qayıtmadı. Yəqin əhli misilsiz dərəcədə kamildirlər. Biz isə onların əksi olaraq naşıyıq. Biz onların ayağı timsalındayıq. Onlar bizim başımızdır. Səccadənin8 ucunu təmiz suya salsalar, o, al-qırmızı şəraba belə bal dadı verər. Sənə bir günlük ömür möhlət verər, israf edirsən. O gün ki bizim surətlərimiz xəlq olundu, elə dərhal da ayrı-ayrı qismətlərimiz ayırd edildi. Sənə o Tanrı süfrəsindən pay göndərilmişdir. O da sənin qismətinə veriləndi ki, süfrənə gətirilir. Hər kəs ki gecə-gündüz dolanmaq üçün əlləşir-vuruşur, o öz qismətindən artıq inan ki, heç nə yeyə bilməz. Əvvəldə söz verdiyin din uğrunda çalış. İşləməklə insanın nə dövləti, nə də ruzusu çoxalmamışdır. Əgər istəyirsənsə, hamıdan əziz insan olasan, onda gərək çalışasan. Sənin arzunu gerçəkləşdirmək yalnız Tanrının əlindədir.

      Nizami çox əlləşdi, sonda nə qazandı? Soyuq ah-amandan başqa heç bir şey! Nə etdisə, isti, nəfəsli Allah ona yol açdı.

      FİRİDUN ŞAHIN CEYRAN OVU HEKAYƏTİ

      Firidun şah səhər-səhər bir neçə həmdəmilə sarayı tərk edib seyrə çıxdı. Ovçu duyğusu onu bir çəmənə gətirdi. O, burada bir ceyran balası gördü. Ceyran balasının qulaqları, gərdəni (bədəni) o qədər zərif idi ki, gözləri, ayaqları sanki adamdan mərhəmət umurdu.

      Şah ceyran balasına heyran-heyran baxdı. Bu dəm ceyran balası sıçrayaraq bircə göz qırpımında ovçudan uzaqlaşdı.

      Ov ovçunu ovladı. Şahın ürəyi ceyranla bir uçdu. Onun bütün marağı, eşqi ovun ardınca getdi. Ovçunun yanan ürəyi kimi atı Rəxşi də od-alov aldı.

      Şahın əlindəki kaman ahunun göbəyi kimi yumşaldı. Ceyranın tozuna nə at çatır, nə də onu ox tutur. Rəxşin şimşək sürətli ox sürəti bəs hanı?

      Ox da, at da yorulmuşdu. Heç biri kara gəlmirdi; ot yeyən bir heyvanın önündə məğlub olmuşdu.

      – Ey şah, məgər belə idisə, – deyə kaman dil açıb söylədi, – bəs sənin qarşında dilsiz-ağızsız heyvan deyildimi? Bu ceyran balası sənin nəzərinin himayəsində irəliləyir. Kimin cürəti çatar ki, sənin diqqətinə, zirehinə tərəf ox tuşlasın?!

      Sən çalğıçısan, şahım, məgər razı olarsanmı ki, sənin ceyranını ovlasınlar, dərisindən dəf düzəldib özgələr çalsın?! Yaxud dümbək çalanların əlləri ilə döyəclənsin?!

      Ey şahım, dağları, ucaları həmişə ara, axtar. Sən də ucaların qərar tutduğu dağdan yüksəkdə durarsan. Hər nə yaxşılıq duysanız, insanlıq sifətidir. Kişiyə yalnız şərəf gətirən əməllər onun xidmətidir. Hünəri olan məğrur insan qoy desin ki, ilkin yaranışdakı əhdə sadiq olmaqdan ülvi nə var? Vəfa əlini hər an əhdin kəmərinə qoy ki, heç vaxt verdiyin sözü pozmayasan.

      Keşik çəkən ilanın xəzinədə gözü yoxdur. Çünki o, başdan-ayağa xidmət kəməridir. Xidmət edən kəhkəşan kainatın tacıdır. Binadan-başdan hər şey xidmət kəməri bağlamışdır. Hünər yolunu tutan dilavərlər, qoçaqlar bellərinə öz əliylə xidmət kəməri bağlayar. Mum işıq qaynağıdır. Bal da şanının zinətidir. O, bu dövləti arıya xidmətlə qazanmışdır.

      Qalx, ey Nizami, sən ki xidmət yolunda kəmərini bağladın, yüksəl, qol-qanadın açıqdır.

      MEYVƏSATANLA TÜLKÜNÜN VƏ CİBKƏSƏNİN HEKAYƏTİ

      Yəməndə dükançı bir meyvəsatan yaşayardı. Onun dükanını bir tülkü balası qoruyardı. Bu tülkü balası təlim-tərbiyə görmüş gözətçiydi. O, sahibinin malını ayıq-sayıq və diqqətlə qoruyurdu.

      Cibkəsən dükanı soyub-talamaq üçün yüz cür oyun çıxardı, fənd işlətdi. Ancaq bu, bala tülküyə əsla təsir etmədi. Nə etdisə də, bala tülkünü aldada bilmədi. Onda cibkəsən növbəti hiyləyə əl atdı. Bir kənara çəkilib gözlərini yumdu. Özünü yatmış kimi göstərdi. Guya o, şəkər, bal kimi çoxdan şirin yuxudadır.

      Tülkü qoca qurdu yatmış bilib yumşaldı. O da başını yerə qoyub yuxuya getdi. Cibkəsən tülkünü yatmış görüb, fürsətdən istifadə edərək pul kisəsini oğurladı. Sonra oradan uzaqlaşaraq gözdən itdi.

      Keşikdə duranların yatmağı qorxuludur. Ya onların başı əldən gedər, ya da başındakı papaq.

      Nizami, dünya yatacaq yer deyil, oyan! Hər şeyi tərk etməyin məqamı çoxdan çatıb!

      TÖVBƏSİNİ POZAN ZAHİDİN HEKAYƏTİ

      Bir gün məscid əhli şeytana uydu. O, məsciddən üz çevirdi. Meyxana onu qoynuna aldı. Mey dilinə dəyən kimi meytək nalə çəkərək dedi:

      – Zavallı canım, özgə nə çarən qaldı? Nəfs ilə həvəs quşu könlümdə dən axtardı. Heyhat onlar təsbeh dənələrindən tələ qurdular. Kəbə mənim əlimdən çıxdı, artıq o mənə yaddır. Ev-eşiyim dəyişərək dönüb xərabət oldu. Qara taleyim məni gör kimlərə tay etdi?! Dilənçiliyi öyrətdi, mənim imanımı zay etdi. Əqlin gözləri məndən niqab örtərək yaşındı. Xərabatın özü də mənim əlimdən xarab oldu.

      Ah, bu dünya darlığından qurtula bilsəydim! Bir silə bilsəydim, ətəyimdən ləkəni. Bu qəzadan deyilmi? Bu “Lat” hara, mən hara? Viran qalmış xarabaxana hara, mübarək məscid hara?

      Bir