Rüstəm Behrudinin özü haqqında bilmədikləri. Коллектив авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Коллектив авторов
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
tərəf müqabili olmaq iddiası ilə diqqəti cəlb edirdi. Əslində isə bu, Rüstəm Behrudinin köksündəki ədəbiyyat ətrafında öz sözünü demək ehtiyacından doğurdu. İndi otuz beş il əvvəlki illərə qayıdıb həmin anları düşünəndə Rüstəm Beh-rudinin tələbəlik dövründəki “icazəsiz” danışıqları mənim təsəvvürümdə bədii yaradıcılıq düşüncəsinin ilkin məşqləri təəssüratı doğurur. Danışmaqdan da çox sual vermək və suallarında alacağı cavabın əsas tezisini qabaqcadan səs-ləndirmək niyyəti onun “söz demək” iddiasının ifadəsi ki-mi səslənirdi. Bu, Rüstəm Behrudinin “başına bəla gətirə bi-lən”… şeir adlı yolçuluğunun başlanğıcı idi. Və həmin illər-də yazdığı “XXI əsrə xitab” şeiri də o zaman üçün “xatalı” sayılan yaşadığı dövrandan şikayət notları da olan gənc qə-ləm sahibinin gələcəyə iddialı baxışlarını əks etdirirdi. Öz sözləri ilə desək, çox qısa bir zaman içində ayılıb gördük ki, Rüstəm Behrudi artıq şair olub. Rüstəm Behrudinin “ruhu-nun yeganə əzabkeşi” olan söz tələbəlik dövründən onun bədənindən şeir yazmaqla çıxmağa başlamışdı. Rüstəm Behrudi üçün söz yalnız ədəbiyyat yaratmaq deyil, həm də yazdığı şeirlərdən boylanan tərcümeyi-halıdır. Artıq keçən əsrin səksəninci illərində o, “bakirə bir söz dəlisi” olan id-dialı cavan şair kimi meydanda idi. Tələbəlik illərində şeir-lər yazsa da, içindəki istəyi “illərlə çəkib dara” nəhayət, qarşısı alınmayan bir gücə çevriləndən sonra, səksəninci il-lərin ikinci yarısında şairlik iddiası ilə “sözün dalınca” hə-mişəlik yolçuluğa başlamışdır. Nehrə kimi çalxalanan sək-səninci illərin sonlarının hadisələri böyük ədəbiyyatda Rüstəm Behrudi şeirlərinin təkanverici qüvvəsinə çevril-mişdir. Etiraf etmək lazımdır ki, XX əsrin axırlarının siyasi-ləşməmiş milli azadlıq hərəkatının şeirdə böyük əks-səda-sını yaradanların sırasında Rüstəm Behrudinin xüsusi xid-məti vardır.

      Rüstəm Behrudinin 1989-cu ildə yazılmış “Salam, dar ağacı” şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq po-eziyasının möhtəşəm proloqu idi. Bu, xalqın milli azadlıq təşnəsi haqqında istedadla və cəsarətlə yazılmış kəskin po-etik nümunədir:

      Yolumu gözlədin hər səhər, axşam,

      Salam, dar ağacı!

      Əleyküm-salam.

      Əcəllə ölməyə doğulmamışam,

      Salam, dar ağacı!

      Əleyküm-salam!

      Eli yağmalanan, bölünən, bölən,

      Çayları quruyan, gölləri ölən,

      Haq-hesab çəkməyə gələn mənəm, mən,

      Salam, dar ağacı!

      Əleyküm-salam!

      Ey darın ağacı! Kimdən kəməm, kəm?!

      Ya səni yendirrəm, ya sənə yennəm.

      Ya da budağında yarpağa dönnəm,

      Salam, dar ağacı!

      Əleyküm-salam!

      Qəbul et, növbəti qurbanın mənəm,

      Mənim canım səndə, bil, canın mənəm.

      Eylə qürrələnmə, hər yanın mənəm,

      Salam, dar ağacı!

      Əleyküm-salam!

      Rüstəm Behrudi hələ Sovet hakimiyyəti dövründə ca-van yaşlarında “Salam, dar ağacı” şeirini yazmaqla azadlıq-dan danışmaq qorxusunu böyük ədəbiyyatın canından çı-xarmışdır. Məhz Həmin illərdə yeni ədəbi nəslin əsl vətən-daşlıq ruhunu daşıyan nümayəndəsi kimi yazdığı “Salam, dar ağacı” şeiri ilə Rüstəm Behrudi azadlıq uğrunda müba-rizədən açıq şəkildə və qətiyyətlə danışmağın mümkünlü-yünü isbat etmişdir. Bu, XX əsr ərzində yazılmış ilk “Sa-lam, dar ağacı” şeiri kimi də əhəmiyyətlidir.

      “Salam, dar ağacı” şeirində Dar ağacı müstəmləkəçili-yin, müstəbidliyin, “qırmızı qaranlıqların” mənfur bir ka-busudur. Bu, Azərbaycan ədəbiyyatında Dar ağacına mey-dan oxuyan üsyankar şeirdir. Bu, Rüstəm Behrudinin hələ tələbə ikən yazdığı “XXI əsrə xitab”ının alt qatında çırpınan poetik notların ədəbiyyat meydanına ayaq açıb gəlməsi, oradan da azadlıq meydanlarında marş səviyyəsində səslə-nən bədii nümunəyə çevrilməsi demək idi. Üsyankar Mey-dan ədəbiyyatında “Salam, dar ağacı” şeiri Dar ağacına po-etik ittiham meydanı açan, ona hökm oxuyan nadir ədəbiy-yat məhkəməsi nümunəsidir. Azadlıq hərəkatı meydanla-rında oxunan, dillərdə əzbər olan “Salam, dar ağacı” şeiri xalqın böyük istiqlal naminə, ölümü mərdanə şəkildə qəbul etməklə, qorxmadan mübarizə aparmaqla, idealına çata biləcəyinin mümkünlüyünə inam yaradan mübariz vətən-pərvərlik poeziyası örnəyidir.

      Milli azadlıq hərəkatı dövrü Azərbaycan şeirində Rüs-təm Behrudinin “Salam, dar ağacı” şeiri ilə müqayisə edilə biləcək poetik örnək göstərmək cətindir. Sovet hökumətinin hələ mövcud olduğu son illərdə baş verən ictimai-siyasi ha-disələrin dalğasında Sabir Rüstəmxanlının "Ömür kitabı" meydan hərəkatı dövrü ədəbiyyatının bayrağı, Rüstəm Behrudinin “Salam, dar ağacı” şeiri isə poetik andı idi. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı müba-rizəsinə “Ömür kitabı” poetik-publisist dastanı və “Salam, dar ağacı” şeiri böyük hərəkətverici, təkanverici qüvvə kimi əhəmiyyətli dərəcədə xidmət göstərmişdir. "Salam, dar ağa-cı" şeiri ilə Rüstəm Behrudinin ədəbiyyata gəlişindəki söz demək iddiası şairlik andına çevrilmişdir. Bunun ardınca meydana çıxmiş “Ölüm, xoş gəldin” şeiri böyük And qar-şısında gerçək poetik etirafdır". Ölüm, xoş gəldin" şeiri “Sa-lam, dar ağacı”nın davamı deyil, cavabıdır. “Ölüm, xoş gəl-din” deməyə hazır olmayan şair "Salam, dar ağacı" – deyə gerçək şeir yaza bilməzdi. Hər ikisi sanki bir nəfəsə yazıl-mış bu şeirlər eyni ruhun qüdrətinin poetik tərcümanıdır:

      Ocaq daşı tərsə dönən

      Tərsə çönüb sonra sönər

      Qayıdıb özünə dönən

      Elim, xoş gəldin, xoş gəldin !

      Vaxtında gəlmir gözlənən

      Dərdimdir belə sözlənən.

      İçində qoru gözlənən

      Külüm, xoş gəldin, xoş gəldin!

      Dərdimi dil-dil ötməyə,

      Sözə bəndəlik etməyə,

      Vacib tanrıya getməyə,

      Dilim, xoş gəldin, xoş gəldi

      Alçaq da sən, uca da sən,

      Cavan da sən, qoca da sən,

      Sən