– Doqquz min il əvvəl atom partlayışlarının qarşısının alınmasının çoxlu üsulunu bilirdik.
Amma – yavaşca əlavə etdi, – bunun üçün atomlan sayan cihaz haqda heç nə eşitməmişəm.
– Amma onlar bütün bunlara baxmayaraq, məhv oldular, – astronom Şiiri yavaşca dedi.
15
Araya sükut çökdü. Onu kapitan Qorsid pozdu.
– Onu öldürün! – O, yaxınlıqdakı keşikçiyə
əmr etdi.
Həmin andaca alov bürümüş keşikçi yerə sərildi. Özü də keşikçi yox, keşikçilər! Hamısı eyni bir zamanda mavi alovla məhv edilmişdi. Alov güc ekranını yaladı, geri çəkildi, daha kəskin irəli atıldı və get-gedə daha da güclənərək yenə də
geri çəkildi. İneş alov pərdəsi arxasında insanın ən uzaq qapıya tərəf çəkildiyini gördü. Atomları sayan aparat mavi ildırımlara bürünərək gərgin-likdən işıq saçırdı.
– Bütün çıxışları bağlayın! – kapitan Qorsid mikrofona qışqırdı. – Şüaatanlı keşikçilər qoyun!
Döyüş raketlərini yaxına gətirin, vəhşini ağır si-lahlardan vurun!
Kimsə dilləndi:
– Fikir nəzarəti. Nəsə fikri məsafədən idarə
etmək sistemidir. Niyə biz buna baş qoşduq!
Onlar geri çəkildilər. Mavi alov tavana qədər qalxır, güc ekranından keçməyə səy edirdi. İneş
sonuncu dəfə aparata baxdı. Yəqin ki, o, hələ də
atomlan saymaqda davam edirdi, çünki onun ətrafında mavi cəhənnəm burulğanları tüğyan edirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.