Hüzur küçəsi. Шуле Юксель Шенлер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Шуле Юксель Шенлер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
kimya fakültəsində alır. O, əxlaqı, tərbiyəsi, çalışqanlığı və yüksək imanı ilə Hüzur küçəsindəki qızı olan bütün valideynlərin yeganə

      namizədi, başlarında tərtəmiz naxışlı başörtüləri ilə pəncərə

      kənarında oturub cehizliklərini toxuyan bütün gənc qızların 8

      xəyallarında yaşatdıqları və istiqbal üçün ümid bəslədikləri ideal bir həyat yoldaşı sayıla bilər. Anasının isə həmişə

      diqqət və qayğı göstərdiyi tərbiyəli, itaətli, xeyirli bir övlad kimi Hüzur küçəsinin gözbəbəyi sayılan, sevilən, hörməti saxlanılan hər baxımdan mükəmməl və müstəsna yaradılmış

      bir gəncdir. Mənəviyyata sonsuz bağlı olduğuna görə

      həmişə uğur qazandığı dərsləri ilə birlikdə Allahın böyük-kiçik, gənc-yaşlı, cahil-ağıllı demədən hər bir müsəlmana fərz buyurduğu namazı gündə beş dəfə qılır. Hətta səsi çox gözəl olduğuna görə Sədi xocanın və ətrafda olanların israrlarından sonra bəzən küçənin döngəsində yerləşən məscidin minarəsinə çıxıb çox vaxt sübh və inşa namazı girəndə

      yanıqlı səsi ilə azan da oxuyur. İnsan ona qulaq asanda istər-istəməz İslamın ilk müəzzini Bilal Həbəşini xatırlayır…

      Bilal, qapının ağzından addımını içəri atmadan əvvəl hər sübh tezdən olduğu kimi xeyir-dua ilə onu məscidə yo-la salan ağappaq şalla başını örtmüş anasının əlini və yanaqlarını isti bir sevgi və hörmət hissi ilə öpdü. Sonra cəmaat namazına çata bilmək üçün qaçaraq addımlarla evdən çıxdı… Alaqaranlıq içində irəliləyən kölgə kiçildi, kiçildi və nəhayət küçənin sonunda, döngədə gözdən itdi. Məscidin qarşısına gəlib çatanda içəri girmədən bir anlıq ayaq saxladı.

      Lap kiçik yaşlarından ona öz şəfqətli qucağını açan bu riyasız dost qapısına uzun müddət sevgi və hörmət dolu gözlərlə tamaşa etdi. Həmişə belə eləyərdi o. Adəti idi uşaq-lığından bəri; bu balaca, miniaturə oxşayan gözəl məscidə

      hər dəfə gələndə, sanki ilk dəfə görürmüşcəsinə uzun-uzadı hər tərəfini gözdən keçirər, heyranlıqla tamaşa edərdi məscidə…

      9

      Əyildi, ayaqqabılarının bağlarını açdı, əlinə aldı və anasının cırılan yerlərinə təzədən yamaq vurduğu təmiz corabları ilə bayırda qapının ağzında sərilmiş həsirin üstündən keçib, məscidin yaşıl meşin örtüklü qapısını açdı, yavaş bir addımla içəri keçdi. Namaz hələ ki, başlamamışdı. Bilalın içəri girməyi ilə məsciddəki məhəllə xalqı yerindən oynadı. Hamı ona öz yanında yer göstərməyə çalışır, əlləri ilə

      “bura gəl, bura gəl” – deyirdilər. Bilalı, illərdir heç ək-silməyən, əksinə daha da artan səmimiyyət qətiyyən özündən çıxartmamış, onu daha da kamilləşdirmiş və onu dərin bir təvazö sahibi halına gətirmişdi. Hamının könlünü almaq istəyirmişcəsinə bu gün də əvvəllər olduğu kimi bənizinə

      munis bir təbəssüm yayıldı, hamını başı ilə salamlayaraq arxa tərəfə keçib Simitçi Sadiqin yanında sünnəni qılmaqla namaza başladı.

      Salam verəndən qısa bir müddət sonra sübh namazının fərzini qılmaq üçün camaat halında imamın arxasında qi-yama durmuşdular artıq. İmamın "Allahü Əkbər" işarəsi ilə

      hamısı bir anda hərəkətə keçən bu balaca məscidin camaatı, ordunun başında dayanan komandanın "marş" əmri ilə bir anda hücuma keçən möhtəşəm bir ordudan fərqlənməyən, hətta daha çox nizam-intizamlı bir iman ordusu idi. Milli bayramlarda rəsmi keçiddə iştirak edəcək əsgərlərlə uzun müddət məşq aparılır, onlara sağ və sol ayağın necə atılacağı göstərilir, qolların hamısı eyni cür qalxsın deyə zabitlər qan

      – tər içində qalır. Halbuki, bu məsciddəki camaatın heç bir məşqə ehtiyacı yoxdur. İmamın bircə "Allahü Əkbər" səsi ilə

      əyilir, "Allahü Əkbər" səsi ilə ayağa durur, "Allahü Əkbər"

      səsi ilə hamısı bir yerdə o böyük komandanın hüzurunda qi-yamda dayanır, rükuya gedir və başlarını səcdəyə qoyurlar.

      10

      Bu iman ordusunun əsgərləri olan müsəlmanların heç nəyə

      ehtiyacları yoxdur…

      Ohh! Bu nə gözəl, bu nə ülvi bir mənzərədir, ya Rəbbim… Gözlərdə mələktimsal bir saflıq. Başlar, həqiqi bir təslimiyyət və təvəkküllə yüngülcə yana tərəf əyilib… Dodaqlar durmadan tərpənir. Onu, kainatın və kainat içindəki bütün yaradılmışların yaradıcısı, həqiqi sahibi olan Allahı zikr edir. Könüllər, qəlblər, o böyük Yaradana ibadət etməyin ləzzəti və rahatlığı ilə sübh vaxtının saflığı və duaların təmizliyi içində sərməst… Və… Duaya qalxan əllər… Əllər…

      Bilalın üzündə dalğa – dalğa eşq, rahat, vəcd və zövq gəzişir. Bu anlar, heç nəyə dəyişilməyəcək ibadət anları onun üçün həyatının ən ləzzətli, ən rahat və ən dəyərli anlarıdır.

      Həmişə duanı ən axırıncı bitirən, məsciddən də ən son çıxan da o, olurdu. Bu gün də elə oldu.

      Bilal duasını bitirib məsciddən çıxanda məscidin bayır qapısının ağzında dayanan məscid əhli bir-biri ilə zarafatlaşırdı.

      Gün doğmuş, aydınlıq, günəşli, gözəl bir gün başlamışdı.

      Xarrat Xəlil Bəkir ağaya səsləndi:

      –Axşam evə gec gəlmə, Ağa… uşaqlar evə girmirlər, yolunu gözləyirlər. Nə qədər eləyirik, sən gələnə kimi bayırda qalırlar… sən gecikəndə hamısı bir yerdə ağız–ağıza verərək, sənin gələcəyin yola baxıb mahnı oxuyurlar, – iki əlini ağzının kənarına, yüksək səslə sanki birini çağırırmış kimi qoyub uşaqları yamsılamağa başladı – Bəkir ağam! Bəkir ağam!

      Hanı mənim şokoladım? Bəkir Ağam, canım mənim, hanı 11

      mənim saqqızım? Bəkir Ağam, bir dənəm, alacaq mənə qələm.

      Xarrat Xəlil şirin – şirin gülərək:

      –Ehh, Bəkir ağam, hələ bunlar nədir ki? – dedi – Balacalar küçənin döngəsinə hətta gözətçi də qoyublar…

      Məscid əhli xarrat Xəlilin danışdıqlarını diqqətlə dinləyirdi. Bu mehriban, amma qısa söhbətdən sonra hamı bir –

      biri ilə sağollaşıb gündəlik məişət qayğılarını həll etmək üçün müxtəlif istiqamətlərə getdilər.

      Bilal isə gəldiyi yoldan təzədən səhər yeməyi üçün onu evdə gözləyən anasını daha çox intizarda qoymamaq üçün evə qayıdırdı. Bütün rahatlığı və səadəti bu köhnə, mütəvazi evdə idi onun… Qəlbində İlahi zövq, mənəvi ləzzət, dodaqlarında isə səadət təbəssümü taxta pilləkənlərlə ikinci mərtəbəyə çıxdı. Pəncərələri küçəyə baxan böyük bir otağın qapısını açıb içəri girdi.

      Bura kasıbyana döşənən bir otaqdı. Yerdə köhnə bir palaz, divar diblərinə qoyulan