Parisə çox ertə çatmışdım. Dəmiryolunun Lion vağ-zalı hələ alaqaranlıq idi. Sonradan mənə elə gəlirdi, Parisdə yaşadığım bütün günlərim, bu şəhərə ilk gəldiyim gündə ol-duğu kimi, bir qaranlığa bürünmüşdü. Mənim çox da ağır olmayan yol çantamdan başqa bir yüküm yox idi. O gün sə-hər çağı biz Trokadero meydanındakı kafedə Mirey Maksi-moffla görüşdük. Mən vağzalın bufetində oturdum, saatın on olmasını gözləyib ona zəng vurdum. O mənim haradan zəng elədiyimi biraz gec anladı. Görüşəcəyimiz kafeyə bi-rinci mən gəldim. Sözün düzü, birdən qalmağa yerim olma-dığını desəm, onun buna soyuq yanaşa biləcəyi məni bərk qorxudurdu. Ancaq o məni ötən çağlarda, çimərlikdəki gö-rüşümüzdə olduğu kimi, çox gülərüzlə qarşıladı. Elə biləsən, biz dünən ayrılmışdıq. Onun mənimlə görüşdən sevindiyi açıq-aydın duyulurdu: o məndən işlərimin necə getdiyini so-ruşmağa başladı. Mən başıma gələnləri, necə varsa eləcə də, ona danışdım: modalar evində işə düzəlmək istədiyimdən, yırtıcı baxışlı, quru və qaba səslə danışan o tipdən söz sal-dım, dünən gecə Dijonu keçəndən sonra, mürgüləyərkən, yenidən yuxuda gördüyüm o sözləri bir də dilə gətirdim: “Bu, saçlarınızın təbii rəngidir? Sizə profildən baxmaq istə-yirəm…”
Bunları danışan yerdə birdən məni bərk bir ağlamaq tutdu və mən ucadan hönkürdüm. O isə əlini çiynimə qoyub məni ovutmağa başladı və bütün bunların çox boş şeylər ol-duğuna inandırmağa başladı. O mənim başıma gələn bu ola-yı, özünün onyeddi yaşı olanda, zəng çalıb onu oyatmayan saata görə bakalavr imtahınına gecikməyinə oxşatdı. Sonra isə o mənə, tanışlarının evində birlikdə yaşamağı təklif elədi.
Biz meydanı keçib getməyə başladıq və birdən, elə bi-ləsən, yol çantam büsbütün çəkisizləşdi. Burada da, Lionda-kına oxşayan bir yağış yağmağa başlamışdı, ancaq üz-gözü-mə toxunan yağış damlalarının ağırlığı duyulmurdu, sana-san, onlar da çəkisiz idilər.
Yaşayacağım ev Vinez küçəsinin qurtaracağında idi. İlk günlər mən, Parisdə aza biləcəyimdən qorxduğum üçün, gəzməyə çıxanda özümlə evin adresi və telefon nömrəsi ya-zılmış bir kağız parçası da götürürdüm. Qaldığımız evin otaqları işıqlı rənglə boyanmışdı. Qonaq otağında, demək olar, mebel adına nəsə yox idi. Mirey Maksimoff divarların-dan birini büsbütün kitab şkafı tutan kiçik bir otağın qapısını açdı. Qapının qarşısındakı divarın yanında üstü boz rəngli atlas parça ilə örtülmüş bir divan qoyulmuşdu. Otaqda mə-nim öyrəşdiyim güzgülü paltar dolabı yox idi. Pəncərə hə-yətə açılırdı. O mənim üçün yataq ağları gətirmək istədi, mən isə indilikdə buna gərək olmadığını deyib onu saxla-dım. O, pəncərənin pərdələrini örtüb getdi. Çantamı açma-dan divanın yanına qoydum. Divana uzanmağımla yuxuya getməyim bir oldu. Yuxuya getməzdən öncə, bayırda yağan yağışın səsini eşidirdim və bu səs, elə bil, mənə layla deyirdi. Aradabir yuxudan ayılır, ancaq çox keçmədən, yenidən ya-tırdım. Yuxumda, Sen-Bartelemi enişi ilə yeridiyimi gördüm, və birdən, evimizin sağında yerləşən lazarçılar monastrının divarlarının yoxa çıxdığını görüb bərk təəcübləndim. Divar-dan qalan yalnız açıq alaqapı idi və onun arxasında Troka-dero meydanı görünürdü. Solğun-göy rəngə çalan göy üzü açıq olsa da, yağış yağırdı.
O gündən başlayaraq, bir neçə gün, Mirey Maksimoff məni şəhərdə gəzməyə apardı. Biz Sena çayının üstündəki körpüdən keçib Sen-Jermen-Predə gəzişdik. O öz dostları ilə, “Nyuaj” və “La Malen” kafelərində görüşürdü. Mən onların arasında dinməzcə oturub, danışmağa ürək eləmirdim. Yal-nız qulaq asırdım. Ara-sıra o, evdən mənsiz çıxıb gedirdi və ancaq axşam saat yeddidə qayıdıb gəlirdi; belə günlərimi mən yalqızlıq içində keçirirdim. Ayaqla Bulon meşəliyinə gedirdim. Çox vaxt günəşli bir gün olurdu. Birdən, dalğın ol-duğumdan, başladığını çox gec duyduğum sısqa yağış ya-ğırdı. Sonra yenidən gün çıxır, nəm torpaq qoxuyan Pre-Ka-telan parkının sarımtıl yarpaqlarını oxşamağa başlayırdı. Evə isə qaranlıq düşəndən sonra qayıdırdım. Mən gələcəyi-min necə olacağını düşünəndə olduqca qarışıq-dolaşıq dü-şüncələrə qapılır, bundan bərk sarsılırdım. Gələcəyə gedən yollar mənə bağlı, keçilməz gəlirdi, elə bil, mən hələ də la-zarçıların monastrının keçilməz divarına dirənib qalmışdım. Ancaq mən bu qara-qura düşüncələri başımdan qovmağa ça-lışırdım. Məni bu şəhərdə yeniliklər gözləyirdi. Bulon meşə-sindən Trokadero meydanına gedən prospektlə addımlaya-raq, tez-tez başımı qaldırıb, pəncərələrindən işıq gələn evlərə baxırdım. Gördüyüm hər bir işıqlı pəncərə mənim üçün gə-ləcəyə inam aşılayan bir əlamətə çevrilirdi. Üstündə addım-ladığım torpağın xəzəllə örtülməsinə və yağış yağmasına baxmayaraq, hava elektriklənmişdi. Bu adi bir payız deyildi. Başqa payızlara oxşamırdı və mənim ömrümdə bu payızın ayrıca yeri vardı, daha doğrusu, bu payız mənim ömrümün, onun qalan hissələrindən seçilib-ayrılan, bir parçasına çev-rilmişdi. Mənim indi yaşadığım yerdə payız olmur. Aralıq dənizinin bu balaca liman şəhərində, mənim üçün zaman hə-mişəlik donubdur. Günəş… Burada bütün günlər günəşlidir, tutqun bir gün yoxdur və mən ölənədək bu belə də davam eləyəcəkdir. Son illərdə, çox az getdiyim Parisdə olanda, az qala, o payızı bu şəhərdə keçirdiyimə inanmağım gəlmir. Onda bu şəhərin küçələri, ötüb keçən insanların baxışları, işıqları, daha aydın idi və sehirli bir gizlinliklə dolu idi, mən elə bil, onları yuxuda, ya da uyuşdurucu ilə hallanıb gör-müşdüm. Ya da ola bilsin, mən onda çox gənc olduğumdan, düşdüyüm bu gərginliyin yükünü daşımağa gücüm çatma-dığından, belə bir xəyallarla ömrümü yüngülləşdirməyə ça-lışmışdım. Bir gecəsi, Vinez küçəsindəki gecələdiyim evə qa-yıdanda, binanın alaqapısında: plaş geyinmiş, qarasaçlı bir kişi ilə üz-üzə gəldim. Mən onu Mireylə oturduğumuz Sen-Jermen-de-Predəki kafedə, onun tanışları arasında görmüş-düm. Düşündüm, yəqin o, Mireyi otağın qapısınadək ötürüb geri qayıdır. Yuxarı qalxıb qapının