Qiyamət günü açarı. Джеймс Роллинс. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джеймс Роллинс
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
onun diqqətini sağdan – kəndin əks tərəfindən gələn qışqırıq çəkdi. Açıq qapının qabağında qaraya bürünmüş bir fiqur dururdu. Martin bir anlığa qorxdu, bu fiquru ölümün özü sandı. Lakin fiqur əlini tərpədərək yaratdığı obrazı dağıtdı. Bu, kiçik dəstənin sonuncu üzvü, Kelt abbatlığının İrlandiyadakı baş keşişi abbat Orren idi. Kənd kilsəsinin girişində durmuşdu.

      – Gəlin, buna baxın! – abbat qışqırdı.

      Martin ona tərəf tələsdi.

      Gənc müstəntiq dəmirçixanaya qayıtmaq istəmirdi. Oğlanı fransız qəssabının ixtiyarına buraxmışdı. Kənddən keçəndə Martin pilləkənləri qalxdı və katolik rahibinə qoşuldu.

      – Nə məsələdir, abbat Orren?

      Rahib dönərək, kilsənin içərisinə doğru irəlilədi.

      – Bu, əsl kafirlikdir! – irland abbat dedi. – Baxın görün, bu insanlar müqəddəs yeri necə təhqir ediblər! Təəccüblü deyil ki, onlar hamısı Allahın bəlasına düçar olublar!

      Martin abbatın ardınca tələsdi. Əyninə böyük olan isti plaşında skelet kimi arıq rahib xəyalətə bənzəyirdi. Yalnız o, İrlandiya sahilindəki ölü adaya ayaq basmış və oradakı viranlığın şahidi olmuşdu.

      – Müqəddəs ata, siz axtardığınızı tapdınız? – Martin maraqlandı. Cavab vermək yerinə rahib kilsə zalının içinə doğru irəlilədi. Martinin onun ardınca getməkdən başqa yolu yox idi.

      Onun daxilində qəmgin qaranlıq hökm sürürdü. Torpaq döşəməni saman qatı örtürdü. Skamyalar yox idi, sıx çatıların arxasında alçaq dam görünürdü. Yeganə işıq uzaqdakı ensiz, hündür pəncərələrdən mehrabın – sadə daş lövhənin üstünə dü-13

      şürdü. Ehtimal ki, çılpaq daşı əvvəllər mehrab parçası örtürdü, lakin indi o dağıılıb ətrafa atılmışdı. Görünür bunu axtarış aparan rahib etmişdi.

      Mehraba yaxınlaşan abbat Orren əsən əli ilə iri daş parçasını göstərdi. O qəzəbindən əsirdi.

      – Bu əsl kafirlikdir! – o təkrarladı, – Allahın evində bütpərəst simvollarından naxış çəkmək!

      Martin yaxın gəldi və mehrabın qarşısında diz çökdü.

      Lövhənin üzündə çox güman ki, bütpərəstlərə aid yayılan şüalar ilə günəş diskləri və dolaşıq spirallar, dairələr və qəribə

      naxışlar əks olunmuşdu.

      – Niyə möminlər belə bir günah işləyiblər?

      – Mən fikirləşmirəm ki, Hayqlen sakinlərinin əməlidir, –

      Martin etiraz etdi.

      O, əlini mehrabın üstü ilə apardı. Onun barmaqları ya-rısilinmiş şəkillərin qədimliyini hiss etdi. Şübhəsiz onlar çox qədim idilər. Martin arabaçının bu yerlərin lənətlənmiş, qədim keltlər üçün isə müqəddəs olduğu və onların nəhəng daşlarını əvvəlkitək təpələrin başındakı dumanlı meşələrdə tapmağın mümkünlüyü haqqında dediyi sözləri xatırladı. Martin qamətini düzəltdi. Görünür, bu daşlardan birini Hayqlenə gətirib, kilsənin mehrab daşına çeviriblər.

      – Əgər bu kənd sakinlərinin işi deyilsə, bəs bunu kim edib? – abbat soruşdu.

      O, mehrabın arxasındakı daşa yaxınlaşıb əli ilə onun üzərindəki böyük şəkli göstərdi. Xaçla dörd yerə ayrılmış dairəni təsvir edirdi.

      Martin buna bənzər rəsimləri qədim başdaşılarda və xarabalıqlarda əvvəllər də görmüşdü. Kelt kahinləri bu şəkilləri müqəddəs sayırdılar.

      – Bütpərəst xaçı, – Martin mızıldandı.

      14

      

      – Bunun eynisini biz həmin adada tapdıq. Bütün qapıların üzərində qeyd olunmuşdu.

      – Bəs bunun mənası nədir?

      Abbat boynunda asılan gümüş xaça toxundu.

      – Hər şey kralın qorxduğu kimi oldu. İrlandiyada qayna-şan, müqəddəs Patrik tərəfindən adadan qovulan ilanlar bizim sahillərə keçiblər.

      Martin başa düşdü ki, rahib gerçək meşə ilanlarını yox, ilanabənzər – druidləri, qədim keltlərin başçılarına bənzər əyilmiş əsa gəzdirən, bütpərəst kahinləri nəzərdə tuturdu.

      Müqəddəs Patrik bütpərəstləri imana gətirdi və ya İrlandiyadan qovdu.

      Bu, altı əsr əvvəl baş vermişdi.

      Martin dönərək kilsənin açıq qapısından ölü kəndə baxdı.

      Onun beynində Jirarın sözləri canlandı: “Oğlan dolu mədə ilə

      aclıqdan tələf olub”.

      Bunda heç bir məna yox idi.

      – Bütün bunları yandırmaq lazımdır, – abbat arxada donquldandı. – Torpağı isə günəş yandırar.

      Martin sakitcə başını tərpətdi. Ancaq onun içində həyəcan artırdı. Burda yaradılmış hər şeyi alov yox edə bilərdi? O

      bu suala cavab tapa bilmirdi, ancaq bir şeydən əmin idi: Sona hələ çox var.

      15

      Müasir zaman

      8 oktyabr, 23:55

      Vatikan

      Marko Covanni ata qaranlıq daşlıq meşədə gizlənirdi.

      Müqəddəs Pyotr kilsəsinin tavanını saxlayan ağır mərmər sütunlar döşəməni ayrı-ayrı kapellalara, zallara, taxçalara bö-lürdü. Müqəddəs məkanı böyük ustadların əl işləri bəzəyirdi: Mikelancelonun “İsanın yasını tutmaq”, Bernininin “Müqəddəs Pyotr taxtda” adlı tunc heykəli.

      Marko bilirdi ki, bu daşlıq meşədə tək deyil. Hardasa buralarda, təxminən kilsənin dərinliyində uyğun məqam gözləyən ovçu gizlənib.

      Üç saat əvvəl Covanni ata Romanın Qriqoryan Universitetində təhsil alarkən keçmiş rəhbəri və həmçinin kilsə xadimi olan həmkarı – arxeoloqdan məktub almışdı. O adam Markonu gecəyarısı burada görüşməyə dəvət edirdi.

      Lakin məlum oldu ki, bu, tələ imiş.

      Marko sütuna söykənib qanaxmanı bir-təhər saxlamağa çalışaraq sağ əli ilə sol böyrünü sıxırdı. Yumşaq toxumalar qa-bırğalaracan kəsilmişdi. Qaynar, yapışqan maye barmaqlarının arasından axırdı. Keşiş sol əlində ona çox lazım olan sübutu – ölçücə pul kisəsindən böyük olmayan qədim dəri kisəciyi tuturdu. O, bu kisəciyi elə sıxırdı ki, sanki bütün həyatı ondan asılı idi.

      Marko ehtiyatla sütunun arxasından nefi nəzərdən keçirmək üçün azca yan tərəfə çəkildi və qanaxma gücləndi.

      Ağır damcılar mərmər döşəməyə töküldü. Gözləmək olmazdı, yoxsa, o, daha da zəifləyəcəkdi. Ürəyində dua oxuyub sütun-16

      dan aralandı və papanın mehrabına doğru qaçdı. Hər uğultulu addım böyründə kəskin ağrı ilə nəticələnirdi. Bu yara bıçaq yarası deyildi. Markonun böyrünü dələn ox