Qiyamət günü açarı. Джеймс Роллинс. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джеймс Роллинс
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
təsiredici vasitəyə əl ata bilmir, məsələn yaxşı bir səməni viskisinə.

      Amma o daha artıq həvəslə bunu rəfiqəsinin etdiyi boyun massajı ilə əvəz edərdi. Təəssüf ki, Liza Qərb sahilinə –

      51

      Yosemit milli parkına, qayalara dırmaşan idmançı qardaşının yanına getmişdi. O, yalnız gələn həftə qayıdacaqdı. Özbaşına qalan Peynter “Bayer” şirkətinin məhsulu ilə kifayətlənməli idi.

      Bir neçə saat idi ki, Peynter çox hissəsi əvvəlkitək bütün divarboyu yerləşən və onun masasını əhatə edən geniş

      mayekristal monitorlarda əks olunmuş məlumatı öyrənirdi.

      Ekranlardan birinə baxan Peynter mininci dəfə təəssüf etdi ki, onun kabinetində bir dənə də olsun həqiqi pəncərə yoxdur.

      Ola bilsin, bu peko hindilərinin qanından irəli gəlirdi, amma ona mavi səma ilə, ağaclarla və adi həyat ritmləri ilə əlaqə

      lazım idi.

      Lakin bu heç vaxt olmayacaq.

      Peynterin kabineti “Siqma”nın mərkəzi idarəsinin digər otaqları kimi yerin dərin qatında Esplanadada – “Smitson qəsri”nin altında gizlədilmişdi. Mərkəz İkinci dünya müharibəsindən qalan, yenidən təchiz edilmiş bomba sı-ğınacağında yerləşirdi. Bu yeri həm hökumət idarələrinə yaxın olduğu üçün, həm də Smitson institutunun çoxsaylı tədqiqat laboratoriyalarına tez çatmaq imkanı yaratdığı üçün seçmişdilər.

      Hal-hazırda Peynter bütün bunları yeganə bir pəncərəyə

      dəyişərdi. Digər tərəfdən, son bir neçə il ərzində bura onun evi olmuşdu və o bura səmimiyyətlə yanaşırdı. “Siqma” mərkəzə

      dəyən keçən ilki zərbədən hələ də özünə gəlirdi. Dəyən zərər his çəkmiş divarlar və dağıdılmış avadanlıqlardan daha böyük idi. Vaşinqton siyasəti özündə hakimiyyətin, şöhrətpərəstliyin və amansız düşmənçiliyin dolaşıq kələfini ifadə edirdi. Burda güclülər zəifləri parçalayırdılar. Ədalətli olsa da, olmasa da, bu hücum Amerika kəşfiyyat idarələri arasında “Siqma”nın eti-barını qırdı.xx

      52

      Həmçinin Peynter şübhələnirdi ki, hücumun əsl qı-zışdırıcıları əvvəlki tək azadlıqda qalırdılar. Hücuma rəhbərlik edən adam – hərbi kəşfiyyat idarəsinin şöbə rəisi – nə vaxtsa ləyaqətsiz davranışına görə “Siqma”dan qovulmuşdu. Lakin Peynter inanmırdı ki, o bunları təkbaşına edə bilərdi. Belə

      güclü zərbə endirmək üçün müxtəlif gizli məlumatlara daxil olmaq imkanı olmalıdır. Belə imkanı isə yalnız Vaşinqtonun siyasi torunun mərkəzində olan adam əldə edə bilər.

      Lakin kim?

      Peynter başını silkələyərək saata baxdı. Belə sualları bir qədər sonraya saxlamaq lazım gələcək. Bir neçə dəqiqədən sonra o yeni tufanla qarşılaşmalıdır. O yenidən kəllə-kəlləyə

      gəlməyə hazır deyildi, lakin bu şəraitdə onun seçimi yox idi.

      İki saat əvvəl Peynterin Qrey Pirslə qızğın mübahisəsi olmuşdu. Qrey özü ilə İtaliyaya Monk Kokkalisi aparmaq istəyirdi, lakin Peynter inanmırdı ki, Monk artıq mükəmməl operativ işə hazırdır. Həkimlər və psixoloqlar hələ də Qreyin ortağına peşəkar yararlıq haqda rəy verməmişdilər.

      Həmçinin Romadan alınan xəbərlər cüzi idi. Peynterə

      “Siqma”nın hansı operativ işçisinin bu tapşırığa daha yaxşı yaraşdığını və Qreyin biofiziki biliklərini hansı elmi fənnin tamamladığını qərara almaq çətin idi. Monk Kokkalisin ixtisası kriminalistika idi, hal-hazırda isə bu cür təcrübəyə

      ehtiyac yox idi. Bunu dərk edən Qrey nəhayət razılaşmağa məcbur oldu, amma Peynter onu Romaya tək buraxmadı. Yeni təfərrüatlar ortaya çıxmayınca Qreyə yalnız kobud fiziki güc lazım olacaq.

      O bu gücü aldı.

      Peynter yeni bir aspirin həbini qəbul etmək haqda fikirləşən vaxt masanın üstündəki daxili kommutator zəng çaldı. Sonra Brentin səsi eşidildi:

      53

      – Cənab direktor, general Metkalf xəttdədir.

      Peynter telekonfransa dəvət gözləyirdi. O elektron poçtla METİPPİ-nin rəhbərindən gələn tamamilə məxfi məlumatı oxumuşdu. Ağır nəfəs alaraq, direktor düyməni basdı və

      kreslosunu arxasındakı divar monitoruna tərəf çevirdi.

      Qara ekran yanıb-sönərək bütün rənglərə boyandı.

      General yazı masasının arxasında əyləşmişdi. Vest-Poynt hərbi məktəbinin qaradərili məzunu Qreqori Metkalf özünün əllidən yuxarı yaşına baxmayaraq, məktəbin amerikalıfutbolu komandasının müdafiəçisi olduğu vaxtdakı kimi möhkəm və

      qovraq idi. Yaşının yeganə əlaməti saçlarına düşən dən və sol əlində saxladığı oxu üçün eynək idi. METİPPİ-nin başçısı təyin olunandan sonra Metkalfın ağlına hörmət etməyi Peynter tez öyrəndi.

      Lakin onların arasındakı münasibətdə hələ də qarşılıqlı ehtiyatlılıq qalırdı.

      General irəli əyilərək hər hansı bir girişsiz soruşdu:

      – Sizə göndərdiyim, Afrikadakı hərbi toqquşmanın hesabatı ilə tanış oldunuzmu?

      “Heç bir qram da elementar nəzakət yoxdur”.

      Peynter qonşu monitorlardan birinə işarə etdi:

      – Tanış oldum. Həmçinin Qırmızı Xaç düşərgəsinə hücum haqda NATO-nun məruzəsini istədim. Hətta təcrübə

      fermasının aid olduğu korporasiyanın dosyesini də yoxladım.

      Lap yaxşı. Bu halda mənə sizi işin təfsilatına daxil etmək lazım gəlməyəcək.

      Peynter bu cür iltifatdan ürpəşdi.

      – Amma mən yenə də başa düşmürəm, bunun “Siqma”ya nə dəxli var?

      – Direktor, bu ona görədir ki, mən hələ sizə heç nə de-məmişəm.

      54

      Peynterin gözləri arasındakı ağrı artdı.

      General qarşısındakı klaviaturada nəsə yığdı. Böyük ekran iki hissəyə bölündü və METİPPİ-nin başçısının surətilə

      yanaşı foto əmələ gəldi. Fotoda yandırılmış, tüstülənən zəminin ortasında alt paltarınadək soyundurulmuş və taxta xaçdan asılmış cavan ağ kişi təsvir olunmuşdu. Bu mənzərə

      çarmıxa çəkilmiş adamdan çox, qorxunc müqəvvanı xatırladırdı. Peynter arxa planda quraqlıq Afrika savannasını se-çə bildi.

      – Bu gəncin adı Ceyson Qormendir, – deyə Metkalf soyuqluqla söylədi.

      Peynter qaşlarını düyünlədi.

      – Qormen. O, təsadüfən senator Qormenin qohumu deyil?

      Senatorun familiyası Peynter “Viatus” korporasiyasının materiallarını öyrənərkən ortaya çıxmışdı. Sebastyan Qormen senatın kənd təsərrüfatı, ərzaq və meşələr üzrə komissiyasına rəhbərlik edirdi. O hər yolla, genetik şəklini dəyişmiş növlü