İtmiş müqavilə. Артур Конан Дойл. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Артур Конан Дойл
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
almaz çatışmır. Həmin qaşın harda olduğu da mənə məlum deyil.

      – Siz heç vaxt onun yerini öyrənə bilməyəcəksiniz.

      – Hə, deməli, belə? Düşünürsünüz ki, mən bu qaşı heç vaxt əldə edə bilməyəcəyəm, eləmi? Bir qədər sağlam düşüncəli olun, qraf. Bütün cəhətləri nəzərə alın. Sizi Sem Merton kimi iyirmi illik həbsə salarlar. Onda bu qaşın sizə nə faydası olacaq? Yox, əgər siz mənə qaşı qaytarsanız, söz verirəm, işin məhkəməyə qədər gedib çıxmasına yol verməyəcəm. Sem də, siz də bizə gərək deyilsiniz. Bizə yalnız bu qaş lazımdır. Onu bizə verin və zəmanət verərək söyləyə bilərəm ki, əgər özünüzü yaxşı aparsanız, sizi azadlıqda saxlayaram. Lakin yenidən tora düşmüş olsanız, onda bu, artıq sizin sonunuz olacaq. Ancaq mənə indi həvalə olunub ki, sizi deyil, qaşı əldə edim.

      – Bəs mən razı olmasam, necə?

      – Əgər qaşı əldə edə bilməsək, onda yalnız sizi həbs etməli olacağıq.

      Holms zəng edib Billini çağırdı.

      – Qraf, hesab edirəm ki, dostunuzun da bu müzakirədə iştirakı çox gözəl olar. Mənə elə gəlir, o da bu işin içindədir. Billi, binanın girəcəyində kobud bir centlmen durub, onun yuxarı qalxmasını rica edin.

      – Bəs gəlmək istəməsə?

      – Heç bir müdaxilə etmək lazım deyil. Onunla kobud rəftar etməyə ehtiyac yoxdur. Əgər onu qraf Silviusun çağırdığını söyləsəniz, mütləq gələcək.

      Billi getdikdən sonra qraf soruşdu:

      – İndi siz nə etmək fikrindəsiniz?

      – Mən yalnız dostum Vatsona toruma böyük bir köpək və xırda çay balığının düşdüyünü söyləməyi tapşırdım. İndi də toru süzmək istərkən onlar suyun üzərində açıq-aydın çabalamağa başlayıblar.

      Qraf əlini arxasına yönəldərək oturacaqdan qalxmağa çalışdı. Bunu görcək Holms da əlini xələtinin cibinə saldı.

      – Holms, sizə öz yatağınızda ölmək nəsib olmayacaq.

      – Bu barədə dəfələrlə düşünmüşəm. Məgər bu, belə vacibdir? Yəqin, siz də əcəlinizi ayaqüstə qarşılamaq istəyindəsiniz. Amma əvvəlcədən verilmiş bu nifrətdoğurucu xəbərlər əhval-ruhiyyəni korlayır. Yaşadığımız günlərdən ləzzət almağımız gözəl deyilmi?

      Cinayət dünyasının hökmdarı olaraq qrafın kinli gözləri birdən-birə yırtıcı baxışı kimi parlamağa başladı. Holmsun bütün vücudu gərginlik və istənilən an həmlə yetirə biləcək vəziyyətdəydi; indi daha iri görünürdü.

      – Silahınızı qurcalamağa heç də ehtiyac duymayın, əziz dostum, – deyə tamam sakit halda söylədi. – Sizə məlumdur ki, lap bu silahı çıxartmağa imkan versəm belə, ondan atəş açmaqda çətinliyiniz yaranacaq. Atəş etmək çox səs-küylüdür. Məncə, sıxılmış hava ilə işləyən silahdan istifadə etməyiniz daha doğru olardı. Deyəsən, artıq qiymətli şərikinizin addım səslərini eşidirəm. Salam, cənab Merton! Küçədə gözləmək çox darıxdırıcıdır, elə deyilmi?

      Boks üzrə çempion olan iri gövdəli, sadəlövh, inadkar və üzü kobud şəkildə yontalanmış bir gənc çaşqın halda ətrafa nəzər salaraq, qapının yanında dayandı. Holmsun nəzakətli müraciəti onu daha da qayğılandırdı, amma bunu rəqib münasibət kimi qarışıq şəkildə duyduğu üçün özünü necə idarə edəcəyini bilmədi. O, özündən nisbətən arif olan dostuna tərəf çevrilərək soruşdu:

      – Qraf, burada nə baş verir? Ona nə lazımdır? Bizlə nə işi var? – onun səsi çox xırıltılı və yoğun çıxırdı.

      Qraf çiyinlərini çəkdi. Əvəzində Holms cavab verməli oldu:

      – Qısa deyim, siz oyununuzu uduzmusunuz, cənab Merton.

      Boksçu cinayət yoldaşına tərəf baxdı:

      – O, zarafat edir? Mən indi heç zarafat ediləsi halda deyiləm.

      – Bu, tamamilə aydındır, – deyə Holms söylədi. – Söz verirəm, bir azdan siz lap az zarafat ediləsi halda olacaqsınız. Qulaq asın, cənab Silvius. Mənim işim-gücüm var, vaxtımı hədər yerə keçirə bilmərəm. İndi mən yataq otağına keçəcəm. Yoxluğumda çəkinməməyinizi rica edirəm. Mən olmadan sizə işin nə yerdə olduğunu bir-birinizə anlatmaq daha rahat olacaq. Bu müddətdə skripkada Hofmanın nağıllarından “Barkarola”nı ifa etmiş olaram. Beş dəqiqə sonra yekun cavabınızı almaqdan ötrü bura qayıdacağam. Güman edirəm, sizə aydın şəkildə izah etmiş oldum ki, iki seçimdən biri ilə razılaşasınız: ya siz, ya da almaz qaş!

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAMCAgMCAgMDAwMEAwMEBQgFBQQEBQoHBwYIDAoMDAsKCwsNDhIQDQ4RDgsLEBYQERMUFRUVDA8XGBYUGBIUFRT/2wBDAQMEBAUEBQkFBQkUDQsNFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBT/wgARCAj/BcQDAREAAhEBAxEB/8QAHAAAAgMAAwEAAAAAAAAAAAAAAAIBAwQFBgcI/8QAGQEBAQEBAQEAAAAAAAAAAAAAAAECAwQF/9oADAMBAAIQAxAAAAHqfj8cDASKOIOKOBYzDQMQNMs1EBI4pNTDDila2JBBJJAFJcBCKrqCxItkDFZeVFoopIDCijgOWQotSTLFiLCSXQhNREgVVckKpMFWzSDsqM00V3LklJRVpiavjRchWKXxXQBJJBMRSrCV0RcISQBKslZJDNWtTll0cvykgq0UYrGFJGACCQJKwJACCRAJGM5AxBYKSKKLRC0ASzDWKriSQKmQgCCAOXzoJIGIAYBgJJAtyCvR2YzqC8krAcCQUQLRRCRiFVFJWUUgUcmWRbIGAUksEURiCCBiCRgGICWLGIIFLR4qq6K6mJWlZuWiSR1aVLmRppiq5kgCgesxaWgErlaBFQSQBBZC21IwAQAwpCygOUraIldTEEldLUkAQSBBIDECAAg5AwoCjkEiilBcSAFZAtEAtDMFTUk1ACkMwQQQAHLZ0EikjikkDEkkgWZSJrMhNPEDEASSSKSMSAoEjEAirIKJIoDiEDkkyhXZIAMKADSgxAljgSRBVsUVYPElZaKUUABdASA5BZKixcqOUVVNXJkXWLc2wtACDDQlBEsC2QVjDVTGkaFqCRSCwrFArqtdUV2JDaygrUiDE5SSLpdlTpIQtQSSQIAABBJIpAwhJWSAglAGIgarGXaiAioAUVmBa5fGgkBysCwQcYkCC+FidZRohoUYkQsqyFAkkYrJJIAAAglWRSRSSSSFlJlYpsgBhxAAaUGJSKCQhaVbpFp4cCAFKymryYYgYAJLpYKLAAEXIsGoe5IkWmiAJJACtVsQqLiCSVdAgghXSSsggrAuWpGF1lGlki2SQLMoKydHKwAgkBCSSBykYUgcUCAIIFArAKpKDWIhbESQKFBDKgvJZskEkgQSMMSWZLSxYMVFgowhZVRdFJcIWEkEkFJdRLJKSSQIBIEjCjkEiK4iIQA5IDCjAKrowo0LQQWwEDEFhWSULYjktSVssMQWSwqXLCCmRrQZzSjJA4AUVbEE0RJVUlRAxYKSMQMQQSVgQomVq00RTrNcPUQmlmVZIulsLDElRNNCaTE1UADgKBJAhJUWEiEikFYEkXKiNUFzIK1JAEC1IpWzyudSADlQxI5IxZkhOi5BYSSIAhZRAAwDAQBA5m0sysJGFKxySSAUGRRVXUmZeaUrLiskdZQIAYkVZRiyKqYQsiCQIGMzUGtkBpoa5kQB5RVuUAglrEKX2XSSBItKWQAQU22yV1SIaCSSABWkipJGhaQUzrcgSVaXZKQMKLREDlY9EIWCiFupQskjZSKV6SBApSWgMVkikAKLcyI1BnZ0FbQBAC0AVs8lnTEDEEjCElgow8hYNKTlJOjZISLpEWQpcMQBCuUpJVpdlJFTEAQAU0SIOSqDIpcKKIORTQpIoxIxWSktWyLQQKMWxJKyuUkdm4WaZJsQslkayskpHagkmM1aBWWGKKgthaaAqrHVsaEpXO1oZcYmFpBwlBLGGMhpXKhV8rIpBJAo4tEA6gIgxFVxYUkjCkEUw8U6MQQVK6QOKQQKApAoCmeriCCCSCCCCK5DJxSSCwrGJGFGGJACIugFFIq2KCwkkYBaaKtLslqIQckgKWLSBRiQAcUBR1lIJK6eIJLJqyTNqAwAtstdzBKIt8rLDKF01KVWwWsgK0q3MhLBNgApDRE0RkSxdNzJWQKMQMKV00VGa6csiblxiBRkhYlZBWBMNbhCktlLEohSQJIGAYCqmgFIFGqSmrMgmkiQ0WIpSiXRZAoxACiigKSIRSgQAoEABFbspJJFGIGIAYYkBycmJKqciFp5bCpK6tJiKaAgWmiitAsAhaV1ZCkjjFZI005TZYgI