– Sizi çox yaxşı anladım, – dedim. Anlaya bilmədiyim tək nöqtə, gilli torpağı çıxarmaq üçün hidravlik bir pres maşınına niyə ehtiyac duymağınızdır. Bildiyim qədəriylə bir çuxurdan çınqıl daşı çıxarmaq üçün necə kürək istifadə edilirsə, gilli torpaq üçün də eyni üsul istifadə edilir.
– Ah! – dedi qəti əhəmiyyət vermədən, biz öz üsullarımızdan istifadə edirik. Torpağı kiçik kərpiclər halına gətiririk, beləcə nə olduqlarını bildirmədən onları apara bilirik. Amma bu əhəmiyyətsiz bir detaldır. Sizə hər şeyi izah etdim cənab Haserley və sizə güvəndiyimi göstərdim. Ayağa qalxdı. Elə isə sizi saat on ikiyə iyirmi dəqiqə qalmış Eyfordda gözləyəcəyəm, – dedi.
– Orada olacağımdan narahat olmayın cənab.
– Və heç kimə tək söz etmək yoxdur. – Mənə uzun, sual dolu baxışlarla baxdı və əlimi soyuq və zəif bir şəkildə sıxdıqdan sonra tələsik otağımdan çıxdı.
Nə isə, hər şeyi sakit başla təkrar düşündüyüm zaman, mənə təklif edilən bu ani işə, sizin də anlayacağınız kimi olduqca çaşdım. Bir tərəfdən çox məmnun idim, çünki təklif edilən pul, normalda xidmətlərim qarşılığında alacağım miqdarın az qala on qatı idi. Üstəlik bu sifarişin arxasını da gətirə bilərdi. Digər yandan, müştərinin üzü və davranışları məndə çox mənfi bir təəssürat yaratmışdı. Gilli torpaqla əlaqədar şərhi də mənim gecə yarısı oraya getməyimi tələb edəcək bir şey deyilmiş kimi görünürdü, bir də birinə bir şey danışaram deyə şişirdilmiş bir qorxusu vardı. Nə isə bütün qorxularımı bir tərəfə atdım, axşam yeməyimi erkəndən yedim, Paddinqtona getdim və yola düşdüm.
Ridinqə çatanda həm avtomobil həm də stansiya dəyişdirmək məcburiyyətində qaldım, amma Eyforda gedən son qatara çatdım və saat on biri azacıq keçmiş, kiçik, işıqlandırılmamış stansiyaya çatdım. Orada enən tək yolçu mən idim və platformanın üzərində, əlində lampası yarı yuxulu bir qapıçıdan başqa heç kəs yox idi. Kiçik qapıdan çölə çıxanda, səhərki qonağımı küçənin qarşısındakı kölgədə məni gözləyən gördüm. Heç bir söz demədən qolumdan tutub qapısı açıq dayanan bir arabanın içinə soxdu. İki tərəfdəki pəncərələri qaldırdı, taxtaya bir neçə dəfə vurdu və sürətlə yola düşdük.
– Tək atlı? – deyə müdaxilə etdi Holms.
– Bəli. Yalnız bir.
– Rəngini görə bildinizmi?
– Bəli, arabaya minəndə yanlardakı işığından gördüm. Şabalıdı idi.
– At yorğun idimi, yoxsa istirahət etmişdi?
– İstirahət etmiş və qıvraq idi.
– Təşəkkür edirəm. Sözünüzü kəsmək məcburiyyətində qaldığım üçün təəssüf edirəm. Lütfən bu son dərəcə maraqlı hekayənizi danışmağa davam edin.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.