– Səni diqqətlə dinləyirəm, – deyə cavab verdim.
– Elə bu məsələni beynimdə təhlil edirdim ki, Brioni qəsrinə fayton gəldi və içindən bir cənab çıxdı. Qartal burunlu, bığlı, əsmər və yaraşıqlı adamdı. Bəlli idi ki, haqqında danışdıqları adam bu idi. Tələsən adama oxşayırdı. Faytonçuya gözləməsini tapşırdı və sanki öz evinə girirmiş kimi, qapını açan xidmətçinin yanından sürətlə keçib içəri girdi.
Evə girdiyi yarım saat olmuşdu: zalın pəncərəsindən adamın otaqda gəzməyini, həyəcanlı-həyəcanlı danışmasını, əl-qolunu yellətməyini görə bilirdim. Qadını görmədim. Nəhayət, adam əvvəlkindən daha tələsik çölə çıxdı. Faytona minərkən cibindən qızıl saatını çıxarıb baxdı. “Dəlicəsinə sür, – deyə bağırdı, – Əvvəlcə Recent küçəsində “Gross&Hankey”də, sonra da Edcver yolundakı Müqəddəs Monika kilsəsinə. İyirmi dəqiqəyə getsən, on peni alacaqsan”.
Gözdən itdilər. “Onları təqib edimmi?” – düşünərkən yolun yuxarısından pencəyinin düymələri açıq, qalstuku qulağının arxasına keçmiş sürücüsü olan kiçik fayton gəldi. Evin qarşısında dayanmamış, qapıdan bir qadın sıçrayaraq faytonun içinə atıldı. Onu bir anlıq gördüm. Amma bir kişinin uğrunda ölə biləcəyi qədər gözəl olduğunu deyə bilərəm. “Müqəddəs Monika kilsəsinə, Con! – deyə bağırdı, – İyirmi dəqiqəyə çatsan, bir qızıl alacaqsan”.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.