AZ-YA
Məşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymenovun “Az-Ya” kitabı türk xalqlarının tarixinə, dilinə yeni yanaşma və tamamilə orijinal bir münasibətə gö-rə əsassız hücumlara məruz qalmışdı. Yalnız son illərdə Qazaxıstanda bu kitabla əlaqədar çıxarılan qərardan sonra o, yenidən işıq üzü gördü.
Kitabdakı tarixi problemlər, abidələrlə bağlı fikirlər və digər məsələlər Azərbaycan xalqının da tarixi ilə üzvi şəkil-də bağlıdır.
QIZILQUŞLAR
VƏ QAZLAR
BİRİNCİ HİSSƏ
“İQOR POLKU DASTANI” TARİXİNƏ DAİR
“İqor polku dastanı” və “Zadonşina”
tarixinin qısa xülasəsi.
1791-ci ildə A.İ.Musin-Puşkin Müqəddəs Sinodun ober-prokuroru təyin edildi. Həmin il avqustun 11-də və II Yeka-terinanın fərmanı ilə Sinoda monastırın arxivlərindən və ki-tabxanalardan rus tarixi üçün dəyərli olan əlyazmaları mü-sadirə etmək icazəsi verildi.
Bu iş A.İ.Musin-Puşkinə tapşırıldı. Təxminən, 1792-ci ildə (dəqiq tarixi bilinmir) o, XVI əsrə aid bir məcmuə əldə etdi. “İqor polku dastanı”nın nüsxəsi də oradan tapıldı.
1812-ci il Moskva yanğını zamanı qrafın evi də, kitabxa-nası da yanıb külə döndü. XVI əsrə aid nüsxə də beləcə məhv oldu. Hazırda elm aləmində Musin-Puşkinin nəşrin-dən və Yekaterina üçün surəti köçürülmüş nüsxədən istifadə edilir.
XVI əsr nüsxəsilə bağlı bu maraqlı əhvalat elə həmin dövrdə rus alimlərində də, əcnəbi mütəxəssislərdə də Das-tanın həqiqiliyinə şübhə oyatdı; güman edilirdi ki, əldə olan nüsxə saxtadır və bunda məqsəd keçmiş dövrlərdən alınmış dəlillərlə Yekaterinanın imperialist siyasətinə haqq qazan-dırmaqdır. Hətta saxta nüsxənin gümana gələn müəllifləri-nin adları çəkilirdi (o cümlədən, Musin-Puşkinin).
Skeptiklər çox əsaslı tarixi və linqvistik dəlillər irəli sürə bilmişdilər. Son iki əsr ərzində dastanın fasiləsiz öyrənilməsi nəticəsində toplanmış bütün ədəbiyyat, əslində, bir məsələyə həsr edilib: “İqor polku dastanı” orijinal əsərdirmi?
Skeptiklərin və müdafiəçilərin mübahisəsi öz məğzi eti-barilə Ostap Benderlə ksendzlərin mübahisəsini xatırladır.
Ostap dedi:
– Allah yoxdur.
Ksendzlər dedi:
– Var, Allah var.
Skeptiklər dastanı bütövlükdə inkar edir, məddahlar ey-ni bir qətiyyətlə onu öpüb gözləri üstünə qoyurlar.
XIX əsrin birinci yarısında, Rusiyada skeptiklər məktə-binin təzəcə yarandığı dövrdə dolayı yolla da olsa, dastanın həqiqiliyini sübut edən bir çox tarixi faktlar hələ məlum de-yildi.
Skeptiklər məktəbinin banisi, “Elm üçün skeptisizmdən dəyərli bir şey yoxdur” şüarını irəli sürmüş M.T. Kaçenovski özünün bu barədə ilk yazısı olan “Rus tarixinin mənbələri haqqında”1 məqaləsində knyaz Oleqlə, İqorun yunanlarla bağladıqları sazişi şübhə altına almışdı. “Rus salnamələrində paralellər” məqaləsində isə müəllif qədim rus xronikaların-dakı bir çox məlumatların həqiqiliyinə şəklə yanaşıb və belə qənaətə gəlmişdir ki, bu məlumatlar sonralar, yəni XVI əsrdə əlavə edilib2.
M.T.Kaçenovski və onun məktəbinin nümayəndələri tə-kid edirdilər ki, faktlar bir-biriylə müqayisə edilməli və “ta-rixi inkişafın ümumi qanunları” əsasında nəticə çıxarılmalı-dır. Sonralar bu məktəbin başqa bir nümayəndəsi N.İ.Nadej-din yazırdı: “Hər bir fakt inandırıcı görünmək üçün öz-öz-lüyündə daxili mühitə malikdir… Bu daxili mühit faktın ta-rixən mümkünlüyünə şərait yaradır… Əgər hər hansı bir fakt bu qanunlara büsbütün ziddirsə, o vaxt ən qədim manus-kript, tənqidin bütün işgəncələrindən uğurla çıxmış ən mötə-bər alim belə məni həmin faktın doğru-dürüstlüyünə inandı-ra bilməz”.3
Qədimliyə belə münasibət zərurətdən doğub. Milli şüu-run inkişafı nəticəsində elm bir çox hallarda rəsmi, saxta və-tənpərvərliyin quluna çevrilir və tarix həqiqətdən uzaqlaş-mağa başlayır. Keçmişə mövcud baxışdan asılı olaraq, faktlar ya düzgün işıqlandırılmır, ya da saxtalaşdırılır.
Bu hal universal xarakter daşıyır. Avropa ölkələri tarix-çilərinin demək olar ki, hamısı bu mərhələdən keçmişdir. Qərbdəki skeptiklər məktəbinin banisi Avqust Şletser reali-yalar əsasında tarixi mənbələrə şəklə yanaşmağın zəruriliyi-ni sübut etmişdir. XVIII əsrdə və XIX əsrin əvvəllərində Ru-siyada xeyli miqdarda saxta tarixi sənəd meydana gəlmişdi. Bunların çoxu spektiklər tərəfindən ifşa edildiyinə görə, elm aləminə daxil ola bilməmişdir.
Skeptiklər məktəbi (bir sıra qeyri-dəqiq praktiki nəticə-lərə baxmayaraq) rus tarixşünaslığının inkişafında müsbət rol oynadı. Elmdə mənəvi mühitin yaranmasına, dəqiq mə-nəvi meyarların təsdiqinə kömək etdi; bunlarsız elm obyek-tiv bilik mənbəyi kimi mövcud ola bilməz.
Skeptiklər vətənpərvər tənqidin olmazın “işgəncələrinə” dözməli oldular. Rus tarixinə olan hədsiz şəkk-şübhəni on-lara bağışlamırdılar, heç indi də bağışlamırlar. Spektiklərin ayrı-ayrı səhvləri, bəzi hallarda ciddi səhvləri (hər bir meto-dun təcrübəsində belə səhvlər labüddür) rəqiblərə imkan verdi ki, onları mühafizəkarlıqda və s. günahlarda ittiham etsinlər.
Artıq XX əsrdə Rusiyada Kaçenovskinin ardıcılları qal-mamışdı və bu məktəbin tənqidi xüsusi xarakter almışdı, yə-ni cavabsız hücumlar idi.
“Xüsusi qeyd etmək lazımdır ki, spektiklər məktəbinin nümayəndələri mühafizəkar, rəsmi dünyagörüşünə malik adamlar idi. Təkcə “parnas köhnəpərəsti” M.T.Kaçenovski deyil, F.Bulqarinin dostu – O.İ.Senkovski, həmçinin M.N. Katkov da öz mürtəce baxışları ilə tanınmışdılar. İ.İ.Davıdov isə bununla məşhur idi ki, Baş Pedaqoji İnstitutun rektoru ol-duğu illərdə onunla N.A.Dobrolyubov mübarizə aparmış-dır”4.
Bilmək maraqlıdır: skeptiklər tərəfindən İ.İ.Davıdovdan da kəskin çıxışlar edən K.S.Aksakov, görəsən, kimin dostu idi və kiminlə mübarizə aparmışdı?!
Halbuki K.S.Aksakov baltanı lap kökündən vururdu. O, belə hesab edirdi ki, “İqor polku dastanı” rus vətənpərvərlə-rinin deyil, əcnəbi saxtakarın əliylə “düzəldilmişdir”.
***
“İqor polku dastanı”nın öyrənilməsinin yeni mərhələsi başqa bir abidənin – “Böyük knyaz Dmitri İvanoviç haq-qında dastan”ın (nüsxələrindən birinə əsasən, əksər hallarda “Zadonşina” adlandırılır) tapılması ilə bağlıdır5. Fərz olunur ki, bu dastan Dmitri Donskoyun Mamay üzərində qələbə-sindən (1380) az sonra yaradılmışdı. Əsərin müəllifi Sofoni – “rezanets” hesab edilir. Belə ki, bütün nüsxələrdə bu ad və ayama qeyd olunub. Bəs bu adın altındakı konkret olaraq kim gizlənib? Bu sual indinin özündə də tədqiqatçılara ra-hatlıq vermir. Onu gah “Ryazan keşişi”, gah “Bryansk boya-rı” hesab edirlər.
B.A.Rıbakov ikinci varianta üstünlük verir: “Bryansk boyarı Sofoni (əlyazmalarda “rezanets” kimi müəmmalı və heç bir məntiqə sığmayan ayama ilə qeyd edilib)”6 məlum-dur ki, axtaları, yaxud zorla sünnət edilib müsəlmanlaşdırı-lan xristianları “rezanets” adlandırırlar. Volqa sahillərində indinin özündə də müsəlmanları “rezanets” deyə çağırırlar.
“Zadonşina”nın əlyazması 1852-ci ildə tapılmışdır. “Za-donşina” ilə “İqor polku dastanı” arasında oxşar