Amerika faciəsi . Теодор Драйзер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор Драйзер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bir qənaətlə onu bu qətldə ittiham edə biləcək. Bu fikir Klayda əzab verirdi, çunki indi ona elə gəlirdi ki, o, doğrudan da, bu ölümdə müqəssir deyildir – axı, son dəqiqə onun ruhunda bir dönüş baş vermişdi.

      Lakin o geri qayıdıb, baş verən hadisə haqqında xəbər verməmişdi, indi buna kim inanacaqdı? İndi isə geri qayıtmaq mümkün deyildi. Əgər Sondra onun fabrikdə işləyən bir qızla bərabər bu göldə gəzdiyindən və həmin qızı mehmanxanada öz arvadı kimi qeyd etdirdiyindən xəbər tutsa… Aman, allah!

      Sonra bunların hamısını əmisinə və yaxud o soyuqqanlı, qəddar Gilbertə… həmçinin Likurqdakı o şıq və həyasız gənclərə izah etmək?.. Yox, yox! Bu qədər irəli getdikdən sonra, o artıq geri çəkilə bilməz. Əks təqdirdə onu bir fəlakət.. bəlkə də ölüm gözləyir. O, mümkün olduğu qədər bu dəhşətli vəziyyətdən istifadə etməlidir, – bu cür qəribə və sanki özünə bəraət qazandıran bir nəticəyə gətirib çıxarmış niyyətindən istifadə etməlidir.

      Lakin bu meşələr! Hər tərəfi bürüyən bu qaranlıq gecə! Dəhşətli bir təklik hissi və hər yerdə, hər bir şeydə hiss edilən təhlükə! İndi bir adam ona rast gəlsə, o nə etməli, nə deməlidir? Klayd tam bir çaşqınlıq içərisində idi, ruhi və əsəbləri elə bir halda idi ki, dəli olmaq dərəcəsinə gəlirdi. Ayağı altında bir çırpı sınıb xışıldasa idi, – dovşan kimi başını götürüb qaçmağa hazır idi.

      Belə bir vəziyyətdə o, qaranlığın düşməsini gözlədi və meşənin içərisinə girdi, lakin əvvəlcə öz çamadanını tapıb, kostyumunu dəyişdi, yaş paltarının suyunu sıxıb, bir az qurutmağa cəhd etdi, sonra paltarını çamadana qoyub quru ağac şaxələri və yarpaq sərdi, sonra fotoaparatının ştativini yerə yıxılmış bir ağacın gövdəsi altında gizlətdi. İndi o, getdikcə daha artıq bir inadla öz qəribə və qorxulu vəziyyəti haqqında düşünürdü. Bəlkə həmin dəqiqədə, yəni o, Robertanı bilmədən vurduğu, hər ikisinin suya yıxıldığı və Roberta o cür kəskin və şikayətli bir ifadə ilə qışqırdığı zaman sahildə bir adam var imiş? Əgər bir nəfər… məsələn, gündüz onun burada gördüyü o sağlam və qüvvətli oğlanlardan biri bu səhnəni görmüş olsa… kim bilir, bəlkə elə indi kim isə haray salır, – onda elə bu gecə onlarla adam onu təqib etməyə başlayacaqdır. Onlar Klaydı tutacaqlar və heç kəs inanmayacaqdır ki, o, Robertanı özü bilmədən, təsadüfən vurmuşdur! Hətta qanuni məhkəməni gözləmədən onu daşqalaq edə bilərlər! Bu mümkündür. Belə şeylər olmuşdur. Onun boynuna ip salıb, ağacdan asa bilərlər. Yaxud elə buradaca, meşədə onu bir ağaca söykəyib güllələyə bilərlər. Hətta bütün bu hadisənin nə cür baş verdiyini… Robertanın uzun müddət onu təqib etdiyini, ona əzab verdiyini açıb söyləməsinə belə macal verməzlər! Heç kəs, heç vaxt bu məsələni başa düşə bilməyəcəkdir!

      Klayd bunu düşünərək, getdikcə daha artıq bir sürətlə meşə içərisində uzaqlaşır, – hər tərəfdən yolunu kəsən möhkəm və tikanlı cavan ağacların, həmçinin ayaqları altında dəhşətli bir səslə xışıldayan quru şaxələrin imkan verdiyi dərəcədə addımlarının surətini artırır, – və eyni zamanda öz-özünə qane etməyə çalışırdı ki, üçüncü mil Buxtasına gedən yol sağ tərəfdədir, ay isə üfüqdə sol tərəfdən çıxacaqdır.

      Lakin, ilahi, görəsən bu nədir?

      Nə qədər dəhşətli səsdir!

      Elə bil, zülmət içərisində bir ruh şikayətlə bəd bir xəbər verərək, inləyir, fəryad edir!

      Budur, yenə o səs!

      Görəsən bu nədir?

      Klayd çamadanı əlindən yerə saldı, onun bütün bədənini soyuq tər basdı, o, yerə oturdu və duyduğu qorxu içərisində uca, şax-budaqlı bir ağacın böyrünə qısılaraq donmuş və hərəkətsiz bir halda dayandı:

      Nə qədər dəhşətli bir çığırtıdır!

      Ah, bu ki, bayquşdur! O, bir neçə həftə əvvəl, Krenstonların yay malikanəsində olarkən, bu quşun çığırtısını eşitmişdi. Lakin burada! Bu qalın meşədə! Bu zülmət içərisində!… Getmək lazımdır. Bu meşədən mümkün qədər tez çıxmaq lazımdır, bu aydın məsələdir. Bu dəhşətli, bu qorxunc fikirləri başından qovmalıdır, əks təqdirdə onda heç bir qüvvə və mətanət qalmayacaqdır.

      Lakin Robertanın baxışları! O son yalvaran baxışı! Aman Allah! Onun gözləri indi də Klaydın qarşısındadır. Hələ o dəhşətli, sonsuz bir ümidsizliklə dolu fəryad! Yoxsa bu fəryad daima onun qulağında səslənəcəkdir… Buradan, bu meşədən çıxana qədər ona rahatlıq verməyəcəkdir?

      Görəsən o, Robertanı vurarkən, qız bu zərbənin təsadüfi olduğunu… bunun yalnız bir qəzəb və etiraz anında baş verən bir hərəkət olduğunu başa düşdümü? İndi Roberta harada olursa-olsun, gölün dibində, yaxud, bəlkə də burada, bu qaranlıq meşədə, onun yanında, fərqi yoxdur, harada olursa-olsun, görəsən o bunu bilirmi? Robertanın kabusu!.. Yox, buradan tez qaçıb uzaqlaşmaq… baş götürüb getmək lazımdır! Belə lazımdır… lakin bununla belə… Burada, bu qalın, uzaq meşə içərisində, o, təhlükədən uzaqdadır. O özünü ələ almalıdır, böyük yola çıxmaq lazım deyildir. Orada yol ötən, gəlib-gedən ola bilər. Orada, bəlkə onu axtaran adamlar var!.. Görəsən, insanların öləndən sonra da yaşadıqları doğrudurmu? Xəyal və ruhlar aləmi mövcuddurmu? Onlar bütün həqiqəti bilirlərmi? Əgər belə isə onda Roberta da bilir… belə olduqda, Roberta onun əvvəlki niyyətlərindən xəbər tutmuşdur. İndi Roberta onun haqqında nə düşünəcəkdir? Bəlkə elə bu saat Roberta amansız məzəmməti ilə, öz səhv ittihamı ilə onu təqib etməkdədir? Bəli, səhv ittihamı ilə, – amma, digər tərəfdən, əvvəllər o, qızı doğrudan da öldürmək istəyirdi. O, belə bir fikri başında gəzdirirdi! Onun belə bir niyyəti var idi! Bu isə, əlbəttə, böyük bir günahdır. Doğrudur, o, Robertanı öldürməmişdir, lakin nə isə onun əvəzinə bu işi görmüşdür. Bütün bunlar həqiqətdir.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAMCAgMCAgMDAwMEAwMEBQgFBQQEBQoHBwYIDAoMDAsKCwsNDhIQDQ4RDgsLEBYQERMUFRUVDA8XGBYUGBIUFRT/2wBDAQMEBAUEBQkFBQkUDQsNFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBT/wgARCAkHBdwDASIAAhEBAxEB/8QAHQAAAQUBAQEBAAAAAAAAAAAAAAECAwQFBgcICf/EABsBAQADAQEBAQAAAAAAAAAAAAABAgMEBQYH/9oADAMBAAIQAxAAAAFVkh831UJUmEQbMwMe6awXH2URR2lmMvlez4y2Xcsniz3ZI0S9HxjmytmrRUGI5gCLMcp0vNdLbN88E1NIY3VU3I4rQ