Amerika faciəsi . Теодор Драйзер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор Драйзер
Издательство: Hadaf Neshrleri
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
onu çox heyrətə salmışdı və o öz qardaşı oğluna bir az kömək etmək istəyir-di.

      Qilbert atasının sözlərini əsəbi bir halda dinlədi, missis Qrifits həmişə oğlunun tərəfini saxladığı üçün indi Qilbertlə yanaşı olaraq nə qan qohumlarından, nə də yadlardan heç bir rəqib görmək istəmirdi, lakin Mayra ilə Bella dərhal ata-larının planları ilə maraqlandılar. Demək onların Qrifits familiyalı, Qilbertlə həmyaşıd, gözəl həm də atalarının dedi-yinə görə olduqca tərbiyəli və nəzakətli əmiləri oğlu vardır! Bu həm Mayranın, həm də Bellanın xoşuna gəldi. Lakin mis-sis Qrifits Qilbertin tutulduğunu görərək, bu xəbərdən çox da şad olmadı. Bu əmioğlunun zahir olması, görünür Qilber-tin xoşuna gəlməyəcək, lakin ərinin nüfuzuna və zəkasına hörmət bəslədiyi üçün ana hələlik bu barədə heç bir söz de-məyib susdu. Bella isə susa bilmədi.

      – Atacan, sən onu fabrikdə işə düzəldəcəksənmi? – de-yə qız səsləndi. – Oy, bu necə yaxşı olar. Yəqin bizim başqa əmioğluların hamısından qəşəngdir.

      – Bella! – deyə missis Qrifits məzəmmətlə qızına baxdı, Mayra isə bir neçə il bundan əvvəl Vermonqdan onları ziya-rətə gələn yöndəmsiz böyük əmiləri və onun oğlunu xatırla-yaraq, çox mənalı bir halda gülümsədi. Qilbert son dərəcə acıqlanıb ürəyində bütün bu plan əleyhinə bir üsyan duydu. O, atasını başa düşə bilmirdi.

      – Biz onsuzda bizim fabrikdə işləyib öyrənmək istə-yən adamları heç vax rədd etmirik, – deyə o sərt bir səslə qeyd etdi.

      – Yox, rədd etmişik, – deyə atası etiraz etdi, – ancaq əlbəttə ki, əmi uşaqlarını və qohumlarımızı rədd etməmişik. Bundan başqa məncə o, ağıllı oğlandır, özünə görə hissiyyatı var. Qohumlarımızdan birinə buraya gəlib öz bacarığını gös-tərməsi üçün imkan versək, bunun bizə nə ziyanı ola bilər? Başa düşmürəm, nə üçün başqaları kimi biz onu da fabriki-mizdə işə götürə bilmərik?

      – Mən isə başa düşürəm, Qil istəmir ki, Likurq şəhə-rində Qrifits familiyalı və üstəlik ona oxşayan ikinci bir gənc də meydana çıxsın! – deyə Bella hiyləgərcəsinə qeyd etdi, in-di o, daima bacısını tənqid edən qardaşından heyif almağa çalışırdı.

      – Bu nə cəfəngiyyatdır! – deyə Qilbert əsəbi bir halda cavab verdi. – Heç olmasa ömründə bir dəfə ağıllı bir söz da-nışaydın. Onun familiyasının, yaxud mənə oxşayıb-oxşama-dığının mənim üçün nə əhəmiyyəti var? – Qilbert artıq ciddi olaraq acıqlanmışdı.

      – Qilbert! – deyə missis Qrifits məzəmmətlə səsləndi. – Sən bacınla nə cür danışırsan!

      – İndi ki, onun üstündə burada ehtiraslar bu cür qı-zışır, mən o gənc üçün heç bir şey etməyəcəyəm, – deyə mis-ter Qrifits sözə qarışdı. Ancaq onun atası heç vaxt işgüzarlıq cəhətdən bacarıqlı adam olmamışdır, buna görə mən Klay-dın bir vaxt imkan tapıb həyatda özünə bir mövqe qazanaca-ğına şübhə ilə baxıram (atasının bu adı belə sadə və dostanə çəkməsi Qilberti büsbütün sarsıtdı). Mən ona buraya gəl-məsini sadəcə ona görə təklif etdim ki, həyatda ilk addım atmasına bir az kömək etmək istədim. Ancaq ondan bir şey çıxacaq və ya çıxmayacaq, bu barədə heç bir söz deyə bilmə-rəm. Bəlkə o burada işləməyi bacaracaqdır, bəlkə də işin öh-dəsindən gələ bilməyəcəkdir. İşin öhdəsindən gələ bilməsə… – mister Qrifits sözünü əllərinin hərəkəti ilə tamamladı və sanki bu hərəkəti ilə: “bacarmasa, təbiidir ki, biz ondan ya-xamızı qurtararıq” demək istədi.

      – Nə eybi var, məncə bu sənin tərəfindən çox alicənab bir hərəkətdir, – deyə missis Qrifits iltifatla və diplomatik bir incəliklə qeyd etdi. – Ümid edirəm ki, o, sınaqdan müvəffə-qiyyətlə çıxacaqdır. Amma bunu da deməliyəm ki, – deyə mister Qrifits mənalı bir surətdə əlavə etdi, – o, mənim fab-rikimdə işlədiyi müddətdə, yalnız mənim qardaşım oğlu ol-duğu üçün başqa xidmətçilərdən fərqli olaraq ona xüsusi bir münasibət göstərilməsini mən heç istəmirəm. O buraya əy-lənmək üçün yox, işləmək üçün gəlir. Nə qədər ki, o burada, fabrikdə imtahan verəcək, siz onunla heç bir yaxın əlaqəyə girməməlisiniz. Buna heç bir şəkildə yol vermək olmaz. Mə-nə elə gəlir ki, o sırtıq adamlardan deyil və heç vaxt xam xəyala düşüb onu burada özümüzə tay-tuş bir adam kimi qəbul edəcəyimizi ağlına gətirməz. Bu çox axmaq bir iş olardı. Sonralar o doğrudan da ləyaqətli olduğunu, öz başını saxlamağı bacardığını, qabağa dürtülməyib öz yerini bildiyi-ni sübut etsə və onda biriniz ona bir az diqqət göstərmək is-təsə, – nə eybi var, o zaman baxarıq… Ancaq o zaman!

      Missis Trüsdeylin köməkçisi olan Amanda, süfrədən naharın qalıqlarını yığışdıraraq, stol üzərinə çərəz düzdü. Mister Qrifits nadir hallarda şirin yeyərdi və adətən, süfrə başında yad adam olmayanda, nahardan sonra kitabxanaya çəkilib balaca stolda mühafizə olunan bank və birja bülleten-lərini gözdən keçirərdi; bu gün də o belə etdi. Stolunu kəna-ra çəkib ayağa qalxdı. Arvadından və uşaqlarından üzr istə-yərək yemək otağı ilə bitişik olan kitabxanaya keçdi. Ai-lənin qalan üzvləri isə çərəz yeməyə başladılar.

      – Mən, bizim bu əmioğlunun nə cür bir adam oldu-ğunu görmək istərdim, – deyə Mayra sözə başladı. – Sən ne-cə, ana?

      – Mən də. Ümid edirəm ki, o atanızın ümidlərini doğ-rultmağa çalışacaqdır. O bunu etməsə, bu onun tərəfindən bir nankorluq olardı.

      – Mən başa düşə bilmirəm, – deyə Qilbert söhbətə qa-rışdı. – Biz burada, öz yerli adamlarımıza güclə iş tapdığımız halda, nə üçün kənardan buraya işçi çağırmalıyıq. Bundan başqa onun bura gəlməmişdən əvvəl sadəcə bir otel işçisi olduğunu bilsələr görün burda nə cür söz-söhbət başlaya-caqdır.

      – Hardan biləcəklər? – deyə Mayra soruşdu.

      – Nə cür biləcəklər? Biz onun özü haqqında danış-mağına necə mane ola bilərik? Gərək onda biz onu xüsusi olaraq bu barədə xəbərdar edək! Ancaq onu orada görənlər-dən birisi buraya gəlib çıxa bilər. – Qilbertin gözlərində kinli bir od alışıb-yandı. – Amma mən ümid edirəm ki, o ağzını boş qoyub bu barədə danışmaz. Hər halda onun əvvəllər kim olduğu bilinsə, biz bundan heç bir yaxşı şey qazanma-yacağıq.

      – Mən isə bu fikirdəyəm ki, o, Allen əminin oğlanları kimi cansıxıcı bir gənc deyildir. Məncə Allen əminin oğlan-ları dünyanın ən maraqsız gəncləridir.

      – Bella, – deyə missis Qrifits yenə də qızını saxladı.

      III FƏSİL

      Semyuel Qrifitsin Çikaqo şəhərində “Yunion Liq” klu-bunda rast gəldiyi Klayd, artıq üç il əvvəl Kanzas-Siti şəhə-rindən baş götürüb qaçmış gənc deyildi. İndi onun iyirmi yaşı tamam olmuşdu: o daha da boy atmış, çox da olmasa, yenə də əvvəlkinə nisbətən bir qədər möhkəmlənmiş və əl-bəttə, indi daha artıq həyati təcrübə qazanmışdı. Kanzas-Si-tidəki evlərini və qulluğunu buraxıb qaçdıqdan