Klayd gülümsəyərək susdu. Lakin onun sualedici ba-xışları əmisinə dikilmişdi.
Semyuel Qrifits bir dəqiqə ciddi bir ifadə ilə Klayda baxdı. Klaydın üzünün ifadəsi və onun öz xahişini şərh et-mək ədası əminin xoşuna gəldi.
– Bəli, sizin arzunuz haqlı bir arzudur, – deyə o sözə başladı. Əlbəttə, siz gərək bubarədə mənə yazaydınız…
Qrifits bu sözləri deyib birdən susdu, çünki o apardığı bütün işgüzar danışıqlarda həmişə ehtiyatlı olmağa adət et-mişdi. Klayd əmisinin ona ümid verməyə cəsarət etmədiyini görərək bir az gözlədikdən sonra açıq soruşdu:
– Bəlkə sizin fabrikinizdə mənim üçün bir iş tapıldı?
Semyuel Qrifits fikirli bir halda qardaşıoğluna baxırdı. Belə açıq bir xahiş onun həm xoşuna gəlirdi, həm də xoşuna gəlmirdi. Bununla belə Klayd ona çox münasib bir adam kimi görünürdü. Yəqin ki, Klayd da, onun oğlu Qilbert kimi, bacarıqlı və şöhrətsevən bir gənc idi. İndi onun fabrikində is-tehsalat prosesilə tanış olduqdan sonra Qilbertin rəhbərliyi altında, fabrikdəki sexlərin birinin müdiri ya müdir müavini kimi işləyə bilərdi. Hər halda ona özünü göstərməsi üçün vaxt və imkan vermək olardı. Burada qorxulu bir şey yox-dur. Bundan başqa, axı bu Eysanın, kiçik qardaşının oğlu-dur, həm Semyuelin, həm də böyük qardaş Allenin, hələ və-rəsəlik hüququnu bərpa etmək məsələsi bir kənara qalsa be-lə, yenə də öz kiçik qardaşları qarşısında müəyyən vəzifə və borcları vardır.
– Məsələ belədir, – deyə Semyuel bir dəqiqə susduq-dan sonra sözə başladı. – Mən bu məsələ haqqında bir az fikirləşməliyəm. Elə bu saat birdən-birə, bizdə əlverişli bir iş olub-olmadığını deyə bilmərəm. Söhbəti elə bundan başla-yaq ki, biz sizə burada aldığınız qədər maaş verə bilməyə-cəyik, – deyə əmisi Klayda xəbərdarlıq etdi.
– Əlbəttə, – Klayd səsləndi, onu alacağı maaşdan artıq əmisinin fabrikində işləmək şirnikdirməkdə idi. – Mən, layiq olmadan, artıq maaş almaq fikrində deyiləm.
– Bundan başqa, ola bilər ki, bizim müəssisədəki iş si-zin xoşunuza gəlməz və yaxud biz sizin işə yaramadığınızı müşahidə edə bilərik. Demək lazımdır ki, hər adamda belə bir iş üçün bacarıq olmur.
– Nə eybi var, yaramasam, siz məni işdən çıxardarsı-nız, – deyə Klayd cavab verdi. – Ancaq mən həmişə bu fikir-də olmuşam ki, sizin müəssisənizdə işləyə bilərəm, hələ lap ilk vaxtlar, sizin özünüz və böyük müəssisəniz haqqında tə-zə eşitdikdə mən belə bir qənaətə gəlmişdim.
Klaydın bu son sözləri Semyuel Qrifitsin heysiyyətini oxşadı. Görünür həm o özü, həm də onun əldə etdiyi mü-vəffəqiyyətlər bu gənc üçün bir ideal idi.
– Çox yaxşı, – deyə əmisi cavab verdi. – Bu saat mən artıq sizinlə məşğul ola bilmərəm. Lakin mən hələ iki gün burada qalacağam və bu məsələni ətraflı düşünərəm. Bəlkə də mən sizin üçün bir şey edə bildim. Hələlik heç bir söz de-yə bilmərəm.
Bunu deyərək, Semyuel Qrifits yenə də məktub yazma-ğa başladı.
Klayd hazırkı şəraitdə mümkün ola biləcək qədər yaxşı təsir bağışladığını hiss edərək və bunun yaxşı nəticə verəcə-yinə ümid bağlayaraq hərarətlə əmisinə təşəkkür edib tələsik otaqdan çıxdı.
Ertəsi gün hər şeyi ətraflı düşünərək, Klaydın öz fəra-sət və zirəkliyi sayəsində, fabrikdə hər hansı başqa bir ada-ma nisbətən heç də az faydalı olmayacağını və həmçinin be-lə bir addımın ailəsi üçün əhəmiyyətini ətraflı sürətdə gö-tür-qoy etdikdən sonra, Semyuel Qrifits Klayda bildirdi ki, fabrikində boş yer açılan kimi o dərhal qardaşı oğluna xəbər göndərəcəkdir. Lakin o belə bir imkanın tez ələ düşəcəyini vəd edə bilmir. Klayd hələlik gözləməlidir.
Beləliklə, Klayd, əmisinin fabrikində onun üçün tezliklə bir yer düzəldəcəyi və ümumiyyətlə bu işin baş tutub-tutma-yacağı haqqında uzun müddət həyəcanla düşünməyə məh-kum olundu.
Semyuel Qrifits Likurqa qayıtdı və oğlu ilə məsləhətlə-şərək bu qərara gəldi ki, Klayd fabrikdəki işi lap əsasından, hər halda fabrikin zirzəmisindən başlayaraq öyrənməlidir: fabrikin zirzəmisində yaxalıq hazırlamaq üçün işlənən par-çalar qaynadılırdı. İstehsalat texnikasını bütünlüklə öyrən-mək istəyən yeni işçilər əvvəlcə məhz bu zirzəmidə işləməli olurdular. Lakin Klayd yalnız öz qazancı ilə başını saxlamalı olduğu üçün, həm də onun çox korluq çəkməməsi üçün, (Klaydın pis yaşaması, Qrifitslər ailəsinin Likurq şəhərində tutduğu mövqe ilə uyuşmayan bir hadisə ola bilərdi) ona da-ha yüksək bir maaş, yəni ilk vaxt üçün həftədə on beş dollar təyin etdilər.
Əlbəttə, həm Semyuel Qrifits, həm də onun oğlu Qil-bert, belə bir maaşın çox da böyük bir şey olmadığını başa düşürdülər (adi şagird üçün bu bəlkə də az deyildir, ancaq bir qohum kimi Klayd üçün çox cüzi maaş idi) lakin hər iki-si, onlar üçün işləyənlərə qarşı, xeyriyyəçiliyə əsla meyil et-məyən, sırf əməli təbiətə malik adam olduqları üçün belə gü-man edirdilər ki, fabriklərində işə girən hər bir yeni adam ehtiyac və mərhumiyyət içində nə qədər əziyyət çəksə o qə-dər yaxşıdır. Həm ata, həm də oğul kapitalist istismarı haq-qında sosialist nəzəriyyələrinə son dərəcə mənfi münasibət bəsləyirdilər. Hər iki ictimai pilləkənin mövcudiyyətini zə-ruri hesab edirdilər ki, aşağı siniflərdən çıxmış adamlar bu pilləkənin pillələri ilə yuxarı qalxmağa can atsinlar. Zümrə-lərin mövcudiyyəti onlara labüd bir şey kimi görünürdü. Hər hansı bir adama, hətta öz qohumlarına belə həddindən artıq yardım göstərməyə cəhd etmək cəmiyyətin bünövrə-sini, əsaslarını dəlicəsinə sarsıtmaq deməkdir. İctimai və maddi cəhətdən səndən aşağıda duran şəxsiyyətlər və sinif-lərlə üz-üzə gəldikdə, onlarla, vərdiş etdikləri standartlara müvafiq olaraq rəftar etməlisən. Bu standartlar içərisində isə ən yaxşıları, aşağıda duranlara pul qazanmağın nə qədər çə-tin olduğunu aydın başa salmaq və Qrifitslərin nöqteyinə-zərincə yeganə mühüm olan bir işdə, yəni maddi nemətlər istehsalı kimi bir işdə iştirak edən hər bir adam üçün bu is-tehsalatın texnikası ilə müfəssəl və əməli tanışlığın nə qədər zəruri olduğunu anlatmaq idi. Bunu anladıqdan sonra, işə girişən adamlar özlərini məhdud, dar çərçivəli işgüzar bir ömür sürməyə alışdırmalıdırlar. Bu, onların xarakterinə müsbət və faydalı bir təsir göstərəcəkdir. İctimai pilləkənin pillələri ilə yuxarı qalxmağa müvəffəq olan adamların ağıl-ları və ürəkləri məhz bu cür bərkiyir. Bunu bacarmayanlar, bunu etməyə qadir olmayanlar isə öz əvvəlki yerində, həya-tın dibində qalmalıdırlar.
Beləliklə, təqribən bir həftə sonra Klayda məhz nə cür bir iş təklif etmək məsələsi qət olundu və Semyuel Qrifits şəxsən özü Çikaqo şəhərinə məktub göndərərək