İşığın oyunu. Tanrını axtaran detektiv. Stephen Smoke. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Stephen Smoke
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8252-6-8
Скачать книгу
rəfiqəmin dediklərini təkrar edirəm.

      – Daha dəqiq ünvan demədi? Myuir meşəsi ağaclarla doludur.

      – Tamalpays dağına gedən yolun üstündə, meşəylə bir və ya iki mil getdikdən sonra, sol tərəfdə, piramida kimi toplanmış on qaya parçası ilə qarşılaşacaqsan: dördü aşağıda, onların üstündə üçü, daha sonra ikisi və ən üstdə biri. Orada dönüb, maşını yolun kənarında saxlamaq üçün yetərincə yer var. Qayaların arxasından meşəyə aparan cığır var. Böyük olmayan bir çaya çatacaqsan. Orada, deyəsən, mağara var. Sən onu görməyəcəksən, amma, Maks səni görəcək. Əgər, o, səninlə görüşmək istəsə, işarə verəcək.

      – Sən bütün göstərişləri, sanki, əzbər öyrənmisən. Özün ora getməyə hazırlaşırsan?

      – Mən bu haqda düşünmüşəm. Ancaq, qərar verdim ki – yox, indi yox.

      – Niyə?

      – Mən hələ hazır deyiləm.

      – Tanrıyla görüşməyə?

      – Yəgin ki. Baş verənlər rəfiqəmin həyatını dəyişib. Mənə də maraqlıdır, amma, mən hələ bu dəyişikliyə hazır deyiləm. – Syuzi yavaşıdı. – Hazır olmaq lazımdır.

      – Mənim müştərim, şübhəsiz ki, hazırdır.

      – Hə, əlbəttə. Yeri gəlmişkən, bir şərt də var. Maksla yalnız gecə görüşmək olur.

      – Ümid edirəm ki, söhbət mütləq gecə yarısından, və ya buna oxşar bir şeydən getmir?

      – Yox, sadəcə havanın qaralması lazımdır. Görünür, o, gündüzlər meditasiya edir və ona mane olmalarını xoşlamır.

      – Sənə elə gəlmir ki, bütün bu əhvalat son dərəcə qəribədir? Mağara, gecə vaxtı ?

      – Məni, hansısa bir tipin adamları bir turist grupu halında Tanrıyla görüşə aparması, həqiqət axtaranlar üçün, "Club Med" fikrinin özü təəccübləndirir. Amma buna başqa necə münasibət bəsləyəsən?. Düşünürəm ki, Maksın göstərdiyi xidmət, müəyyən mənada yeganədir.

      3

      Həqiqəti axtarmaq uşaq oyunu deyil

      Hər hikmət sahibi bunu deyə bilər

      Öyrəndiyin hər şeyi yadından çıxart

      Bəxtə-bəxt üzmək istəyirsənsə əgər

      Valeriyə zəng edib öyrəndim ki, iki saatdan sonra mənimlə ofisimdə görüşmək istəyir. Hələ bir qədər vaxtım var idi və mən "Ramada"– otelinə baş çəkərək, oradakı yoldaşım, barmen Con ilə söhbət etmək qərarına gəldim. O, mənə məlum olan bir-neçə digər həmkarları kimi "Anonim alkoqoliklər" – cəmiyyətinin üzvü idi.

      O, mənə bir fincan köpüklü, alkoqolsuz "Myussi" süzdü və biz "Oakland Athletics"in işlərini, xüsusilə də, oyunçularına onların 70-ci illərin başlanğıcındakı nəsildən heç nə ilə fərqlənmədiklərini təlqin etmək üçün, komandaya hər il yeni başlayanları cəlb etmək ideyasını müzakirə etdik. Əslində bunu daha çox özümüzə təlqin etməyə çalışırdıq. Çünki komanda uzun zaman idi ki, qələbə qazanmırdı.

      Barın körfəzə baxan küncündə bir oğlan "Yenə həmən keşikçi qülləsi"ni oxumağa başladı. Basanova ritmindəki nəğmə, sonu olmayan elektrik çırtıltısını xatırladırdı.

      60-cı illərdə, biz dostlarımızla Bob Dilanın bu klassik “musiqisinə” Cimmi Hendriksin ifasında tez-tez qulaq asıb, şeirin gizli mənasına nüfuz etməyə çalışardıq. Lirikanın arxasından açıq-aşkar nə isə apokaliptik bir şey görünürdü və bəzən bizə elə gəlirdi ki, bu saat ondakı mistik müraciətin mənasını tutacağıq. Bədbəxtlikdən, belə hallar, daha çox, həqiqəti, budaqları parıldayan oyuncaqlarla dolu milad küknarına bənzəyən aydınlanmalarla bəzəyən psixodeliklərin (psixoaktiv maddələrin) təsiri altında baş verirdi. Cisim və hadisələrdən, bir çox hallarda onlara ümumiyyətlə verilməmiş mənanı çıxarmaq cəhdlərinə çox, həddən çox gecələr sərf etmiş, həyatın var qüvvəsi ilə gözümüzə soxduğu ən vacib cəhətlərinə isə diqqət yetirməmişdik. Qarşısıalınmaz idealizm ilə psixodəliklərin təlqin etdiyi məntiqin arasındakı qüsurlu əlaqənin məhsulu belə olmuşdu.

      Amma, bütün bunlar iyirmi il bundan əvvəl baş verib və o vaxtdan bəri çoxlu bulanıq sular axıb.

      Müqəddəs Qraal haqda arzular unudulub, bütün düşüncələri avtomobilə görə kredit ödənişi, stomatoloqdan gələn hesablar, habelə, arasında sakit liman tapa biləcəyin bir cüt qılçanın daimi, səmərəsiz axtarışları zəbt edib.

      Jurnalistlər mənim aid olduğum nəsilə ləqəb qoymağı sevirlər. İnkar etmək çətindir: biz parlaq şəxsiyyətlərik və hər cür damğa bizə çox asan yapışır. 60-cı illərdə, yaşlı nəsil bizlərə cır-cındır içində olan radikallar, əqli cəhətdən zəif narkomanlar kimi baxırdı. Bununla belə bizi bir kübar rəngarəngliyi fərqləndirirdi – "Life" jurnalı rəngbərəng, təsirli fotoşəkillərə görə onlara bocludur.

      Ümumiyyətlə jurnal bizə mehriban münasibət bəsləyir, lakin bir qədər qeyri-dəqiqliyə yol verirdi – görünür məhz o vaxtdan jurnalistikanı öyrənən tələbələr üçün “qeyri-dəqiqlik” kursu icbari olub. Xoşbəxtlikdən və ya bədbəxtlikdən, maraqkeş dünya bizim tüklü ekssentrik nəslə “hippi” yarlığı yapışdırmışdı. Səksəninci illərdə Medison avenyu yavaş-yavaş mənim yaşıdlarıma istehlakçı kimi baxmağa başladı və bizi qızıl suyuna çəkilmiş şirəçəkəndən keçirib, dizayner cinslərimizin ciblərini boşaltdı. Bizim isə bu müddətdə başımız haradasa rəsmi bir yerdə bizi “ayppi” yarlığının bəzəməsi üçün ümidsiz bir şücaətlə, mübarizə etməyə qarışmışdı.1

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Burada bir söz oyunu var “He”(hi)-ingiliscə “o”, “I”(ay) isə “mən” deməkdir.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAcFBQYFBAcGBgYIBwcICxILCwoKCxYPEA0SGhYbGhkWGRgcICgiHB4mHhgZIzAkJiorLS4tGyIyNTEsNSgsLSz/2wBDAQcICAsJCxULCxUsHRkdLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsLCwsL

<p>1</p>

Burada bir söz oyunu var “He”(hi)-ingiliscə “o”, “I”(ay) isə “mən” deməkdir.