Bu əsəri oxuyan hər bir şəxs dərin mənəvi zövq alacaq, eyni zamanda oxucuda belə bir yanlış fikir yarana bilər ki, müasir Azərbaycan, eləcə də İran ərazisində yaşayan türk xalqı L. Qumilyovun böyük məhəbbətlə tədqiq etdiyi türklərin varisləridir, başqa sözlə desək, Sibir və Altayda yaşayan türklər tarixin sonrakı çağlarında köçüb bu ərazidə, yəni Azərbaycan və İranda məskunlaşmışlar.
Əlbəttə, belə düşünmək kökündən səhvdir. Azərbaycan, eləcə də İran ərazisində, ümumiyyətlə Şərq regionunda türklər hələ lap qədim zamanlardan yaşayırlar. Tarixin atası hesab olunan Heradot 2500 il bundan əvvəl bu ərazidə türklərin yaşamasından xəbər verirsə, deməli bu xalq hələ çox-çox əvvəl Azərbaycanda yaşayıb məskunlaşmışdır. Görkəmli tarixçi Z. Yampolski də bu fıkirdədir. O, «Azərbaycandakı türklər barəsində – qədim mənbələr» adlı tədqiqat əsərində bu haqda yazır: «Mixi yazıların, habelə ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur». VII əsr ərəb tarixçisi Cürhumi isə qətiyyətlə bildirir ki, Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır. Türklər çoxdan bu ərazidə məskunlaşmışdır.
Türklərin bu ərazidə lap qədim çağlardan yaşamasına aid tarixi mənbələri çox gətirmək olar. Bir neçə tarixi fakta müraciət etməklə fikrimizi tamamlayaq. Tarixi mənbələrdə belə bir məlumat vardır ki, xəlifə Müaviyə bir dəfə qədim tarixin mahir bilicisi yəmənli Abid ibn Şoriyədən soruşur: «Türklər və Azərbaycan nə deməkdir?» Abid cavab verir: «Azərbaycan qədimdən burada məskunlaşmış türklərin ölkəsidir».
Eyni fikrə 1126-cı ildə fars tarixinə aid bir mənbədə də rast gəlmək mümkündür: «Azərbaycan – lap qədimdən türklərin əlində olan bir ölkədir…
Beləliklə, tam qətiyyətlə belə bir fikrə gəlmək olar ki, Azərbaycan tarixində adları çəkilən Manna, Midiya, Atropaten, Albaniya, Arran dövlətlərinin ərazisindəki tayfa ittifaqları arasında türk-mənşəli etnoslar həmişə aparıcı mövqedə durmuşlar.
Bu tarixi həqiqəti danmaq mümkün olmadığı kimi, Azərbaycan tarixini də ümumtürk tarixindən, kontekstindən ayırmaq onu saxtalaşdırmaq, milyonlarla insanın ictimai fikrini azdırmaq deməkdir.
Bu cəhətdən L. Qumilyovun «Qədim türklər» əsərinin çox böyük əhəmiyyəti vardır. Azərbaycan oxucuları öz ərazimizdə yaşamış qədim türklər haqqında burada heç bir məlumat almasalar da, bütövlükdə ümumtürk tarixində böyük bir dövrü əhatə edən, tarixdə nəhəng əraziyə öz qəhrəmanlıq yürüşləri ilə yiyələnmiş qərb türkləri haqqında ətraflı məlumata yiyələnə biləcəklər.
Lev Qumilyovu belə ağır, çox zəhmət tələb edən bir əsəri yazmağa, saysız-hesabsız tarixi məlumatları, tədqiqatları araşdırmağa sövq edən hansı fövqəl-təbii hisslər, qüvvələr olmuşdur? O, «Xəzərətrafı xalqların minillik tarixi» əsərinin əvvəlində bu suala özü cavab verir. Görkəmli tarixçi bildirir ki, Avropa tarixçilərinin elmi fikri uzun müddət monomərkəzin dəmir halqası tərəfindən sıxılmışdır. Hələ Fridrix Hegelin dövründən məlum idi ki, sivilizasiyanın inkişafı qədim İudey, Ellada, Romadan keçmiş və «qeyri-tarixi» yaxud «geridə qalmış xalqlar»la əhatə olunmuş Qərbi roma-alman Avropası ilə başa çatmışdır. Çin tarixçiləri də qismən belə fikirləşirdilər, lakin onlar istisna kimi sivilizasiyanın mərkəzini Böyük çölün ayırdığı «Orta düzəngahı» hesab edirdilər.
Lev Qumilyov tarixçilərin müxtəlif konsepsiyalarını təhlil edərək bu qənaətə gəlir ki, Qərbi Avropa və Çin arasındakı nəhəng ərazi tarixçilərin diqqətini cəlb etməmiş, buna görə də tədqiqat mərkəzindən kənarda qalmışdır. Bu ərazini qədim dövrlərdə yunanlar Skifistan, farslar Turan, çinlilər isə «şimal barbarları» adlandırmışlar.
Göründüyü kimi, böyük bir ərazinin, müxtəlif xalqların və dünya ictimaiyyətinin xəbəri olmadığı orijinal mədəniyyətin mühüm tədqiqat mərkəzindən uzaqda qalması müəllifi dərindən düşündürmüş, belə bir əsərin yazılmasına başlamağa zəmin olmuşdur.
Müəllif kitabın əvvəlində haqlı olaraq göstərir ki, bu əsərin uzun illər müddətində yazılmasına baxmayaraq, heç də onu düşünməyə əsas vermir ki, burada qədim türklərin tarixinə aid bütün materiallardan istifadə edilmiş, bu mövzu, xalqın tarixi daha tədqiq olunmamalıdır. O, bu mühüm tədqiqatın bundan sonra da davam etdirilməsini çox zəruri hesab edir. Müəllif göstərir ki, bəşəriyyət tarixində çox böyük rolu olan bu xalqın tarixinin lazımi səviyyədə öyrənilməməsi yalnız təəssüf hissi doğurur.
«Qədim türklər»in yazılıb oxucuya çatdırılmasından keçən dövr ərzində bu mövzuya aid bir sıra tədqiqat əsərləri meydana çıxsa da, açıq etiraf etmək lazımdır ki, bu faydalı monoqrafiya indiyədək türk tarixindən bəhs edən əsərlər arasında özünəməxsus əhəmiyyətli yer tutur.
Kitabda türk xaqanlıqlarının yaranması, inkişafı, qonşu dövlətlər və tayfalarla münasibəti, mədəniyyəti və dünyagörüşü, ümumdünya tarixinin inkişafı fonunda bu qəhrəman xalqın rolu, məskunlaşdıqları ərazinin tarixi, coğrafi mühiti, təsərrüfat, məişət həyatı çox geniş faktiki materiallar, salnamələr, sənədlər əsasında işıqlandırılır. Müəllif kitabın yazılmasında külli miqdarda onomastika, toponimika, dilçilik materiallarından da geniş istifadə etmişdir. Ayrı-ayrı tayfaların həyat və mübarizəsi, bir-birinə qaynayıb-qarışması, Çin əsarəti altında yaşamaları və yeni xaqanlıqda birləşmək meylləri tədqiqatda inandırıcı şəkildə açılıb göstərilir. Müəllifin bu tarixi sənədlər və tədqiqatlarla bərabər Orxon-Yenisey abidələrindən də geniş istifadə etməsi əsərin tarixi əhəmiyyətini daha da artırır. Oxucular bu kitabda türk tarixində çox böyük xidmətləri olan Qapağan xan, Qütlü, Kültigin, Bilgə xaqan kimi sərkərdə və hökmdarların həyat yolu, mübarizəsi ilə yaxından tanış olurlar.
Türklərin lap qədim zamanlardan başlayaraq eramızın V—VII əsrlərinə qədər ən çox müharibə apardıqları dövlətlərdən biri Çin olmuşdur. Hələ Mete dövründə Çin üzərinə edilən hərbi yürüşlər hər iki xalqı, dövləti bir-birinə qarşı ən qorxulu düşmən səviyyəsinə qaldırmışdı. Əslində Çin imperatorları azlıqda yaşayan türk tayfalarının üzərinə hücumlar təşkil etməklə onların bir xalq kimi Çində yaşayan bir çox tayfaların arasında itib-batmasına, əriyib-yox olmasına geniş imkan və şərait yaradırdı. Bu soyqırımı xüsusilə eramızın V-VI əsrlərində daha da güclənmişdi. Hətta türklərin adı belə dəyişdirilib çinliləşdirilmişdi. Bu mənfur siyasəti dərk edən qüdrətli türk oğulları azadlığa çıxmaq, müstəqil xaqanlıqlarını yaratmaq məqsədilə mübarizəyə ayağa qalxdılar. Çox güclü müqavimətə, dəhşətli, amansız soy qırğınlarına baxmayaraq öz xaqanlıqlarını, türk dövlətlərini qurub türkün əvvəlki şam-şöhrətimi, adımı özümə qaytardılar, bir çox tayfaları özlərinə birləşdirdilər.
Görkəmli tədqiqatçı alimim zəngin tarixi məlumatlar əsasımda oxucuya təqdim etdiyi bu qiymətli monoqrafiyada türklərin əsarət buxovundan azad olunmaq üçüm qurtuluş uğrunda apardıqları mübarizə çox gözəl öz əksini