Ölü canlar. Николай Гоголь. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Николай Гоголь
Издательство: JekaPrint
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8450-1-8
Скачать книгу
Manilovdan iki yol döngəsini buraxıb üçüncü döngədən burulmaq lazım gəldiyini eşidib: «Zat-aliləri, taparıq» dedi və onlar yola düşdülər. Manilovla arvadı onların ardınca uzun-uzadı baş əydi və pəncələri üstə qalxaraq yaylıq elədilər.

      Manilov artırmada durub uzaqlaşmaqda olan briçkaya xeyli baxdı; briçka gözdən itəndən sonra o yenə də çubuğunu çəkə-çəkə artırmada xeyli durdu. Nəhayət otağa girib stulda oturdu və düşüncəyə daldı: o öz qonağını, az da olsa, razı yola saldığına ürəkdən sevinirdi. Sonra o heç özü də hiss etmədən başqa şeylər haqqında düşünməyə başladı və xəyalından cürbəcür şeylər keçdi. O, gözəl dostluq həyatı haqqında düşünürdü: adam öz dostu ilə çay qırağında yaşasaydı nə yaxşı olardı! Sonra da bu çayın üstündən bir körpü salındı, nəhəng bir ev tikildi, evin də elə hündür qülləsi vardı ki, buradan lap Moskvanı görmək olardı, axşamlar da orada açıq havada oturub çay içərdin, könül xoşlayan şeylərdən söhbət açardın… Sonra onlar Çiçikovla bərabər gözəl karetalarda bir məclisə getdilər, orada öz xoş rəftarları ilə hamını valeh etdilər və guya padşah özü onların belə yaxşı dost olduqlarını eşidib hər ikisinə generallıq rütbəsi verdi; sonra o elə şeylər düşündü ki, bunların nədən ibarət olduğunu heç özü də anlaya bilmədi. Çiçikovun qəribə təklifi birdən onun yadına düşdü və bütün düşüncələrini qırdı: bu qəribə təklif onun beyninə heç batmırdı; bunu nə qədər öyür-çöyür eləsə də bir şey aydınlaşdıra bilmədi, çubuq çəkə-çəkə ta axşam yeməyinə qədər beləcə oturub götür-qoy elədi.

      Üçüncü fəsil

      Çiçikov isə xeyli vardı öz briçkasında oturub baş yol ilə gedirdi; onun kefi kök idi. Əvvəlki fəsildən Çiçikovun əsasən nə fikirdə və nə niyyətdə olduğu bizə məlumdur; buna görə də çox keçmədən onun bütün varlığı ilə bu məsələyə qurşanması heç də təəccüblü deyildir. O öz aləmində cürbəcür mülahizələr yürüdür, müxtəlif fərziyyələrə əl atır, götür-qoy eləyirdi və onun üzündəki ifadədən aydın olurdu ki, bu mülahizələr, fərziyyələr, götür-qoylar onun çox-çox ürəyinə yatan şeylərdir, çünki tez-tez onun üzündə məmnuniyyət bildirən təbəssüm izləri görünürdü. O öz fikrilə məşğul olduğundan, Manilovun nökərlərindən razı qalan sürücünün sağ tərəfdən qoşulan ala ata çox yerində məzəmmət etdiyinə heç əhəmiyyət vermirdi. Bu ala at çox bic at idi: özünü elə göstərirdi ki, guya briçkaya güc verir, amma əslində briçkanı, ortaya qoşulan kəhər at, bir də sol tərəfdən qoşulan, özünə də, bir nəfər iclasçıdan alındığı üçün, İclasçı adı verilən qonur at çəkirdi və ancaq onlar ürəkdən çalışırdı, belə ki, bundan duyduqları həzz hətta onların gözlərində də görünürdü. Selifan bir az yerindən qalxaraq, qamçını tənbəl ata çəkib deyirdi: «Bir bunun bicliyinə bax! Sən nə qədər bic olsan mən səndən də bicəm. Yerisənə, alman şalvarı! Bax, kəhər yaxşı atdır, o öz borcunu yerinə yetirir, mən lap ürəkdən ona bir xəlbir də artıq arpa verərəm, ona görə ki, o yaxşı atdır. İclasçı da yaxşı atdır… Hə, bir buna bax, qulaqlarını niyə silkələyirsən? Axmağın biri axmaq, sən deyilənə qulaq as! Ay gic, mən sənə pis şey öyrətmərəm. Gör hara çəkir! – Selifan yenə də ona bir qamçı çəkdi: «Hıy, çər dəymiş! Məlun Bonapart!» Sonra isə hamısının üstünə çığırdı. «Hə, əzizlərim!» deyərək hamısına cəza olmaq üçün deyil, razı qaldığını bildirmək üçün bir qamçı vurdu. Selifan atlara belə bir mehribanlıq göstərdikdən sonra yenə də ala ata sarı dönüb sözə başladı: «Sən elə bilirsən ki, öz bicliyini məndən gizlədəcəksən? Yox, sən bunu eləyə bilməyəcəksən! Əgər istəyirsən ki, sənə də hörmət eləsinlər, onda sən düz dolan. O mülkədar ki, onun evində idik, bax, onun adamları yaxşı adamdır. Yaxşı adamla mən lap ürəkdən söhbət elərəm. Yaxşı adamla həmişə dost olarsan, beləsi ilə lap ürəkdən yoldaşlıq da elərsən, əgər adam yaxşı adamsa, oturub onunla çay da içərsən, çörək də yeyərsən. Yaxşı adama hamı hörmət eləyir. Bax, bizim ağaya hamı hörmət eləyir, ona görə hörmət eləyir ki, ey, eşidirsənmi, bəli, ona görə hörmət eləyir ki, o, hökumət qulluğunda olub, o skoleskoy12

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Yüngül, bəzən üstüaçıq minik arabası.

      2

      Блины (rus) – içərisinə döymə ət, kəsmik qoyulmuş yastı kökə

      3

      Щи (rus) – tərəvəz şorbası

      4

      Alman dramaturqu.

      5

      Müqəddəs Anna ordeni.

      6

      Stanislav ordeni.

      7

      Ekipaja qoşulmuş qabaq atlardan birinə minən sürücü.

      8

      Kərpic işarəli kart

      9

      Приказчик (rus) – mülkədar mülkünü idarə edən şəxs

      10

      Купчая крепость (rus) – təhkimli kəndlini alqı-satqı müqaviləsi

      11

      Musiqi aləti.

      12

      Təhrif edimiş “коллежский”(rus)

/9j/4AAQSkZJRgABAQEBLAEsAAD/4QBaRXhpZgAATU0AKgAAAAgABQMBAAUAAAABAAAASgMDAAEAAAABAAAAAFEQAAEAAAABAQAAAFERAAQAAAABAAAuI1ESAAQAAAABAAAuIwAAAAAAAYagAACxj//bAEMABQMEBAQDBQQEBAUFBQYHDAgHBwcHDwsLCQwRDxISEQ8RERMWHBcTFBoVEREYIRgaHR0fHx8TFyIkIh4kHB4fHv/bAEMBBQUFBwYHDggIDh4UERQeHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHv/AABEIB24E+gMBIgACEQEDEQH/xAAfAAABBQEBAQEBAQAAAAAAAAAAAQIDBAUGBwgJCgv/xAC1EAACAQMDAgQDBQUEBAAAAX0BAgMABBEFEiExQQYTUWEHInEUMoGRoQgjQrHBFVLR8CQzYnKCCQoWFxgZGi

<p>12</p>

Təhrif edimiş “коллежский”(rus)