Bağların taleyinə gəlincə, heç kəsdə şübhə olmasın ki, onlara ölüm yoxdur. İndi əfsanəvi “Simurğ quşu” adlandırılan SimƏrAğ (Uca SafAğ İşıq) gəmisində “Yer”i tərk etdikdən sonra da əbədidirlər.
Bağların (“Allah”ların) nə işlə məşğul olduqları barədə az-çox məlumatlardan sonra onların özləri haqqında da demək lazımdır?
QalAğımızda birinci Bağ, EyOdƏr planetinin sahibi EyOdər babamızdır. Ona EyOdƏr EyƏsÜn də deyirlər. (Ey – uca, Əs – yarat, yaradan deməkdir. EyƏsÜn – Uca Yaradan Ün deməkdir). EyOdƏr EyƏsÜn babamız öz beynindən uçurtduğu Ünü “Merkuri” – EyƏrOdƏr planetinin sahibi, oğlu BağBağÜnə (BağÜn – “beyin” Bağına) göndərir. BağBağün babamız Ünü OdAğÜz BağOdƏr planetinin sahibi, oğlu Bağ Ataya göndərir. Bağ Ata isə, işık gəmisində planetləri gəzən dörd oğluna göndərir.
Bağ Atanın birinci oğlunun Odu (həqiqəti) – “adı”, “rütbəsi” yuxarıda dediyim Əl – Oğul mənasında da işlənir. ƏsƏlmən – mənim yaradan oğlum deməkdir.
Bağ Atanın ikinci oğlunun Odu (həqiqəti) – “adı”, rütbəsi Sar ÜnEydir, (Uca Ün Sarı deməkdir, “Yer”də təhrif adları “Nuh”, “Noy”dur).
Bağ Atanın üçüncü oğlunun Odu (həqiqəti) – “adı” – “rütbəsi” EvƏrimdir. (Ev ) – Kainat mənasında işlənir, EvƏrim – Kainatın işığı deməkdir. “Yer”də təhrif adları “İbrahim peyğəmbər”, “Avram”dır).
Bağ Atanın dördüncü oğlunun Odu (həqiqəti) – “adı”, – “rütbəsi” EySardır, (Uca hökmdar deməkdir. “Yerdə təhrif adları “İsa peyğəmbər”, “İsayi Məsih”, “İisus”dur).
Nəkşibəndi elmini bilən “Aşıq”larımız – ƏsAğlarımız (Yaradan SafAğlarımız) “Aşıq” “Ələskərin” – ƏlƏs Odərin şeirindən “beş gözəlin aşiqiyəm” deyib BağAta ilə oğulllarını rəmz altında gizlədirlər. Bu rəmzi gizləmə adəti “Yer” dinlərinin qadağaları ilə bağlıdır. Çünki Bağ Atanı din kitağlarının bəzilərindən tamam çıxarıb, bəzilərində isə “Boq Otes”lə əvəz eləyiblər. Oğullarından Ulu Baq ƏsƏlməni təkcə yəhudilərə aid eləyib “Solomon” adlandırıblar, müsəlman aləmində isə kitabdan xaric “Süleyman peyğəmbərə”, “Süleyman padişaha” çeviriblər. SarÜnEyi həm müsəlman “Nuh”a, həm də xristian “Noy”a çeviriblər. EvƏrimi də həm müsəlman “İbrahim peyğəmbər”ə, həm yəhudi “Avram”a çeviriblər. EySarı yalnız “xristian” peyğəmbəri “Boq oğlu Boq”a, müsəlman aləmində “Məryəm oğlu İsaya”, “İsayi Məsih”ə çeviriblər. Həqiqətdə isə OdƏr bəşəriyyətinə, BağOdEy (Bağday) ölkəsinə və “Yer”in OdƏr xalqına aid olan Bağlarımızın Odları – “ad”ları – “rütbə”ləri bütün planetdə inkar edildiyinə, qadağan olunduğuna görədir ki, yaradıcı ƏsAğlarımız – “Aşıq”larımız həqiqəti yalnız rəmzlərlə ifadə etməyə başlayıblar.
Bağ Ata öz oğullarını QalAğda yeganə doğuluş planeti olan EyƏrdə dünyaya gətirdikdən sonra özü OdAğÜz BağOdƏr planetinə sahib olub, yüz nəfər Bağdan ibarət SimOd (uca həqiqət) məclisi ilə birlikdə planetləri idarə edir. Oğulları isə hələ “İslam”dan əvvəl “Yer”i tərk edib, sərbəst gəzinti ilə Planetlərdə olurlar.
“Yer”də EySarı “Yeganə Allahımız” adlandıran dairələr var. Əslində isə bu ifadə də təhrifdir. “Yer” bəşəriyyətinə məlumdur ki, “İisus”un “era”mızın birinci əsrində Şamda, əncir ağacının altında doğulması yalandır. EySar indi guya fateh sultanın dili ilə “İstan, bul” adlandırılan, əslində qədim ƏsOdÜnbil qalasının yaxınlığında, dəniz qırağında indi də mühafizə olunan daş evdə dünyaya gəlib. Otuz yaşında hər iki, üç ayda bir dil öyrənə-öyrənə səyahətə çıxıb, EyƏrdə həyat tarixinin yüz min ilinin irəli sananan əlliminillik və geri sananan ikinci əliminillik tarixi müddətində OdƏrlərdən azmış xalqların dillərində SafAğ elmindən moizələr oxuya-oxuya dünyanı gəzib, otuz dörd yaşında “İsraıl”də – ƏsƏrƏldə olarkən Qrek Kesarının əmri ilə edam olunub – çarmıxa çəkilib, çarmıxdan düşürüləndən sonra SafAğ işığın qüdrəti ilə dirilib, SafAğ işığa bürünərək OdAğÜz BağOdər planetinə uçub.
Bağ Atanın ikinci oğlu Sar ÜnEyin – “Nuh”un, “Noy”un, ikinci oğlu EvƏrimin – “İbrahim”in, “Avraamın “Yer”i nə vaxt tərk etməkləri mənə məlum deyil. Məlum olan budur ki, indi onlar da əbədiyyətdədirlər.
Bağlarımızın hamısının taleyi EyƏr planetində BağOdEy (Bağday) ölkəsinin bərpası ilə bağlıdır. Nə zaman bərpa olunacaq bu ölkə, bu da məlum deyil.
İndi kimlərdən xəbər verim? Seyid Yasinlə Hacı Mahmud əfəndinin həmkarları üç nəfər Nəqşibəndi alimindən.
Bunlardan birincisi İncə dərəsinin Kəmərli kəndindəki AğEylik – “Ağalıq” məhləsindən İsmeyil əfəndi İbrahimovdur, ikincisi Qazax mahalında qeyri-rəsmi Ələs adlandırılan kəndin sakini, mənim atam kiçik Mahmud əfəndidir, üçüncüsü Nəqşibəndilikdən əl çəkib Ələs natamam orta – yeddi illik məktəbdə direktor işləyən Əsəd Abuzər oğludur.
İsmeyil əfəndi sonuncu Qarabağ xanının ölümündən sonra Qarabağdan İncə dərəsinə köçmüş məşhur Ağ mollanın – SafAğ aliminin nəslindən İbrahim ağanın nəvəsi, İsgəndər ağanın oğludur. Hacı Mahmud əfəndinin Amasiya mədrəsəsində oxuduğu müddətdə İsmeyil əfəndi Trabzon mədrəsəsində oxuyub, əfəndi – alim rütbəsi alıb “başını sarıdıb”, yəni başına alimlik çalması qoydurub vətənə qayıdanda Hacı Mahmud əfəndi ilə Seyid Yasinə qoşulub Türfədə fəaliyyət göstərib. 1892-ci ildə Seyid Yasin, 1896-cı ildə Hacı Mahmud əfəndi vəfat etdikdən sonra İsmeyil əfəndi Türfədə tək qalıb. İkinci alim – mənim atam kiçik Mahmud əfəndi 1910-cu ildə Əsəd əfəndi Abuzər oğlu ilə birlikdə Trabzon mədrəsəsini bitirəndən sonra bir müddət Türfədə işləyiblər, sonra atam Qazax məscidində mollolığa başlayıb, əslində yenə də Nəqşibəndidən moizələr oxumaqla məşğul olub. Gəncə müftisi atamın fəaliyyətindən xəbər tutub Qazağa gəlib, bir neçə gün qalıb gedəndən sonra xəstələnib Qazağın xəstəxanasına