– Bu da bir uğurdur, nəzərə alsaq ki, buradakıların heç biri onları görmür. Çünki görmək üçün baxmaq lazımdır, lakin sən də indi baxıb, heç nə görmürsənsə, demək, əslində, heç baxmış da sayılmırsan.
– Lefteris, başa düşə biləcəyim dildə danış. Bəlkə, görmək üçün göstərmək lazımdır? Haradadır, de görüm.
– Əşi, yadından çıxar getsin… – deyib, pəncərənin qarşısından aralanmaq üzrə olan Lefteris, birdən dostunun pıçıltılı səsinə ayaq saxlamalı oldu.
– Onu deyirsən?! Lənət şeytana, onu gördüm deyəsən!
– Bu ki, Orion bürcüdür, hə, hə, özüdür ki, var! Dostum sənin ovçu dediyin, 51 adlı bürcə, astonomlar bir əsr bundan qabaq Orion adı veriblər!
Lefteris dostunun sarsaqladığını düşünürdü.
– Nənəm hər gecə yatanda, bizə Orionun nağılını danışardı. Daha bezmişdim hər gecə eyni nağılı eşitməkdən, təsəvvür edirsən? Axı mən 13
niyə ehtimal kimi bunu düşünməmişəm heç, sən həmin ovçu haqqında danışanda!
– Deyirsən ki, onun adı Oriondur?
– Tam əmin olmasam da, deyəsən yanılmıram. – dedi, leytnant.
Lefteris asta addımlarla keçib masanın arxasında oturdu və uzodan qədəhə
boşaldıb, başına çəkdi.
– Nənəm deyirdi ki, Orionu, Artemis öldürüb. Artemis Oriona aşiq imiş, lakin bir gün Orion, onun əlindən tutur deyə bundan əsəbləşən Artemis, Orionu ehtiyatsızlıqdan öldürür. Bu hadisədən sonra tutduğu əməldən peşman olan Artemis, atası Zevsə yalvarır ki, Orionu ölümsüz-ləşdirsin. Zevs bununla razılaşmasa da, onu əbədi bir bürc kimi səmaya yerləşdirəcəyinə söz verir və beləcə, Orion, həmişəlik bax o gördüyün yerdəcə qalır.
– Bu nə sarsaq nağıldır belə! Dostum, mən nədən danışıram, sən nədən! Sənə deyirəm ki, o, Orion adlandırdığın şey, mənimlə söhbət edir!
Sarışın, hündürboy və saqqallı kişidir. Bax, ulduzlarının düzülüşü 51 rəqəminə oxşayır deyə, onu elə 51 də çağırıram.
– Məncə sənin nağılın, nənəmin nağılından daha ecazkardı. – deyib, qımışan leytnant, az sonra özünü toxtayıb, Lefterisin qarşısında oturdu.
– Yaxşı, de görək, o sənə nə deyir?
– Xatırlamıram.
– Paho, bu necə işdir düşmüşük?!
– Bəlkə də, bu onun sehridir. Özü belə edir ki, danışdıqlarını yadımda saxlaya bilməyim.
– Səni inandırım, Huvanı bu nağıla qulaq asmağa vadar etsən, kə-dərdən zingildəyər.
– Yaxşı, daha cəhənnəm ol, sənə bir də bunun barəsində nəsə deyən axmaqdır.
– Özün bilərsən, amma yenə də, nə vaxt lazım olsa qulaq asaram, axı ən azından, maraqlıdır. – deyib, ayağa qalxdı və şinelini asılqandan götürüb kürəyinə atdıqdan sonra otaqdan çıxdı.
Masaya dirsəklənib, içkisini qurtumlayan Lefterisin bu yerdə ağlına bir fikir gəldi. Bu fikir 51-in səsini səsyazma qurğusuna köçürməkdən ibarət idi. O, həmişəki kimi 51-in “ürəyində” yerləşən ulduza bir neçə saniyə
baxmağa başladı. Bundan sonra isə əvvəlcə onun sarı, şumal saqqalı, daha sonra isə bütün bədəni göründü. Səsyazma qurğusu işlək vəziyyətdə idi.
– Ho Le Sen! – deyə, səsləndi 51.
Lefteris səsyazan alətin qırmızı işığına gözucu nəzər yetirib, 51-in salamına eyni sözlərlə cavab verdi.
– Anlar necə keçib? – deyə, səslənən 51-in bədəni tam göründü.
– Bu gün yenə dostlarımla mübahisəm düşdü. Onları heç cürə
inandıra bilmirəm sənin varlığına.
– Bu ki, əzəli insan fitrətinin xüsusiyyətidir. Onlar ya inanmaq, ya da inanmamağı seçirlər, lakin heç kim orta mövqeyi sorğulamır.
– Bəs sən həqiqətən də, varsanmı?
– Həqiqətən yox, amma ki, varam, Vholas. – deyib, oxunu və yayını yerə qoyduqdan sonra bardaş qurdu.
– Elə isə mən niyə bizim söhbətimiz boyunca danışılan heç bir şeyi sonradan xatırlamıram?
– Yəqin, bu sənin unutqanlığındandır.
– Amma yalan danışdığını hiss edirəm.
– Bu yaxınlarda hər şeyi ətraflı biləcəksən. – deyə, 51 başını ağır-ağır yellədib dedi.
– Hansı hər şeyi və necə?
– Dünyanızı xilas edəndə biləcəksən.
– Məgər dünyamız xilas olunmayıb? Axı Hellenas bütün despotluğun divarını uçurub.
– Amma hələ də ac və səfil adamlar yaşayırlar.
– Onlar da doyacaq, varlanacaq.
– Sizin dünyanızın zamanı ilə desək, beş gündən sonra səni öz evi-mizə qonaq aparacağıq.
– Eviniz haradır?
– Elə mən.
Bu vaxt, birdən, 51 yavaş-yavaş gözdən itdi. Lefteris təəccüblə səmadakı həmin nöqtəyə zillənib qalmışdı. Onun təəccübünə səbəb olan amil bu idi ki, 51 ilk dəfə idi ki, bu qədər tez bir zamanda yoxa çıxmışdı. Düşündü ki, o mütləq səsyazma qurğusundan xəbərdar olub. Buna görə də, xəcalətlə
əlini masanın altında gizlətdiyi səsyazma qurğusuna sarı uzadıb, onu götürdü və dərhal otaqdan çıxıb, zabitlərin yığışdığı yemək salonuna yollandı.
İçəri həmişəki kimi siqaret qoxusundan nəfəs alına bilinməyəcək qədər dumanlı idi. Bundan başqa uzo və balıq konservasının kəsif qoxusu da 15
adamın başını gicəlləndirirdi. Çörək ovuntularının üzərinə səpələnən kart-lar bir tərəfdən o biri tərəfə uçuşurdu. Lefteris də içmişdi, lakin buradakılar kimi sərxoş deyildi. Bu vaxt onun ağlından çox qəribə bir fikir keçdi.
Yemək salonundakı zabitlərə baxıb, düşündü ki, görən indi şimaldan hər hansısa bir hücum olsa, buradakıların aqibəti necə olar. Qapının asta-nasından nəhayət ki, irəli addım atıb, salonun mərkəzinə gəldi və səsyazma qurğusunu şinelinin cibindən çıxarıb havaya qaldırdı. “İndi dəlinin kim olduğunu biləcəksiniz!” – deyə, yüksək səslə bağırıb, qəh-qəhə ilə güldü.
Bir