Bu saqa qrupu özəlliklə üç ölçü ilə dəyərləndirilə bilər: Hadisələrin baş vermə zamanı, gerçəkləşdiyi yerlər və yazılış zamanı. Hadisələrin baş vermə zamanı hamısında üst-üstə düşməsə də, cərəyan edən zaman dilimi təqribən 870-1070-ci illər arasındadır. Mətnlərin yazıya köçürülməsi olduqca geniş bir zamana yayılır: XII əsrdən XV əsrin ortalarına qədər. Bəzi erkən saqaların bizə gəlib çatan əlyazmaları XVII əsrə aid olsa da bunların hal-hazırda itmiş olan daha erkən əlyazmaların kopyaları olduğu açıqdır. Bir çoxunda olaylar İslandiyada baş verir. Bununla yanaşı Qrenlandiya, Amerika, Britanya adaları, Konstantinopolis də hadisələrin gerçəkləşdiyi bölgələrdəndir. Bəzi görüşlərə görə realist üslub, İslandiya və Norveçdəki tanış bölgələrdən uzaqlaşdıqca pozulmaqdadır.
Egilin Saqası
Saqaların sehrli, möhtəşəm dünyasına girən adamın bir daha sehrdən çıxa bilməyəcəyini deyirlər. İslendingasögur (Ailə Saqaları) külliyatı içərisindən Egilin Saqası ən çox önə çıxanlardan biridir. Saqanın mərkəzində, təxminən 910-990cu illər arasında yaşamış tarixi bir şəxsiyyət olan Egil Skallagrimsson vardır. O yaxşı lider olmaqla bərabər macərapərəst biridir, döyüşçülüyü, dostlarına sədaqəti, fövqəladə öfkəli xarakteri ilə də fərqli birisidir. Egilin Saqası eyni zamanda bir neçə nəslin və güclü iradəli qurucuların da yarı əfsanəvi, yan tarixi hekayəsidir.
Beləcə bu qədim mətn XIX əsrin ikinci yarısı boyunca mütəxəssislərin diqqət mərkəzində olan ədəbi xüsusiyyətləri ilə yanaşı olaraq, dərin ictimai və tarixi mənzərə açar. İctimai yaddaşı mühafizə edən bu keyfiyyəti ilə, keçmişə bağlı ədəbi bir əsərdən daha çox, onun sənədli olaraq yenidən xatırlanmasıdır.
Egilin mətndə yad olunan ataları da özü kimi tarixi şəxsiyyətlərdir və anadan olduğu 31-ci bölümə qədər, yəni Saqanın təxminən dörddə biri qismində sadəcə onların macəralarından (Norveçdən məcburi köç və İslandiyada məskunlaşma) danışılır.Egil, İslandiyada doğulan ilk nəsildəndir. Onun xarakteri bir uşaq kimi təsvir edilir. Daha sonra ölkə xaricindəki macəraları danışılır. Qürbətdəki son macərasının ardınca öz kəndinə çəkilmiş yaşlı bir adam olaraq səhnəyə çıxır.
Ailəsinin mənafeyi təhlükəyə girəndə müdafiəyə keçmək iradəsinə hələ də sahibdir.
Egilin Saqası, digər Ailə Saqaları qrupuna aid mətnlərdən, hadisələrin çoxunun ölkə xaricində cərəyan etməsi ilə ayrılır. Saqada ölkələrararası və ölkə daxili hadisələr birbiri ilə əlaqəli olaraq danışılır. Norveçi öz hakimiyyəti altında birleşdirən Haraldrun yanında onun ardıcıllarından ətraflı şəkildə bəhs edilir. Tarixi hadisələrlə əlaqəli bölümlərdə, Egilin qəhrəmanlıq mövqeyi sadəcə içəridə deyil, ölkə xaricindəki hadisələrin danışılması yoluyla da möhkəmləndirilməkdədir.
Egilin Saqasının, Borga ilk yerləşən insan olan Egilin atası Skallagrimr və ailəsi haqqında nəsildən nəsilə ötürülən qədim şifahi ənənələrə dayandığı qəbul edilir. İslandiyalılann bu qənaətinə görə, ötürülən şifahi məlumatın əsasını bilavasitə Egilin şeirləri təşkil etmiş və yazıya köçürülənə qədərki təxminən 300 illik bir zaman boyunca rəvayətçilər tərəfindən mühafizə edilmişdir.
Bu ənaət, elmi dairələrdə sadəlövh bir görüş şəklində dəyərləndirilməkdə və dəstək görməməkdədir. Düzdür, bu şeirlərin IX-X əsrlərdən qalıb qalmadığı məsələsi tam olaraq mübahisəlidir, ancaq ən azından bəzilərinın o dönəmə aid olmadığı üzərində mütəxəssislər həmfikirdir. Bir çox şeirin saqa yazılmadan öncə var olmadığı düşünülür.
Egilin ataları Norveçli azad insan obrazına sahib idi. Babası Kveld-Ülfr kimi öndə gələn azad insanlarla və krallarla olan əlaqələrinin dəyişdiyini görmək istəmirdi. Onun kimilər üçün və güclü yerli bəylər üçün kralla olan əlaqələri şəxsi müstəvidə idi.
Sonuç olaraq Norveçin İslandiyaya açıq bir təhdid olduğu bu şəraitdə XIII əsrdəki bir çox saqa mətni kimi Egilin Saqası da keçmişdən bir vasitə olaraq yararlanmaqdadır və bəzi uzmanlara görə, çox güman, Norveç krallığının hakimiyyətini etnik qayğılarla həddən artıq qabartmıəşdır. Dolayısıyla keçmişin funksional bir materialı olaraq Egil ilə ailəsinin hekayəsi həm yenidir, həm də qədimdir və tarixiliyi ölçüsündə uydurmadır.
Egilin xarakteri
Egilin Saqada çəkilən portreti, çox ehtimal ki özünü gerçəkdə olduğundan fərqli ifadə edir. Xarakteriylə həyatına dair təəssüratların uzun illərin içindən müxtəlif formalara bürünərək gəldiyini qəbul etməliyik; çünki Saqanı 124l-ci ildə ölən Snorri Sturluson yazıya köçürmüşdürsə, Egilin təxmin edilən ölüm tarixindən sonra araya təqribən 200 il kimi bir müddət girmişdir. Egilin gerçək hekayəsinin açıq ya da inandırıcı olmadığı məqamlarda yazan adamın başqa həyat hekayələrindən mətnə əlavələr etmiş ola biləcəyi nəzərə alınmalıdır.
Xarakterinə gelince … Egil, ani dəyişikliklər göstərən birisidir. Bəzən müdrik və dərrakəlidir, ortaq məqamlar axtarar, bəzən də əsəbindən dəliyə dönmüş kimi amansız bir qatilə çevrilər. Xristianlıqda təlqin edilən bir üzünə vuranda o biri üzünü çevir və ya qonşunu da özün kimi sev davranış tərzi
Egil Skallagrimssonla uyğunlaşacaq şeylər deyildir, ki zatən ölüncəyə qədər paqan qalmışdır. Bu xasiyyəti ilə dədə-babalarının Kveld-Ülfrun və Skallagrimrun genlərini daşıyır. O bir roman qəhrəmanının ehtiyac duyduğu, daha doğrusu bir roman qəhrəmanından gözlədiyimiz ziddiyyətlərə sahibdir. Dolayısıyla, oxuyacağınız mətn, öyülənlə söyülənin üz-üzə gəldiyi bir dastan və ya qəhrəmanın təsadüfən atdığı bir oxla ölkələrin yıxıldığı bir faciə deyildir. Egil, facianə bir Saqanın gənc yaşında can verən polad kimi qürurlu və şöhrətli qəhrəmanı kimi düşünülməməlidir.
Egil Skallagrimsson üçün bir fəlakət ötürücüsüdür deyilsə yerinə düşər. Egil, bir şair olaraq da paqan təbiətlidir. Daxil olduğu skaldik şeir ənənəsi, xarakteristik üslubu və məcazları (kenning) ilə paqan keçmişə söykənməkdədir. Xristianlıq ənənələri və kosmogonik anlayış, atası birbaşa baş tanrı Odin olan bu şeir üçün uyğunluq göstərməməkdədir.
Egil, uşaqlıq yaşlarından başlayaraq qeyri-adi qabiliyyəti olan birisidir. Şeir yazmağa üç yaşında başlayır. Atası Skallagrimr, qayınatası Yngvarın düzənlədiyi şölənə onlarla birlikdə gəlməsinə izn verməyincə Egil ata minib şölənin keçirildiyi yerə getmiş, Yngvar tərəfindən Məmnuniyyətlə qarşılanmış, bunun üzərinə onu comərdliyini və qonaqsevərliyini vəsf etdiyi bir şeir söylənmişdir. Daha sonra İngiltərənin şimalında hökm sürməyə başlamış böyük düşməni Qanlıbalta Eirikr üçün yazdığı tərif şeiri "Höfuölausn" fərqli bir mətndir.
Daha sonra onun altı yaşındakı ehtiraslı halını görürük. Bir top oyununda onu yenən Grimra ağacla hücum çəkən qəzəbli Egil, Grimr tərəfindən yerə yıxılır və bu, orada davanı izləyən uşaqların gülüşməsinə səbəb olur. Egil