Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində təhsil üçün Tağıyevə müraciət edən gənclərin xeyli məktub-müraciəti saxlanılır. Nümunə üçün onlardan bəzi sitatları təqdim edirik.
Paris Universitetində təhsil alan Sədrəddin Məqsudi 1903-cü ildə çətinliklə üzləşir və Bakıya – Tağıyevə məktub göndərir: «…əmin olunuz, Hacı əfəndi, millət üçün faidəli bir adam olacağam. Etdiyiniz müavinət meyvəsiz qalmayacaqdır. Siz bəni hazırlayaraq millətimizə hədiyyə etmiş olacaqsınız».
Parisdən məktub yazan tələbə nə istəyir?
«Bu günlərdə əlimdə pək az bir şey qaldı. Halbuki bu on beş gün içində parə pək lazımdır. Çünki məktəbə vermək lazımdır. Məktəb üçün təqribən 200 frank gərəkdir. Bundan başqa, bir az da yaşamaq üçün lazım olacaqdır».
Başqa iki nəfər gənc isə Tiflisdən Hacıya bir məktubla müraciət edir. Yazırlar ki, «…biz iki cavan müsəlman anamızın göz dikəcək yeri və qohum-əqrəbamızın ümid bağlaması səbəbindən xahiş edirik, bu il, Allah qoysa, Tiflisdə olan Mədrəseyi-hərbiyyə ki, rusca ona «yunkerski işkola» deyirlər, o işkolaya girək. Bu səbəblə Vətəndən qıraq düşüb gəlmişik Tiflisə və oradan həm Qori şəhərinə ki, bu aprel ayından ta sentyabr ayına kimi bir əfsərin yanında hazırlaşaq. Pəs bizim ikimizin Qori şəhərində bir xanədə qalıb hazırlaşmağımıza bu beş ay müddətində dörd yüz əlli rubl zəruridir. Amma çifaidə, bizim bədbəxtliyimizdən bizdə o qüdrət və təvanə yoxdur ki, ol məbləği cəm edib verə bilək. Çünki biz bir kasıb və biçiz kəslərik. Pulun dörddən birini də verməyə halımız yoxdur. Əlhal cənabınızdan təvəqqe və ilhamımız budur ki, bizi bu kari-xeyrdə məyus qoymuyub bizə himmət əlinizi açasınız. Ta ki biz iki qərib cavani-məhrum didgiryan3
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.