Latın əlifbasıyla, A-2 formatda çıxan qəzetin baş məqaləsində deyilir: “Bu gündən etibarən hər həftə müntəzəm intişar10 edəcək olan “Bildiriş” qəzetəsi yakın, uzak və orta Şərqdə, bilhassa11 Türk dünyasında cəriyan edən siyasi, milli harsi12 və ictimai hərəkətlər haqqında mövsuk13 məlumat verməklə türk əfkari ümumiyyəsini14 tənvirə15 çalışacaqdır.
Türk dünyasının yeganə müstəqil dövləti və Şərqin yeganə cümhuriyyəti olan Türkiyədəki aləmşumul16 islahat hərəkətini tərviçlə17 “Bildiriş” bu xüsusda və Türkiyənin aləlumum18 iktisadi harsı, ədəbi və ictimai yenilikləri haqqında oxucularına məlumat verəcəkdir.
“Bildiriş” Azərbaycan, Türküstan, Edil19-Ural, Şimali Kafkasya, Krım, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai hayat safhalarını gösteren vakalar20 haqqında dahi karilərini21 tənvir edəcəkdir.
“Bildiriş” İran, Afqan, Hint gibi şark məmləkətləri haqqında məlumat verəcəyi gibi, Misir, Suriyə, Filistin, Hicaz gibi ərəb dünyasındakı vekayia ait dahi kendi sütunlarında yer verəcək və Avrupada ceryan edən mühüm havadisi kaydetməyə çalışacaqdır”22.
Qəzet elə ilk sayından verdiyi vədə sadiq qalır. Birinci səhifəsində “Sovyet Rusiyasında”, “Amerikada QPU23” “Kafkasyada siyasi vəziyyət”, “Son xəbərlər”, “Yeni Rus-Çin ihtilafımı?”, “İki ayda 18000 mevkuf”24 yazıları və bir elan verilmişdir. Elanda yazılıb: “Solovkidə gördüklərim… Solovki mənfasında25 bulunmuş Azərbaycan istiqlalçılarından bir gencin maraqlı xatirələrini gələcək nüsxəmizdə okuyunuz!”
Qəzetin verdiyi elanlar da maraqlıdır. İlk sayından sonadək axırıncı səhifəsində “Odlu yurt” jurnalı üçün abunə kam-paniyası aparılıb. Lakin “Azərbaycan, Gürcüstan, Şimali Kaf-kasya, Türküstan və Ukrayına istiqlalçıları tərəfindən ayda bir dəfə fransızca nəşr edilən “Prometey”, “Ayaz İshaki bəyin baş mühərrirliyi ilə çıxan, Edil-Ural və Krımın istiqlalına yardım edən “ Milli yol” və “Krım türklügü istiqlal fikrini tervic edən “Emel” məcmuəsinə ilk saydan başlayan abunə kampaniyası 1930-cu il Eylülün 18-dək davam etmişdir.
Qəzetin redaksiyası İstanbuldakı “Panqaltı şafak sokağı, No 60”da yerləşir və Orhaniyyə mətbəəsində cap olunurmuş. İlk sayından “imtiyaz sahibi: A.Kazımzadə, məsul müdiri:Kamal” olduğu göstərilir. 1931-ci ilin Haziranın26
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.