Yazmağa hazırlaşdığım bu dəhşətli əhvalata inanacağınızı düşünmürəm, heç sizi buna inandırmaq iddiasında da deyiləm. Duyğularımın özü-özünü inkar etdiyi bir halda bunu başqalarından gözləməyim dəlilik olardı. Amma mən dəli deyiləm, heç yuxu da görmürəm. Lakin bir sabah öləcəyimi düşünəndə bu gün ruhumu bu ağır yükdən xilas etmək istəyirəm. Məqsədim adi məişət hadisələrini yığcam şəkildə, şərhsiz ortaya qoymaqdır. O hadisələr ki, öz nəticələri ilə məni dəhşətə gətirdi, əzab verdi və məhv etdi. Nə isə… onları izah etməyə çalışmayacağam. Bu hadisələr mənə dəhşətdən başqa bir şey vermədi, halbuki bəlkə başqalarına o qədər dəhşətli görünməyə də bilərdi. Bəlkə kiminsə dərrakəsi mənim təxəyyülümü bayağı bir nağıl hesab edəcək. Bəziləri isə həyəcansız və soyuqqanlı qarşılayacaq. Düşünəcək ki, nəql edəcəyim bu hekayət əslində bir-birlərini təbii şəkildə izləyən hadisələr zəncirindən başqa bir şey deyil.
Uşaqlığımdan təbiətimdə bir dinclik, üzüyolalıq vardı. Həssaslığım məni dostlarımın gülüş hədəfinə çevirmişdi. Heyvanları çox sevdiyimdən valideynlərim mənə müxtəlif heyvanlar alar və məni bu yolla əzizləməyə çalışardılar. Mən də vaxtımın çoxunu bu heyvanlarla keçirər, onları yemlərkən, əzizlərkən duyduğum həzzi heç bir şeydən almazdım. Böyüdükcə bu xüsusiyyətim də mənimlə böyüyürdü və artıq yetkin insan olduğum bir vaxtda əsas zövq mənbəyim də elə bu xüsusiyyətimdən qaynaqlanırdı. İnsana hədsiz sədaqətli olan köpəkləri se-vənlərə bu hissi izah etməyim çox çətin olardı. Axı vəhşi heyvanın eqoizmdən ta-mamilə uzaq, təmənnasız sevgisi ilə, İn-san oğlunun heç də möhkəm dayaqlara söykənməyən dostluğu arasında böyük fərq var.
Mən erkən ailə həyatı qurmuşdum və həyat yoldaşımla oxşar meyllərimiz ol-duğu üçün çox xoşbəxt idim. Ev heyvan-larına olan marağımı müşahidə edən hə-yat yoldaşım onların ən xoşa gələn növ-lərini almaqdan ötrü heç bir fürsəti əldən verməzdi. Bizim quşlarımız, qızıl balığı-mız, qəşəng bir itimiz, dovşanımız, kiçik meymunumuz və pişiyimiz vardı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.