Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-2-5
Скачать книгу
haqda fikirləriniz nədir?

      –Yəhudilərdə qeyri-yəhudilər arasında fərq var. Mənim çox yaxşı yəhudi rəfiqəm var. Hətta onun yəhudi təşkilatlarında üzv olmasına baxmayaraq ki, bizim münasibətlərimizdə bu heç bir rol oynamır.

      –Onu öz təşkilatınızda görmək sizə xoş olardımı?

      –Nə bilim, … (pauza)… Mənim etiraz etməzdim.

      –Bütün yəhudi qızları qəbul edərdiniz?

      –Xeyr, bir yəhudi kifayətdir, çox olanda isə…

      –Onda nə baş verəcək?

      –Onlar hər yerə burunlarını soxurlar və hər şeyi nəzarət altında saxlamaq istəyirlər. Öz maraqları xatirinə hamısı əlbir olacaqdır. Tacirlər ölkəyə gəldikləri vaxtlarda olduğu kimi əliəyridirlər. Onları San-Fransiskodakı Filmor küçəsində görmək olar. Tacir yəhudilərlə münasibət saxlamıram. Görünür, bu onların ailəmizə olan münasibəti ilə bağlıdır. Atamın onlardan zəhləsi gedir, heç bilmirəm niyə.

      –Nasistlər haqda fikirləriniz necədir?

      –Onlara ehtiyac yox idi, yəhudilərin yaşamaq hüququ var, nə qədər ki, başqalarının hüquqlarını pozmurlar, onları aradan götürməyə ehtiyac yoxdur. Mən universitetdə bir çox yəhudi tanıyıram, onlar başqaları ilə demək olar, ünsiyyət saxlamırlar. Elə fikirləşməyin ki, mən sadəcə boşboğazlıq edirəm. Əgər onların tipik əlamətləri-tipik burunları, ağızları, səsləri olmasaydı, mən onlara simpatiya bəsləyərdim. Yəhudinin olmağı gərginlik yaradır. Bu qıcıqlandıran səs, uzun, iti burun. Mən burada antisemit qrupların adlarnı çəkə bilmərəm, amma fikirləşirəm ki, onlar mövcuddurlar.

      Bu qızın iddiası xüsusi diqqətə layiqdir, yəhudilərin iştirakı “gərginlik” yaratdığına görə müxbir onu “həddən artıq sıxılmış” kimi xarakterizə edir. Bu hissin kifayət qədər yayılmasını güman etməyə əsas var və onu boğulmuş günah hissi və ya “özgəlik”lə əlaqələndirmək çətindır. Bu “özgəliyin” konkret formalarının sosial kontekstdə daha ətraflı tədqiq edilməsi vacibdir.

      Yəhudilərin özlərinin yəhudi olmayanların yanında narahatlığı və qeyri-əminliyini, həmçinin onların məşhur olan və tarixən əsaslandırılmış “stimul verən” ünsiyyətə və andan həzz alma tendensiyası ilə məsum özünü unutmaya qarşıdurmasını səbəb gətirən hipotezaya inanmaq lazımdır. Burada antisemitizmin və ənənəvi stereotiplərdən uzaq faktorun uğurlu formalaşmasından söhbət gedə bildiyindən gələcək tədqiqatlarda bu kompleksi analiz etmək lazımdır. İddiamızın təsvirində yəhudilərin “iki tipi” təsəvvürünün obyektlə deyil, daha çox fərdin psixi strukturu ilə əlaqədar olmağı təsvirini vermək üçün iki misalla kifayətlənək:

      Bütün şkalalar üzrə yuxarı bal yığmış 5013-ün meksikalılara, yaponlara, qaradərililərə qarşı hissləri, yəhudilərə qarşı olan münasibəti kimidir. Bütün hallarda o, özünəməxsus dualistik nəzəriyyə təqdim edir: Kaliforniyaya qayıtmalarına imkan verilməsi mümkün olan yaxşı və qayıtmağına qadağa qoyulası pis meksikalılar var. Qaradərililər kimi, meksikalıları da iki qrupa bölmək lazımdır.

      Onun ətraf dairəsini həmçinin yaxşı və pis insanlara bölmək gərək olduğunu qeyd etdikdə, bu nöqteyi-nəzərdən o, razılaşdı, ancaq yaxşılar və pislər arasında seçim xəttinin kəskin olacağına etiraz etdi. Qaradərililərin problemini daha ciddi hesab edir, amma tibb bacısı kimi təhsil aldığı xəstəxanada qaradərili tibb bacıları və həkimlərlə ünsiyyət saxlamasını da deyir. Sonra qulluq etdiyi bir qaradərili qadın haqqında uzun əhvalat danışdı və ona dedi ki, qaradərililər onlara olan münasibətdə özləri günahkardırlar, çünki ağdərililərlə bərabər hüquqa malik olmağı arzulayırdılar. Bu qız güman edir ki, o qadın ağıllı idi və onunla razılaşır.

      Cənub ştatlarının sakinləri çox vaxt qaradərililərə qarşı münasibətlərində “iki tip” formulundan istifadə edirlər: Cənub mənşəli qaradərililər bəyənilir, Şimaldan gələnlər isə layiq olmadıqları bərabərhüquqluluğu tələb etdiklərindən qınaq mənbəyidirlər. Cənub qaradərililəri ağdərililərin gözündə daha itaətkar, istismar üçün daha əlverişli olduqlarından onlara aid edilən patriarxal və feodal məna kəsb edən rasional əsaslı bu münasibəti yarımrealist adlandırmaq olar. Lakin “qaradərililərin iki tipi” konstruksiyası bəzən tamamilə başqa məna daşıyır. Məsələn, F34 ilə olduğu kimi (F və PEC şkalaları üzrə yuxarı, E şkalası üzrə orta bal toplamış qadın): qaradərililər o dəqiqə sırtıqlaşırlar. Birjaya gəlirlər və bu yaxud digər işin onlar üçün uyğun olmadığını bildirirlər. Birjada başqaları da var- xoş və nəcib. Axı bizdə də xoşagələn və pis insanlar var. Oklenddə daimi yaşayan qaradərililər normal insanlardır. Amma onlar Cənubdan gələnlərlə nə edəcəklərini bilmirlər. Onlar özləri ilə bıçaq gəzdirirlər. Əgər nə isə xoşlarına gəlməsə, onlar həmin an bıçağı adamın qarnına soxurlar.

      Görünür, burada “iki tip” ideyası təqib etmə maniyasına keçir.

      F.

      ANTİSEMİTİN DİLEMMASI

      Əgər antisemitizm subyektin psixikasında “iqtisadi” funksiyanı yerinə yetirən simptomdursa, bu simptomun təbii mənşəli olmayıb, konflikt əsasında formalaşmasını güman etmək olar.

      Onun irrasionallığı fərdi ən azı bəzi sferalarda reallıq prinsiplərindən imtina etməyə məcbur edən psixi qüvvələrin sayəsində yaranmışdır. Fikirləri konfliktin nəticəsi kimi nəzərdən keçirmək olar, lakin burada bizi determinant konfliktin sübutlarından daha çox, antisemitizmin əmələ gəlməsinə səbəb olan konfliktin izləri maraqlandırır. Bu bəndə aid bəzi misalları artıq yuxarıda vermişik. “Problemin” təsvir edilməsi və özgələr qrupuna əlavə edilmiş dixotomiya bir tərəfdən şəxsi maraqlar və düşmən stereotiplər arasında özünəməxsus kompromisi, digər tərəfdən vicdanın tələblərini və konkret təcrübənin nüfuzunu ifadə edir. Yəhudilərin problemini “müzakirə edən” sorğulananlar rasional düşüncələrinin məzmunu dəyərsiz, nəzarətə ehtiyacı olan saxta tədbirliliyi isə instinktiv başlanğıcla təhrif edilməsinə baxmayaraq, adətən rəsmi də olsa məşhur tənasübü saxlamağa can atırlar.

      Bir qayda olaraq yuxarı bal yığmış subyektlər özləri konflikti belə fraza ilə ifadə edirlər: diqqətəlayiq irəliləyişinin nəticəsi olaraq onlar sözlərinə “Belə etməyim düzgün deyil, amma…”. başlayır.

      Qeyd etdiyimiz kimi, antisemit neqativ stereotipin və bu stereotipə zidd olan şəxsi təcrübənin arasında bölünür.19 O, öz davranışını təhlil etməyə başlayan kimi, stereotip və təcrübə arasında münasibət dəyişir və o, səbirliliyə ümumi qanun, stereotip kimi baxır. Əslində daha güclü olmağı aşkara çıxan şəxsi düşmənçilik stereotipi təcrübənin qaçılmaz nəticəsi və ya qeyri-adilik kimi təqdim edərək, fərdiləşdirir. Bunun qismən izahatını biz xurafatları nə isə səhv hesab edən rəsmi demokratik ideologiyada tapırıq. O, fərddə cəmiyyətin psixi agenti olan qismən Məndən xaricdə adətən “donmuş qanun” kimi onun arzularının və instinktlərin təmin olunmasının arasında qoyulan subyektə asan təqdim edilən hansısa universallığı əldə edir. Ancaq bu çətin ki, tam izahat versin. Stereotipin və təcrübənin arasında olan ziddiyyət qabaqcadan əmələ


<p>19</p>

Yazıçı R. H. Qundlakın bu mövzudakı məqaləsini tədqiqatı başa çatdırdıqdan sonra görüb. “Confusion Among Undergraduates in Political and Economic ideas”. Journal of Abnormal and Social Pyschology. 32:357-367,1937