Həya və Dəyər. Даг Солстад. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Даг Солстад
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9953-8066-2-5
Скачать книгу
yarımçıq qalmasının gətirdiyi məyusluqla stula çökdü.

      Oturduğu yerdən qalxaraq düşündü ki, 10 il bundan qabaq heç olmasa ona ağzındakı sözünü bitirməyə imkan verərdilər. Amma indi, zəng vurulan kimi hamısı kitablarını bağladı və belə də olmalıymış kimi saymazyana otağı tərk etdi. Çünkü artıq şübhə yox idi ki məktəb zəngi dərs vaxtının bitməsi anlamına gəlirdi. Hər şeyi saat müəyyən edir, dərsin də qayda qanunları var və hər bir müəllim də buna əməl etməlidir. Bütün bunları o çox güman: “dərsin nə vaxt bitməyini mən təyin edirəm” deyəcəyi təqdirdə o, özunə hədsiz güvənən və laqeyd tələbələrindən eşidəcəkdi. Onlar ona baxıb soruşacaqdılar: bütün hallarda sən dərs vaxtını müəyyən edəcəksənsə onda daha zəng niyə var? Dərs zəngi yalnız və yalnız müəllimə köməkçi vasitədir. Və yalnız onun üçün nəzərdə tutulub ki birdən müəllim hədsiz hisslərə qapılıb elə həvəslə dərs keçər ki, dərsin bitdiyini və harda olduğunu unudar. Bu onun ağlından keçənlər idi. Amma əlbətdə ki bütün bunların ona bir faydası dəyməyəcəkdi. O müəllimlər otağına doğru addımladı. Biraz əsəbləri də yerində deyildi. Əsas da ona görə ki o da ən az şagirdləri qədər tənəfüsü gözləmişdi. 45 dəqiqə dayanmadan danşmaq onu tamam əldən salmışdı. İndi onun bir stakan suya və bir başağrı dərmanına ehtiyacı var idi. Su kranının qabağında durub dərmanını çıxararkən və içərkən düşündü ki, o özü necə də bu əsərdəki həkim Rellinqə oxşayır. Həkim Relinq də bütün əsər boyu ağrılardan şikayət edirdi və özünün yöndəmsiz replikaları ilə ( amma onlardan biri doğrudan da ölməzlik qazanmışdı) orda burda dolaşırdı. O müəllimlər otağındakı adət etdiyi yerdə oturdu və həmkarları ilə həftə sonu baş tutan futbol oyunlarından danışmağa başladı. Bu müəllimlərin hər biri əslən Norveçin ayrı-ayrı yerlərindən olduğundan ölənin hər iki liqasında çıxış edən komandaların hər biri ən azı bir dəli fanatla təmsil olunardı. İşin maraqlı tərəfi də komadası qalib gələn müəllimlərin digərlərinə acıq verməsi olurdu. O özü 3-cü liqada çıxış edən bir komandanın azarkeşi idi. Komanda diviziona başçılıq edirdi. Ürəkdən inanırdı ki bu komanda 2-ci diviziona yüksələcək. Amma müəllim həmkarları ondan bu barədə soruşada nəzakətlə və düşüncəli tərzdə bu barədə heç nə deyə bilməyəcəyini söyləyirdi. (Qadın müəllimələr bu müzakirələr zamanı kişilərlə yanaşı bir masada otursalar da onlar müzakirələrdə heç iştirak etmirdilər. Onlar yalnız toxuculuqla məşğul olduqlarını arvadına gülə-gülə danışardı).

      Zəng vuruludu və o yenidən sinif otağına qayıtdı. Uşaqlar hələ sinif otağına qayıdıb öz yerlərini tam tutmamış o öz-özünə sual verdi: Hə, bu İbsen niyə öz sözçüsünə belə bir jest eləsin? Bu axı lazımsız, özünü təkzib edən bir nüansdı və İbsen üsuluna yaraşmayan bir tərzdi. Ona görə də həkim Relinqin İbsenin bu əsərində sözçü kimi çixış etdiyi hər bir yerin qarşısında sual işarəsi qoydu. Onun sözçü olmasının səbəblərindən biri bəlkə də Gregers Verlenin canını belə asan qurtarmasının qarşısını almaqdır. Amma bu Verle də guya canını qurtarır ki? Hedviqə ördəyi vurduran, özünə qəsd eləməyə məcbur edən və bütün əsərdə faciəyə səbəb olan bu Relinq özü deyilmi? O bütün faciənin əsasını qoyur və eyni zamanda da Yalmar Ekdalın yetkinləşmə-sini, həyatı anlamasını təmin edir.

      Yenə həvəssiz və yenə əsnəyən tələbələr. O tələbələrdən birinə Vəhşi Ördəkdən bir pərdə oxumağı tapşırır. Tələbə həvəssiz şəkildə başını kitaba tərəf əyir və oxumağa başlayır. Elə bu zaman şagirdlərdən çoxu usanmış şəkildə ah çəkir. Onlar artıq bu dərslə və bu kitablarla maraqlanmadıqlarını açıq-aşkar nümayiş etdirirdilər. Sözsuz ki o öz nümunəvi dərs metodları ilə bu 18 yaşlı gəncləri yerlərinə otuzdura bilərdi amma o sinifdə yarana biləcək kütləvi narazılıqdan qorxurdu. Onda artıq şagirdlər onu öz müəllimləri kimi istəməyə də bilərdilər. O qorxurdu ki onlar hamısı birdən partalarından ayağa qalxar və öz şəxsiyyətlərinə hörmət tələb edərlər. Belədə o tamam köməksiz olardı. Şübhəsiz ki, hər şeyi nəzərə alsaq onlar haqlı idi, o isə haqsız. Onun dərsinin heç bir məqsədi yox idi. Onun gözləntilərinin də şagirdlərə dəxli yox idi. Və o qorxurdu ki onun bugünkü bütün səyləri hədər getmiş olar və həddən artıq yersiz sayılar. Amma yenə də o daxilində şagirdlərin belə münasibətinə hədsiz dilxor olurdu. O öz qəzəbinə icazə verdi ki başına vursun, bütün bədənini silkələsin və ona qorxu yarantmış bu vəziyyəti tam dərk etsin. Yaranan vəziyyətə bax!

      18 yaşlı tələbə kəkələyərək oxuduğu hissəni bitirəndə müəllim özündə çox böyük bir qıcıq və qəzəb duydu. O birdən dərk etdi ki əvvəlki illərdə olduğu kimi tələbələrinə təsir edə bilmir, istədiklərini həyata keçirə bilmir, hətta nə deyəcəyini bələ qərarlaşdıra bilmirdi. Elə ona görə də saata baxdı və dedi: Təəsüf “Vəhşi Ördək” haqda müzakirələrimizi burada yarımçıq saxlamalı olacayıq. Dərsin qalan hissəsində isə mən bəzi praktik məsələlərdən danışacam. Bunun öhdəsindən nisbətən asan gəldi. Uzun illərdən bəri eyni şeyi eyni vaxtda etdi-yindən ev tapşırığı, inşa və s. Haqda elə danışdı ki, düz zəngin vaxtında sözünü yekunlaşdırdı. Zəng vurulanda şagirdlər səs-küylə kitablarını öz çantalarına yığanda o da sakitcə öz kitabını bağladı. Şagirdlər yerlərindən qalxıb laqeyidliklə nümayişkarənə şəkildə onun yanından keçdilər. Onların tərzində saymazyanalıq və özündən razılıq da aşkar sezilirdi. Beləliklə 29 gənc çırtmıq çala-çala qulaqlarında qulaqcıq onun yanından keçdilər. Müəllim də ayağa qalxdı. O özünü yorğun, əldən düşmüş və çox üzgün hiss edirdi. Bir qoşa saat dərsdən canları bu dəqiqə qurtarmış şagirdlər dəstə-dəstə onun yanından şən halda danışa-danşa keçirdilər. Bu tipik norveç gənciliyi idi: qorxusuz, laqeyd və özünə əmin. Birdən o uşaqların arxasınca qışqırdı: Oldu, gələn bazar ertəsinə kimi! Onda bu kitabı da tam bitirəcəyik biz. Həm Gregers Verleni həm də kitabdakı bəzi mətinaltı mənaları anlayacağıq. Şagirdlər isə onun danışdıqlarını başa düşdüklərini göstərən heç bir işarət vermədən sakitcə onun yanında keçib gedirdilər. Bəlkə də heç onu eşitmirdilər. Cünkü artıq son tələbənin də silueti yalnız uzaqdan görünürdü. Birdən dərk elədi ki sinif otağı artıq boşdu və o öz-özünə donquldayır. Bu onu o qədər də məyus etmədi. Özünə təsəllisi də o oldu ki nə olsun o təkdi, əsas odu ki, şagirdlərin onu bu şəkildə saymama-sını heçkəs görmədi.

      Müəllimlər otağına girdi. Bugünkü dərsi ancaq bu qoşa saat idi və indi o azad idi (baş müəllim olduğundan, bir də məcburi oxu dərsləri var idi deyə dərsi belə az idi). Özünü zorla öz həyatına, həyatdakı roluna gülməyə məcbur etdi. Amma gülə bilmədi. Ehh, ey dünya! Bu səhərin pis xatirələrini özündən uzaqlaşdırmağa çalışaraq qapını açıb içəri keçdi. İçəridə növbəti dərsə hazılaşan müəllimlər istirahət edirdilər. Həmkarları ilə biraz ordan burdan danışandan sora hiss etdiki dünənki akervitin təsiri hələ də getməyib. Ürəyindən yaman pivə keçdi. Ancaq dərhal özü özünü qınadı ki səhərin bu çağı da pivə olar?! Hiss etdi ki özünü biraz da olsa sakitləşdirə bilir. Digər tərəfdən artıq məktəbdə də bir işi qalmamışdı, sabahkı dərsə hazırlıqları isə evdə rahat oturub edə bilərdi. Yağışın yağmağa başlamasını məktəbin çıxış