Leykoz. Məlahət Həsənova. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Məlahət Həsənova
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qan azlığının əlamətləri görünür. Ağ qan kürəciklərinin həddən artıq çoxalması, xüsüsən də yetişməmiş ağ qan kürəciklərinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya – ağqanlılıq adlanır. Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır. Mieloleykoz zamanı isə qanda çoxlu miqdarda hormoblastlar və retikulositlər əmələ gəlir ki, bu da sümük iliyində baş verən qıcıqlanmanın göstəricisidir.

      Bu günə qədər aparılan araşdırmalara baxmayaraq, leykozun yaranma səbəbləri tam məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində bəzi nəzəriyyələr mövcuddur. Leykoz hər yaşda təsadüf olunur.

      Bütün bu leykoz haqqında məlumatı oxuduqdan sonra özümə gələ bilmirdim. Bu cür xəstəliklər əslində zəif qidalanan insanlarda olardı. Axı mənim qızım həmişə yeməyinə, içməyinə fikir verən, onun kimi gigiyenasını saxlayan bəlkə ikinci biri olmazdı. Bu necə oldusa heç özüm də anlamadım. Axı bu xəstəliyə necə və hardan tutula bilərdi? Hələ də anlamırdım, anlamaq belə istəmirdim. Ancaq öz-özümə suallar verirdim ki, necə oldu, hardan bu xəstəlik tapıldı?

      Nə edəcəyimi bilmirdim. Bir yerdə qərar tuta bilmirdim. Getmək istəyirdim. Balamı görməliydim. Hər dəfə zəng edəndə yoldaşıma deyirdim ki, mən də gəlim. Ancaq getmək haqqında düşünürdüm ki…

      Qızım mənə mesaj yazdı..

      – Salam ana. Necəsən? Artıq müalicəyə başlayıblar. Burda adama əla baxırlar. Yeməkləri ancaq heç xoşuma gəlmir. Çox mehriban davranırlar.

      Sevindim, bir az ümid yarandı ürəyimdə. Axşam bacımgilə getdim. Qızımdan yenə mesaj aldım.

      – Ana skaypa gələ bilərsən?

      Tez komputeri qoşdum. Görüntü ilə qızımla danışdım.

      – Anaaa

      – Can anaaa

      – Necəsən? Neynirsən?

      – Əsas sən necəsən ee qızım?

      – Mən yaxşıyam anaaa burda yaxşı baxırlar adama. Müalicəyə başlayıblar.

      Qızdırmam da yoxdu. Amma anaaaa yeməkləri çox dadsızdı.

      – Ana qurban gəlim də mən, istəyirsən sən? Nə vaxt istəsən gəlim həəə?

      – Yox anaaa ehtiyac yoxdu. Bir də ki sənin təyyarədə ürəyin sıxılar.

      – Sən məni niyə düşünürsən? Niyə sıxılsın ki?

      Gözlərim doldu. Balamı elə görmək mənə çox ağır gəlirdi. Bir xeyli danışdıq… Yanına gəlmək istədiyimi dedim. Razı olmadı. Amma yox, daha səbrim tükənmişdi.

      Bu qədər ayrılıq yetər məncə. Getmək, getmək ancaq getmək haqda düşünürdüm.

      Balamı görmək istəyirdim, onun həsrəti məni öldürürdü. Onun yad yerdə tək olduğunu bilmək məni öldürürdü. Mən yoldaşıma qəti qərara gəldiyimi və gəlmək istədiyimi bildirdim. O da sağ olsun ki, razılaşdı. Mən hazırlaşmağa başladım.

      Soyuq ölkə olduğunu bilirdim və ona görə hazırlaşmağa başladım. Özümə bir az isti paltar aldım. Evdə bir az görüləcək işlərim var idi. Onları tamamladım.

      Yola düşmək zamanı idi, oğlum bilet almışdı. Ürəyim sanki iki hissəyə bölünmüşdü. Bir hissəsini Bakıda qoyub gedirdim. Bir yanda oğlum, bir yanda da xəstə qızım. Mənə ehtiyacı var idi qızımın. O mənə “Gəlmə ana”desə də bilirdim ki, ürəyindən məni görmək keçir.

      Qızımdan fərqli olaraq bir neçə dəfə təyyarə ilə uçmuşdum. Amma bu, çoxdan olmuşdu. Buna baxmayaraq, çox həyacanlı idim… Yox elə düşünməyin ki, qorxurdum, qətiyyən… Balamın yanına gedəcəkdim, ondan həyacanlı idim, onunla görüşə tələsirdim.

      Oğlum məni yola salırdı. Qucaqlaşdıq, oğlumu bağrıma basdım…

      – Özündən muğayat ol, oğlum…

      – Məndən nigaran qalma ana, bacımla bir yerdə qayıt.

      – İnşallah, ana qurban.

      Təyarəyə minik başlandı. Hamı yerlərini tutdu. Mənim yerim narahat olduğundan stüardessa qızdan yerimin dəyişilməsini xahiş etdim. Yerimi dəyişdim, bir qoca nənənin yanında oturdum. Uçuş boyu o danışdı, mən susdum. Heç nə danışdığını bilmirdim. Fikrim balamın yanında idi. Mən ancaq balamı düşünürdüm. Təyyarə buludların arasından quş kimi uçurdu. Dayanmadan dua edirdim. Yerdən fərqli olaraq düşünürdüm ki, burda, göydə Allahıma daha yaxınam. Elə düşünürdüm ki, Allahım səsimi daha yaxından eşidər. Ona görə də dua edirdim.

      Allahım sənə daha yaxınam, eşit məni… Yalvarıram balamı alma əlimdən…

      Dualarımın ardı-arası kəsilmirdi. Göz yaşlarım isə sanki səmadan yağan yağış tək süzülürdü.

      Yuxuya necə getdiyimi bilmədim. Nənənin səsinə oyandım. Ona qulaq asmadığımı dedi… Deyəsən incidi məndən… Mən heç onun fərqində belə deyildim.

      Enmə vaxtı gəldi. Təyyarə Belorusiyanın paytaxtı Minskdə endi. İnsan axınına qarışaraq getməyə başladım. Gözüm ancaq yoldaşımı axtarırdı… İllər boyu yanımda olan yoldaşımı ilk dəfə görəcək kimi həsrətlə onu axtarırdım. Çıxışa yaxınlaşdım.

      Məni yoldaşım və onun qardaşı qarşıladı. İkimiz də bir birimizə sarıldıq, ağladıq. Bu ağlamaq hər şeyi ifadə edirdi. Danışan göz yaşlarımız idi, özümüz yox. Üçümüz də maşına oturduq. Hava çox soyuq idi. Vüqar (həyat yoldaşım) yolda balamızın ağır bir xəstəliyə tutulduğunu dedi.

      – Nə xəstəlikdi? – deyə soruşdum. Bunu onun öz dilindən eşitmək istəyirdim.

      – Leykoz…

      – Necə, leykoz? – deyə soruşdum.

      Oxumuşdum Leykoz haqqında, necə xəstəlik olduğunu bilirdim. Yenə də onun dilindən eşitmək istəyirdim. Çünkü hal-hazırda inandığım bircə o idi… Ondan başqa heç kimə inanmırdım.

      – Qan xərçəngi – deyə o cavab verdi.

      Dəhşət… Elə bil dünya başıma fırlandı. Mənim həmişə filmlərdə gördüyüm, həmişə xəyalıma belə gətirmədiyim bir xəstliyə indi balam tutulmuşdu. Nə edəcəyimi bilmədim. Bu anda nə etmək olar? Susurduq… Nə edim? Susmaqdan başqa nəsə demək olardımı? Danışan ancaq ürəklər idi. Mən yoldaşımın nə dediyini, nə düşündüyünü duyurdum, hiss edirdim. Söhbəti mən başladım.

      – Bəs həkimlər nə deyir?

      – Nə lazımdısa edəcəklər. Balamızı ən təcrübəli həkimlər müalicə edəcək.

      – Müalicə edəcəklərinə söz veriblərmi?

      Mənim də soruşduğum sözdü bəyəm?! Söz veriblərmi?.. Həkim bəyəm söz verir?! Həkim sadəcə deyir ki, əlimizdən gələni edəcəyik. Vəssalam…

      Qaynım