Yavaş-yavaş o insan olmamanın nə anlam verdiyini dərk etməyə başlayırdı. O indi hər şeydən ayrılmışdı: o daha başqa oğlanlarla oynaya bilmirdi, valideyinləri harasa gedərkən fermaya göz qoya bilməyəcəkdi və əlbəttə ki, daha heç bir qız onunla evlənməyin xəyallarını qurmayacaqdı.
O oturub evə baxırdı. Bu balaca, taxtadan düzəlmə bir ev idi. Ev o qədər mayili idi ki, adam qorxurdu bu dəqiqə tavanı sökülüb yerə töküləcək. Evin həyəti də balaca idi. Yerə metlax döşənmişdi, elə dar idi ki bir at oradan güclə keçib dönürdü. Amma bu yer hər nə qədər kasıb və balaca olsa da indi onun üçün çox böyük görsənirdi. İndi isə o tövlənin döşəməsinin altında bir oyuqda yerləşən evdən daha yaxşısına ümid edə bilməzdi.
Hava möhtəşəm idi. Sözlə ifadə edilə bilinməyən gözəl hava vardı. Quşlar cəh-cəh vurur, cırcıramalar öz nəğməsini oxuyur, sular şırıltı ilə axırdı. Amma oğlan içində böyük bir kədər əyləşmişdi. Onu bir daha heç nə xöşbəxt edə bilməyəcək. O daha xöşbəxt ola bilməz.
O səmanı heç zaman bugünki kimi aydın görməmişdi. Bir dəstə quş səmada qanad çalıb onun başının üzərindən uçdu. Onlar başqa ölkələrdən uçub gəlmidilər. yolüstü Baltik dənizini, Smyahuku keçmişdilər və indi şimal istiqamətində gedirdilər. Bu dəstənin içində çox müxtəlif çeşidli quşlar vardı. Ona yalnız vəhşi qazlar tanış gəldi, onlar iki uzun xətt boyu uçurdular. Xətlər cərgənin ləp önündə qarşılaşırdı.
Artıq bir neçə vəhşi qaz dəstəsi onun başının üzərindən uçub getmişdi onlar çox hündürdən uçsalar da oğlan onların çığırtılarını aşağıdan eşidə bilirdi: təpələrə doğru, biz indi təpələrə doğru uçacayıq!
Vəhşi qazlar aşağıda, fermada gəzişən ev qazlarını görəndə bir az alçaqdan uçaraq onlara qışqırdılar: Gəlin siz də. Gəlin siz də! Biz təpələrə doğru uçuruq.
Ev qazları şirnikləndilər və başlarını qaldırıb vəhşi qazları dinlədilər. Sonra isə çox böyük həssaslıqa cavab verdilər: Bizə burada da kifayət qədər xoşdur. Bizə burada da kifayət qədər xoşdur!
Qeyd edildiyi kimi elə təmiz və sağlıqlı hava vardı ki, bu havada süzərək səmada uçmaq bir başqa zövqlü məşğuliyyət olmalı idi. Həqiqətən də qeyri-adi dərəcədə gözəl bir gün idi. Və başlarının üzərindən uçub gedən hər bir yeni qaz dəstəsi yerdəki ev qazlarını daha da həvəsləndirir, həyəcana gətirirdi. Hətta bir neçə dəfə fikrilərini dəyişib qanad çalmağa da cəhd elədilər. Amma bu uğursuz cəhdlərdən sonra hər zaman ana qaz yaxınlaşıb onlara deyərdi: Yaxşı, yaxşı axmaqlamayın. Nə var orada? O yazıqlar həm aclıqdan, həm də soyuqdan əziyyət çəkəcəklər.
Orada məcərapərəst cavan erkək bir qaz vardı. O bu dəfə israrla dedi: əgər bir dənə də vəhşi qaz dəstəsi gəlib keçsə mən onlara qoşulub uçub gedəcəm.
Və budur, başqa bir qaz dəstəsi daha öncəkilər kimi onları qışqır-bağırla səsləyərək uçub gedirdilər. bu zaman cavan erkək qaz qışqırdı: Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin, mən də gəlirəm.
O qanadlarını pərvazlandırıb havaya atılmağa hazır bir vəziyyət aldı. Amma uçmağa heç öyrəncəli olmadığından elə həmin anda yerə yıxıldı.
Hər bir halda, vəhşi qazlar onun sözünü artıq eşitmişdilər. Çünki hazırda onlar bütün dəstə ilə geri qayıdıb ona tərəf uçurdular. Qazlar yerdəki qazın həqiqətən onlara qoşulub-qoşulmayacağını dəqiqləşdirmək istəyirdilər.
–Uçmayın, gözləyin. Uçmayın, gözləyin. O belə deyib növbəti cəhdini elədi.
Oğlan hasarda oturmuşdu və bütün bunları eşidirdi. Əgər bu iri, cavan, erkək qaz qoşulub onlara getsə bu çox pis olacaq. o öz-özünə düşündü. Atamla anam kilsədən qayıdıb onu yerində görməsələr bu onlar üçün böyük bir itki olacaq.
O burada düşünərkən yenidən tamamilə köməksiz və bambalaca olduğunu unutdu. O tullanıb yerə düşdü və erkək qaza yaxınlaşıb əllərini onun uzun boynuna doladı və dedi : Yox, cənab bu dəfə uçub getməyin! Oğlan bunu deyib ağladı.
Amma elə həmin anda erkək qaz uça bilməyin planlarını cızırdı. O bir daha cəhd edib qanad çalıb yaxınlaşmaqda olan vəhşi qazlara qoşulmağı arzulayırdı. O dayanıb oğlanı silkələyib boynundan ata bilməzdi. Elə bu səbəbdən də onlar birlikdə havaya qalxdılar.
Onlar birlikdə elə sürətlə səmaya doğru uçurdular ki, oğlan macal tapıb nəfəs də ala bilmirdi. İmkan tapıb qazın boynunu buraxana kimi bir də gözlərini açdı ki, artıq yerdən kifayət qədər hündürlükdədir. O qədər hündürdə idi ki, oradan yıxılsaydı elə həmin an da ölə bilərdi.
Özünü daha da rahat hiss etməyin bircə yolu vardı: qazın uzun boynundan bərk-bərk yapışmaq. Və o bütün gücün toplayıb əllərini bərk-bərk qazın boynuna doladı və bir az önə doğru süründü. Əlləri sürüşdüyündən onun üçün bərk tutunmaq çox böyük əziyyət bahasına başa gəlirdi. Hələ qazın hər qanad vurduğunda yerə düşmək qorxusu onun ürəyini qorxudan ağzına gətirirdi. O var qüvvəsini səfərbər edib əlləri ilə qazın lələklərindən möhkəm yapışmışdı.
BÖYÜK DAMA-DAMA PARÇA
Oğlan çaşqınlığdan özünü elə itirmişdi ki, özünə gələ bilmək üçün bir müddət zamana ehtiyac duydu. Külək qulağının dibində ulayır, uzunu-gözünü yalayırdı. Qazanın hər qanad çalması, lələklərin küləyin təsirindən tərpənməsi isə onun üçün fırtına effekti yaradırdı.
Onun ətrafında düz on qaz fısıldayaraq, qanad çalaraq uçurdular. Onlar onun gözü qarşısında rəqs edir, müxətlif səslər çıxarır və əylənirdilər. Oğlan qazların yüksəkdən yoxsa alçaqdan, yaxud hansı istiqamətə doğru uçduqlarından tamamilə bixəbər idi.
Bir müddət keçəndən sonra oğlan bir qədər sakitləşib özünə gəldi. o başa düşdü ki, qazların onu hara götürdüyünu öyrənməlidir. Amma bu elə də asan deyildi. Çünki o cəsarətini yığıb o hündürlükdən aşağı baxa bilmirdi. Əmin idi ki, buna cəhd eləsə ürəyi elə həmin dəqiqə yatacaq.
Vəhşi qaz sürüsü elə də hündürdən uçmurdu, çünki onların yeni səyahət yoldaşları hündüdəki seyrək havada boğula bilərdi. Onun xətrinə onlar bu dəfə həmçinin bir qədər aşağdan uçurdular.
Nəhayət oğlan cəsarətini toplayıb bir gözü ilə aşağı baxa bildi. Sonra oğlan elə təsəvvür elədi ki, sanki o böyük, dama-dama bir parçanın üzərinən uçur.
– Bura haradır? Mən indi hara uçuram? O öz-özünə sual verdi.
O aşağıda yalnız bir-birinin üzərində olan damalar gördü. Bəziləri enli idi və kəsişirdi bəziləri isə uzun və ensiz idi. Aşağıdan ancaq bucaqlar və künclər nöqtə kimi görsənirdi. Başqa heç nə! Nə dairəvi nə də əyri bir obyekt nəzərə çarpmırdı.
Bu nə cür damalı parçadır belə? Oğlan sual verdi. Oğlan soruşdu, amma bu sualına heç kəsdən cavab gözləmədi.
Amma