Müəllim bütün bunlar haqqında uzun-uzadı və təsfilatı ilə məlumat verdi. Qutunun içərisində ağzı bağlı halda qalan oğlanın isə səbri tükənmək üzrə idi. Amma yəqin ki, tam sakit, səsini çıxartmadan orada gizlənibmiş, çünki qutunun sahibi onu özü ilə bərabər daşıdığı barədə azacıq da olsun şübhələrə dalmamışdı.
Nəhayət ziyarətçilər qəsrin içərisinə girdilər. amma oğlan əgər qutunun içərisindən sürüşüb gizlincə çıxmağa hər hansı bir şansa ümid edirdisə, o səhv edirdi. Çünki oğlan hara gedirdisə qutunu da özü ilə aparırdı və Nils bütün qəsr boyunca gəzinti zamanı oğlanı müşayət etmək məcburiyyətində qalırdı. Bu çox yorucu bir səyahət idi. Müəllim hər dəqiqə hər yeni otaqda dayanır izahat və təlimat verirdi.
Otaqların birində o qədim bir buxarı tapdı, müəllim onun qarşısında dayanıb həmin dövrdə istifadə edilən müxtəlif növ buxarılar haqqında məlumat verdi. Evin içində düzəldilən ilk buxarılar, daxmanın döşəməsində qoyulmuş böyük, yastı daş olurdu. Onun tavanında açıq yer olurdu və oradan içəri həm külək həm də yağış girirdi. Növbəti buxarılar da iri yastı daşlardan düzəlirdi, amma onların üzərində açıq yer olmurdu. Düzdür, bu zaman dağma yaxşı qızırdı, amma belə də içəri hislə, qurumla dolurdu. Vitskövle tikilən zaman insanlar artıq bu sahədə kifayət qədər inkşaf etmişdilər və tikdikləri buxarıya tüstünü bayıra çıxartmaq üçün baca da birləşdirmişdilər. həmin zaman düzəldilən bacalar həddən artıq enli olduqlarından onlar özləri ilə evin istiliyinin çox hissəsini da bayıra daşıyırdılar.
Oğlan bütün həyatı boyu kobud və pis biri olmuşdusa da həmin gün o səbrli olmaq haqqında yaxşı bir dərs aldı. Artıq yəqin ki, bir saat olardı, o şagirdin qutusunda sakit, tərpənməz uzanıb müəllimin saraylar haqqında izahatlarına qulaq asırdı.
Onların keçdiyi növbəti otaqda müəllim gəlib bahalı örtüyü olan qədim bir çarpayının qarşısında dayandı və söhbətinə ara verdi. Və o dərhal da qədim zamanlardan bu yana çarpayılar və yataqlar haqqında məlumat verməyə başladı.
Müəllim tələsmədən, aramla danışırdı. o biçarə bilmirdi ki, botanika qutusunda bir oğlan səbirsizlənib və onun izahatlarının tez bitməsini gözləyir. Növbəti otaqda divarda dərilər asılmışdı. Müəllim bu zaman insanların o zamanlar divarlarını və tavanlarını müxətlif çeşidli dərilərlə bəzəməsi haqqında izahat verdi.
Və onlar bir ailə portretinin qarşısında dayandılar. Bu zaman müəllim geyimdəki fərqlərə diqqət çəkib insanların dəyişən geyim dəbləri haqqında şagirdləri məlumatlandırdı. Qədim banket zalında isə o həmin dövrün insanlarının toy və yas mərasimlərini haqqında ətraflı bilgi verdi.
Daha sonra müəllim bu sarayda yaşamış mükəmməl kişi və qadın haqqında danışdı. Qoca Braha və qoca Barnekou haqqında danışdı. Qaçması üçün öz atını krala verən Kristian Barnekou haqqında, Şel Barnekou ilə evli olan Marqarita Aşeberq haqqında informasiya verdi. Marqarita dul qaldıqdan sonra düz 43 il müddətində bütün zəmiləri, sahələri və malikanələri təkbaşına idarə etmişdir. Müəllim həmçinin Vittskövlədən olan fermerin oğlu bankir Haqerman haqqında danışıb dedi ki, fermer oğlu o qədər varlanmışdı ki, o hətta bir mülk da ala bildi özünə. Skone camaatına daha yaxşı şum alətləri verən Styersvord haqqında danışdı. Həmin alətlərə kimi yerli əkinçilər çox primitiv, gülünc alətlərlə və böyük əziyyət hesabına öz sahələrini şumlayırlarmış. Bu ağır, yöndəmsiz kotanı üç yekə kəl belə zülmlə dartırmış. Bütün bu məlumatlar verilərlən, oğlan sakit, səssiz uzanmışdı. Oğlanın yadında düşdü bəzən anası ilə atasının üzünə necə zirzəmi qapısını bağlayıb onları saatlarla bağlı qapı arxasında saxlayırdı. Çünki indi də özü o iztirabı çəkirdi. Müəlimin izahatları saatlardır ki, bitmək bilmirdi.
Nəhayət müəllim yenidən qəsrin həyətinə qədəm qoydu. Orada isə müəllim qədim insanların dayanmadan, yorulmadan çalışıb, nəhayətsiz əziyyət hesabına öz primitiv kənd təsərrüfatı, tikinti alətlərini təkmilləşdirməklərindən danışdı. İnsanların bu gün düzəltikləri bəzək əşyaları, silahlar və paltarlar çox böyük əziyyətin, səyin və çalışqanlığın hesabına meydana gəlmişdir. O dedi ki, Vittskövle qəsri həmin dövrün ən aydın, bariz nümunəsidir. Bu qəsrə baxarkən insanların son üç yüz əlli ildə necə böyük bir inkşaf yolu keçdiklərinə əyani şahid olmaq mümkündür. İnsan baxdıqca özü mühakimə edə bilər:həmin dövrdən bəri işlər irəli doğru, yoxsa geriyə doğru getmişdir.
Amma mühazirənin bu yerini Nils buraxdı, çünki elə bu dəmdə şagird susadı və su içmək üçün mətbəxə keçdi. O bir stakan su istədi. İndi ki, nils mətbəxtdə idi, o vəziyyətdən istifadə edib erkək qazı burada axtarmalı idi. O tərpənməyə başladı, qutunun ağzı açıldı. Botaniklərin qutularının qapaqları hər zaman açıq olduğundan, tələbə indi də buna xüsusi diqqət yetirmədi. Sonra isə aşbaz ondan qutusunda ilan olub-olmadığını soruşdu.
– Yox. Orada yalnız bir neçə bitki var. Şagird cavab verdi
– Bilirsən niyə soruşuram, əminəm ki, orada bu dəqiqə nə isə tərpəndi. Şagird qutunun ağzını geriyə itələyib içini aşbaza göstərdi: İnanmırsan, ala özün bax gör…
Amma o daha heç nə deyə bilmədi, çünki oğlan artıq qutuda qalmağa cəsarət etmədi, o hoppanıb döşəmənin üzərinə düşdü qaçmağa başladı. Oranın işçilərinin təbii ki, bu qaçan varlığın nə olduğunu anlamağa vaxtları olmadı-hər şey bir göz qırpımında baş verdi- amma hər halda onlar yenə də onu izləməyə başladılar.
Müəllimin izahatını ətrafdakı dəhşətli qışqırıqlar yarımçıq kəsdi.
– Tutun onu! Tutun onu! Mətbəxdən gələnlər qışqırırdılar. Və bütün şagirdlər siçovuldan belə bərk qaçan oğlan arxasınca düşdülər. Onlar onun qarşısını giriş qapısının ağzında kəsməyə çalışdılar, amma belə balaca bir varlığı tutmaq o qədər də asan bir iş deyildi. Və o xoşbəxtlikdən o qaçıb canını onların əlindən qurtarmaq düşüncəsi ilə açılığa çıxa bildi
Oğlan açıq xiyabana doğru qaçmağa cəhd etmədiyindən başqa istiqamətə buruldu. O bağın arxası ilə kilsənin arxa həyətinə doğrdu qaçdı. Bütün bu zaman ərzində isə şagirdlər qışqıraraq, gülərək onun arxasınca qaçırdılar. Yazıq, balaca varlıq isə onların əlindən qurtulmaq üçün heç zaman qaçmadığı sürətlə qaçırdı. Amma yenə də elə görünürdü ki, şagirdlər onunla ayaqlaşır və indicə onu tutacaqlar. O işçilərin