Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları. Multatuli. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Multatuli
Издательство: Alatoran yayınları
Серия:
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Cənabın ona sözləri belə olubmuş. Hesabladım ki, hər günə 15 pense – bazar günlərini və bayramları saymasaq, yoxsa biz aydan, ildən danışmalı olardıq – qazansa, bu ilə 225 qulden pul edir. Mən qərarlarımı tez verirəm – bu qədər uzun müddət biznesin içində olan adam dərhal nə etmək lazım olduğunu bilir – və mən növbəti səhər Qaafzuirgerə zəng vurdum. Hərracı keçirən məhz bu kitabsatan şəxs idi. Mən ondan “Aqlaya” cildlərini əlindən yerə salan işçi haqqında soruşdum. “İşdən çıxıb artıq.” – Qaafzuirger dedi, – o, məğrur, iş görməyən tənbəl biri və xəstə təfəkkürlü idi.

      Mən bir qutu vafli aldım və dərhal Bastianusa digər bir şans vermək qərarına gəldim. Qoca kişini belə gözlənilməz şəkildə küçəyə atmaq ağlımın ucundan da keçmirdi. Ciddi olmaq lazımdır, amma eyni zamanda həm də bəzən tolerant davranmalısan. Mənim prinsipim hər zaman belə olub. Hərçənd heç zaman biznesimdə faydalı ola biləcək heç bir informasiyanı əldə etmək imkanından məhrum etmirəm özümü. Bu səbəbdən də Qaafzuirgerdən bu “Şallı kişi”nin harada yaşadığını soruşdum. O, ünvanı mənə dedi, mən isə onu yazdım. Kitab haqqında düşündüm, amma həqiqəti xoşladığımdan sadəcə sənə onu deyim ki, bunu necə edəcəyimi bilmirdim. Bir şey dəqiq idi: mənim “Şallı kişi”nin qutusundan tapdığım şeylər qəhvə dəllalı üçün vacib şeylər idi. Yeganə məsələ bu materialları düzgün çeşidləmək idi – hər bir dəllal qutuları düzgün çeşidləməyin necə önəmli olduğunu bilirdi. Amma yazışma, özü də müdirlərlə yazışma, mənim prinsiplərimə ziddir. Hiss edirdim ki, yazmalıyam, çünki ticarətimin gələcəyi bu məktubdan asılı idi. “Şallı kişi”nin qutusundan əldə etdiyim informasiya elə deyil ki, “Last və Ko” istisnasız olaraq ondan bəhrələnsin. Yoxsa hər kəs başa düşərdi ki, mən gərək Busselink və Votermanın xeyri üçün bir kitab nəşr etdirməyin əziyyətini çəkməməliyəm. Çünki ticarətdə rəqibinə yardım edən hər kəs axmaqdır, bu, mənim üçün dəyişməz prinsipdir. Yox mən bütün qəhvə bazarının başının üstünü kəsdirmiş təhlükəni görürdüm. Bu, yalnız bütün dəllalların birgə səylərlə qarşısını ala biləcəyi təhlükə idi. Amma hətta bu belə yetərli olmaya bilərdi, onda şəkər çuğunduru təmizləyənlər və indiqo tacirləri də ola bilsin kömək etməli olsunlar.

      Və yazdıqca düşünürəm ki, bəlkə gəmi sahibləri də bu işdə necəsə maraqlı ola bilərlər. Və dəniz kommersiyası… Əlbəttə bu doğrudur, yelkən düzəldənlər də, maliyyə nazirləri də, kasıbları görməzdən gələnlər də, başqa nazirlər də, şirniyyat hazırlayanlar, dükan sahibləri, qadınlar, gəmi düzəldənlər, topdan satış tacirləri, pərakəndə satışla məşğul olanlar və bağbanlar da…

      Yazarkən düşüncələrin ora-bura necə qaçması maraqlıdır, mənim kitabım həmçinin, dəyirmançılar, keşişlər, Hollovey həbi satıcıları, likör distillə edənlər, kafel düzəldənlər, milli borc hesabına yaşayanlar, nasos düzəldənlər, kəndir düzəldənlər, toxucular, qəssablar, dəllallar, məmurlar və Holland ticarət şirkətinin səhmdarları haqqındadır. Faktiki olaraq başqa insanlar da nəzərdə tutulub – Kral da həmçinin – bəli, hamıdan çox Kral düşünülüb bu kitab yazılarkən. Mənim kitabım bütün dünyanı səyahət etməlidir. Bunun qarşısını heç nə ala bilməz. Busselink və Votermanın bunu oxuması vecimə deyil – mən paxıl deyiləm, amma düşüncəm budur ki, onlar qoca qadınlar və idman ayaqqabılarıdır. Eyni sözləri bu gün səhər cavan cənab Sternə özümü “Artis” kimi təqdim etdiyimdə də dedim. O, bu barədə evə yaza bilər.

      Beləliklə bu, bir neçə gün öncə baş verib, kitabımla nə edəcəyimi bilmirdim, amma Fred mənə dilemmamı çözməyə yardım etdi. Ona belə demədim, çünki heç kimə ona borclu olduğumu göstərməyi doğru hesab etmirdim. Bu mənim prinsipimdir və doğru prinsipdir. O dedi ki, Stern ağıllı oğlandır, Holland dilində sürətlə inkişafa nail olub, bir də dedi ki, o, “Şallı kişi”nin alman dilindəki şeirlərini holland dilinə tərcümə edib. Görürsünüz də, holland alman dilində yazıb, alman isə onu holland dilinə tərcümə edib. Hər kəs öz dili ilə məşğul olsaydı, bir çox problemlərin qarşısını almaq mümkün olardı. Amma mən düşündüm ki, kitabım bu Stern tərəfindən yazılmış olsaydı, nəsə əlavə etməli olduğumda zaman-zaman yeni bölümlər yaza bilərdim. Fred də mənə kömək edə bilərdi. (Onun çətinliklər lüğəti vardı.) Meri ədalətlə üzünü köçürə bilərdi və bu, bütün mənəviyyatsızlıqlara qarşı təminat idi. Çünki sənin də başa düşdüyün kimi hörmətli bir dəllal mənəviyyata və hörmətə zidd olan heç nəyi qızının əllərinə verməz.

      Cavan insanlarla planım haqda danışdım və onlar bunu bəyəndi. Yalnız, ümumiyyətlə, almanları xoşlayan Stern düzənsiz ədəbiyyata malik idi, bununla belə o, məsələnin həlli yönündə müəyyən paya sahib olmaq istəyirdi. Mən bunu bəyənmədim, amma tezliklə Yaz hərracı olacağından və Lüdviq Sterndən hələ heç bir sifariş gəlmədiyindən onun arzularına qarşı çıxmaq istəmədim. Beləliklə biz aşağıdakı şərtlərlə razılaşdıq:

      • O, ümumi işə hər həftə iki bölümlə kömək etməli idi.

      • Mən isə onun köməyinə heç bir dəyişiklik etməməli idim.

      • Fred qrammatik səhvləri düzəldəcək.

      • Kitaba hörmətli görkəm vermək üçün mənim ara-sıra bölümlər yazmaq azadlığım olacaq.

      • Kitabın adı Holland ticarət şirkətinin qəhvə hərracı olacaq.

      • Meri mətbuat üçün ədalətli üz köçürəcək. Amma paltar yuma günü onunla bağlı səbrli davranacağıq.

      • Tamamlanmış bölümlər hər həftə bizim məclisdə oxunacaq.

      • Bütün mənəviyyatsızlıqlardan qaçılacaq.

      • Dəllal olduğumdan mənim adım titul vərəqində qeyd edilməyəcək.

      • Stern mənim kitabımın alman, fransız və ingilis tərcümələrini çap etdirmək səlahiyyətinə sahib olacaq. Çünki onun özünün də təsdiqlədiyi kimi belə əsərlər xarici ölkələrdə evdə olduğundan daha yaxşı başa düşülür.

      • Mən “Şallı kişi”yə kağız, qələmlər və mürəkkəb göndərməliyəm. (Stern buna görə çox israr etdi.)

      Kitabı bitirmək istədiyim üçün hər şeylə razılaşdım. Artıq növbəti səhər Stern ilk bölümü bitirmişdi və burada, əziz oxucu bir qəhvə dəllalının (“Last və Ko”da çalışan, Laurier Kanal 37 ünvanında qalan) necə kitab, romana oxşar bir şey yazması sualına cavab tapmış oluruq.

      Amma Stern kitaba elə yenicə başlamışdı ki, çətinliklər onu haqladı. Hər an üzləşdiyi materialları seçmək, onları düzüb-qoşmaq çətinliyi ilə bərabər onun əlyazmada başa düşmədiyi, hətta mənim özümü də çaş-baş salan söz və ifadələr mövcud idi. Bunlar çox zaman yava, yaxud malay dilində idi. Eyni zamanda orda-burda aça bilmədiyimiz qısaltmalar da vardı. Belə başa düşdüm ki, biz “Şallı kişi”ni çağırmalı olacağıq. Və cavan bir oğlanın bizim kampaniyaya düşməsini uyğun görmədiyimdən onu gətirmək üçün nə Sterni, nə Fredi göndərdim. Son məclisdən sonra qalan iki cananı (çünki mən hər zaman hər şey haqqında düşünürəm) götürüb onun axtarışına çıxdım. Onun yaşayışı əlbəttə ki, möhtəşəm