Sıyrılmış qılınc. Cəlal Bərgüşad. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Cəlal Bərgüşad
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8450-1-3
Скачать книгу
rüsvaycasına saraydan qovulurdu. Xəlifənin ürək dostu, mümkün qədər saray çəkişmələrindən kənar gəzən kefcil şair Əbu Nüvvas da Bağdadı tərk edib Misir valisinə pənah aparmışdı. Hətta Xəlifə Harun özü bu çaxnaşıq vaxtlarda bəlkə anası Hayzurana xatundan çəkinməsəydi, Əbu Nüvvasa qoşular, başını götürüb burdan gedərdi, ya da sarayı Bağdaddan sakit bir guşəyə köçürərdi. Fitnə-fəsaddan, vəliəhd məsələsi üstündə söz-söhbətdən Altun sarayı uğuldayırdı. Xəlifə şöhrətini günbəgün itirirdi. Pıçhapıçdan onun canı boğazına yığılmışdı. Başı küyüldəyirdi. Nə qədər giley-güzara, dedi-qoduya qulaq asmaq olardı? Nə qədər saray çəkişmələrinə dözmək olardı? Xəlifənin zövcələri bir yana, məşuqələrinin də dili dinc dayanmırdı. Məşuqələr yataq otağında da xəlifəyə rahatlıq vermir, bir-birinə olmazın şər atırdılar. «Şər şeytandan qorxuludur!» deyiblər. Son vaxtlar sarayda baş vəzir Cəfərlə xəlifənin doğma bacısı Abbasə barədə cürbəcür şayiələr yayırdılar. Xəlifə Harun bilsəydi ki, bu deyilənlər doğrudur, cəzanı bir an da ləngitməzdi. Hələ şübhə içərisində idi.

Xəlifə çaşıb qalmışdı. Bilmirdi neçə il bir yastığa baş qoyduğu istəkli xanımı Zübeydə xatuna inansın, yoxsa hər yerdə «mənim qardaşım» dediyi baş vəziri Cəfərə? Xəlifə həmişə ən böyük mərasimlərdə və məclislərdə Cəfəri hələ Məzdək31 dövründə Sasani padşahı Ənuşirəvana vəzirlik etmiş Büzürcmehr Zərcmehr32 ilə müqayisə edərdi, deyərdi ki, mənim vəzirim Cəfər, Ənuşirəvanın vəzirindən də ağıllı və kamallıdır… İndi isə get-gedə Cəfər barədə şübhələri artırdı. Şayiələr, söz-söhbətlər çuma xəstəliyi kimi yayılır, xəlifə bunun qabağını ala bilmirdi.

Bir sıra fars şəhərlərində iğtişaşlar da başlamışdı. Qırmızı bayraqlı33 şeytanlar! Bu adla məşhur olan farslar Bəzz qalasında Dombagöz Əbu İmranla vuruşan Şəhrək oğlu Cavidana açıq-aşkar kömək edirdilər. Xəlifə quldurları güclü həmlələrə məruz qalıb dağlardan arana çəkilmişdi. Xürrəmilər qələbə münasibətilə atəşgahlarda yenidən od yandırırdılar. Farslar belə şayiə yaymışdılar ki, Əbu Müslümün34 ruhu Cavidana keçib, xilafətin ədalətli bir hökmdara ehtiyacı var. Mötəzililər bu fikrə tərəfdar çıxır və deyirdilər ki, şəriətdə hökmən dəyişiklik edilməlidir.

İslam dininin müxtəlif qollara ayrılması xilafətin birliyini həm daxildən, həm xaricdən pozurdu. İslamsız xilafəti idarə etmək çətin idi. Bu dinə laqeyd baxan hökmdarların taleyi həmişə uğursuz olmuşdur. Qulaqlarına səs dəymiş farslar Xorasanda Xəlifə Harunu olduqca soyuq qarşılamışdılar: «Sünnü-şiyə məsələsini qızışdıran bu şəhvətpərəst xəlifənin xanımı Zübeydə xatun deyilmi?! Biz onun özünü də, xanımını da istəsək məhv edərik!» Əgər baş vəzir Cəfər olmasaydı, bəlkə də onlar Xorasanda baş vermiş narazılığı yatırmağa gələn Xəlifə Harunu çoxdan Qəzmiyyə qəbiristanlığına göndərmişdilər. Xəlifə bərk qorxuya düşmüş, Xorasana gələn günü özünü xəstəliyə vurmuşdu: «Vaxtilə əməviləri taxtdan salan bu qorxubilməz farslar axırıma çıxa bilərlər!».

Məscidlərdə xatiblər35 Xəlifə Haruna deyil, onun fars qızından olan oğlu Məmuna xütbə oxuyurdular: «Biz, ancaq vəliəhd Məmuna biət edirik! Xilafətin taxt-tacına o sahib durmalıdır! Böyük bilik və dərrakə sahibi olan Məmuna allah-taala min il ömür bəxş eləsin!».

Bu sözləri Xəlifə Harun dönə-dönə Xorasan məscidlərində öz qulaqlarıyla eşitmişdi. Bundan Zübeydə xatunun da xəbəri vardı, Hayzurana xatunun da. Xilafətin bu dişi aslanları, baş vəzir Cəfərin əlindən zəncir çeynəyirdilər: «Farslar arasında bu fitnə-fəsadı törədən o hiyləgər, çoxbilmiş baş vəzirdir! O, həmyerliləri ilə xəlifəni qorxutmaq və beləliklə, hər şeyi öz iradəsinə tabe eləmək istəyir. Biz, hələ diriyik!»

Xəlifə Harun ər-Rəşid Xorasandan Bağdada qayıtmışdı, amma neçə gün idi ki, özünə gələ bilmirdi. Nəhayət, daxili sarsıntı və iztirabı özündən qovmaq qərarına gəldi. Xəzərlər geri çəkilməyə məcbur edilmişdi. Sevinib, şadlanmağa haqqı var idi. Xəlifə Altun sarayında bir-birinin ardınca daha dəbdəbəli ziyafətlər düzəldirdi.

Hayzurana xatun yenə qılıncdan "kəsərli siyasəti ilə kefcil oğlu Harunun taxt-tacının keşiyini çəkirdi. Ananın kinli-küdurətli sifətindəki qırışlar elə bil ərəb əlifbası idi və bu əlifba ilə, elə bil neçə qorxulu hökm yazılacaqdı. Bu hökmlər, kim bilir, cəllad Məsrurun kötüyü yanında nə vaxt, kimin üzünə oxunacaqdı.

Son vaxtlar Hayzurana xatunun üzündəki qırışlar sıxlaşmışdı. Zübeydə xatun bunu bilsəydi bəlkə də Məkkəyə çatmamış yarı yoldan Bağdada qayıdardı.

O, bir neçə gün idi ki, Məkkəyə yola düşmüşdü. Bilirdi ki, baş vəzir Cəfər də Məkkəyə gələcək. Altun sarayına xəbər çatmışdı ki, guya Məkkəyə su çəkən ustalar xərc azlıq elədiyinə görə işi yarımçıq qoyublar. Məkkəyə suyu Zübeydə xatun çəkdirirdi və indi Məkkəyə gedirdi ki, işi qaydaya salsın. Zübeydə xatun Məkkə ziyarətinə gələn zəvvarlar yanında savab sahibi olmaqdan ötrü özünü oda-közə vururdu: Gələcəkdə məni bütün müsəlmanlar xeyirxah bir xanım kimi yad etsinlər». Zübeydə xatunun Məkkəyə su çəkdirməkdə də məqsədi bu idi. Ancaq Bəzzdəki çarpışmalar suyun çəkilişinə ayrılan xərcə təsir göstərirdi. Xəlifənin nüfuzundan düşmüş məmurları Bişkin36 mahalında və Mimət nahiyəsində daha əvvəlki kimi əl-qol ata bilmirdilər. Üsyançı xürrəmilər gündə neçə vergi məmurunun başını kəsirdi.

Zübeydə xatun qorxurdu ki, Şirvan və Aran mahalları da əlindən çıxa bilər. Siyasət tələb edirdi ki, indi Xəlifə Harun xürrəmilərlə ehtiyatlı davransın. Xəzər türklərinin vurduğu ağır yaradan sonra əhalinin xəlifəyə qəzəbi bir az da artmışdı.

Gözəllik və zənginlik bəzən fəlakət gətirir. Şahlar, soltanlar, imperatorlar, xəlifələr ta qədim zamanlardan Azərbaycanın üstündə çarpışırdılar. Onu əvəzsiz gövhər kimi bir-birinin xəzinəsindən oğurlamağa can atırdılar.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

Скачать книгу

31

Məzdək VI əsrin əvvəllərində İranda xalq üsyanına başçılıq etmiş və o «ümumi bərabərlik», «kəndli rəhbərliyi», «azad sevgi» ideyasını meydana atmışdır. Rəvayətə görə Sasani şahı Ənuşirəvan bu hərəkatı boğmuş və Məzdəki asdırmışdır. Məzdək asılandan sonra onun ideyasını Fadənin qızı, Məzdəkin arvadı Xürrəmə davam etdirmişdi. Xürrəmə ərinin məğlubiyyətindən sonra Reyə gəlmiş və burda bütün xalqı Məzdək dininə çağırmışdı.

32

Büzürcmehr-Zərcmehr qatı Məzdək tərəfdarı olan Sasanilər sülaləsinin on doqquzuncu şahı Qubadın (487 – 551) oğlu Ənuşirəvanın dövründə hörmətli saray vəziri olmaqla bərabər, həm də alim kimi şöhrət qazanmışdı. O, Hindistandan bir sıra qiymətli əsərlər əldə edib onları pəhləvi dilinə (orta fars dilinə) tərcümə etmişdi. Rəvayətə görə nərd oyununu da icad edən Büzürcmehr olub.

33

Nizam əl-Mülk «Siyasətnamə» əsərində göstərirdi ki, Xəlifə Harun ər-Rəşidin atası Xəlifə Mehdi zamanı «qızılbayraqlılar» deyilən Qorqan batinləri xürrəmilərlə birləşib üsyan qaldırdılar və Reydə böyük qırğın törətdilər. O vaxtdan bədəvilər iranlılara (farslara) «qırmızıbayraqlılar» deyirdilər.

34

Əbu Müslüm Xorasani (Əbdürrəhman ibn Müslüm) Əməvilər hakimiyyətinə son qoyan üsyan başçısıdır. O, müxtəlif təriqətlərin Əməvilərə olan narazılığından istifadə edərək 747-ci ildə Mərvdə üsyan qaldırmış və uzun vuruşmadan sonra 750-ci ildə xəlifə qoşununu darmadağın etmişdir. Beləliklə, Əməvilər hakimiyyəti devriləndən sonra Abbasilər hakimiyyətə gəlmişlər. Əbu Müslüm Xorasana hakim təyin edilmişdir. Lakin Xəlifə Mənsur Əbu Müslümün nüfuzundan qorxub 775-ci ildə onu öldürtmüşdür. Atəşpərəstlər mərasimlərdə Əbu Müslümün ruhuna dua oxuyur və onu öldürənə lənət yağdırırdılar.

35

Xatib – natiq, bəlağətli danışan, xütbə yazan və oxuyan şəxs. Həmin şəxs xəlifəyə xütbə oxuyur və onun hakimiyyətini tərifləyirdi.

36

O vaxt Bişkin mahalına yeddi şəhər daxil idi. Bəzz şəhəri də həmin mahala baxırdı. hazırda İran Azərbaycanında Bişkin Mişkin kimi yazılır.