Çempion kimi düşün. Мередит Макивер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мередит Макивер
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8449-8-6
Скачать книгу
qeyd etməklə şəraiti çox dəqiq dəyərləndirib. Mən bilirəm ki, nəyisə edəndə tənqidçilərimə güclü təsir etməyi qarşıma məqsəd qoysaydım, təkcə özümü deyil özgələri də aldatmış olardım. Bu mənim sevilməyimin və sevilməməyimin səbəblərindən biridir. Yeri gəlmişkən, New York Times-dan olan tənqidçi Herbert Masçemp bir dəfə demişdi ki, mənim tənqidçilərə bilərəkdən etinasız yanaşaraq etdiyim hər şey onları nəzərə alaraq etdiyimdən daha yaxşı alınır. Bununla razılaşmağa məcburam və inanıram ki, Stiven Kinq eyni şeyin novella haqqında da deyilə biləcəyi fikrinə etiraz etməyəcək.

      Özünə və öz işinə sadiq olmaq böyük dəyərdir. Yaddan çıxarmayın ki, dəyərləri müdafiə etmək lazımdır. Sizə heç kim, heç vaxt deməyəcək ki, öz məsləkinə sadiq qalmaq asandır, amma əminəm ki, bu zəruridir. Qalan məsələlərə gəldikdə isə nəyi və kim üçün etdiyinizi müəyyən edin. Bunu dəqiq və aydın müəyyən edin. Onda gec ya tez varlı olacaqsınız – bu sözün ən müxtəlif mənalarında.

      İnnovasiyalar

      Dünyanın bütün ordularından daha güclü bir şey var – bu, vaxtı yetişmiş ideyadır.

Viktor Hüqo

      Yenilikləri tez-tez «innovasiyalar» adlandırırlar. Əksər hallarda yeni, köhnənin hissələrini əvvəllər mövcud olmamış bir bütövə birləşdirməkdir. Mən Nyu-Yorkda Trump International Hotel & Tower-də tətbiq etdiyim yaşayış evi və çoxmərtəbəli mehmanxananı bir binada birləşdirmək ideyasını irəli sürəndə məni novator adlandırdılar. Sonradan bu həll mən və digər inşaatçılar tərəfindən dəfələrlə «tirajlandı» və həm milli, həm də beynəlxalq miqyasda çox uğurlu oldu.

      Bu ideya mənə sadəcə ağıllı görünmüşdü və hesab edirəm ki, xüsusi bir şey icad etməmişdim. Hərçənd geriyə baxanda özümü novator adlandıra da bilərəm. Novatorlar və innovasiyalar haqqında məqalələr oxuyanda ixtiraçılıq bacarığımı daha necə artırmaq barəsində düşünürəm və məncə tələbələrin də bu barədə fikirləşmə-sinə dəyər.

      Mən «fazalaşdırma» – avtomobilin şüşə təmizləyənlərinin səsinə bənzər ritminin gah musiqinin taktına uyğun, gah da uyğun olmayaraq səslənməsi ideyasının müəllifi Stiv Rayx adlı bəstəkar haqqında əhvalatı xatırlayıram. O, güman ki, yağışlı günlərin birində tıxaca düşmüş, avtomobilin şüşə təmizləyənlərinin ritmi onun diqqətini cəlb etmiş və musiqi əsərinin əsasını təşkil etmişdi. Bu insan müasir musiqiyə böyük təsir göstərmişdir və hesab edirəm ki, novatorluğa yaxşı nümunədir. Bəzən ideyalar avtomobilin şüşə təmizləyəni qədər adi və əməli şeylərdən yaranır. Əsas məsələ xırdalıqları görə bilmək, şüur və hisslərini yeni stimullar üçün açıq tutmağı bacarmaqdan ibarətdir.

      İki şey haqqında eyni zamanda fikirləşmək çox faydalıdır – mən bunu çoxsəviyyəli fokuslama adlandırıram. İnnovasiya məhz iki ideyanın görüşməsi və toqquşması zamanı yaranır: şüşə təmizləyənlərin işinə qulaq asa-asa musiqi haqqında düşünmək, yaşayış evi və mehmanxana haqqında fikirləşmək, bəlkə də diyirlənən daşa baxıb təkəri təsəvvür etmək. Kim bilir bunlar nəyə gətirəcək? Bəzən nəsə fantastik bir şey alınır, bəzən yox, lakin bu, həmişə təfəkkür tərzi üçün yeni ölçülər açır ki, bu da vaxtaşırı yaxşı bar verir.

      İxtira çox vaxt sövq-təbii (spontan) baş verir, ona görə də daha bir üsul şüurun qavrama qabiliyyətini qoruyub saxlamaqdır. Bu incəsənətdə də, biznesdə də vacibdir. Karyeranızda uğur qazanmaq istəyirsinizsə adət etdiyiniz rasional təfəkkürlə kifayətlənməyin. Mənim birinci kitabım «Müqavilə bağlamaq incəsənəti» adlanırdı. Mən müqavilələrə doğrudan da incəsənət əsəri kimi yanaşıram. Bəlkə onlar məhz buna görə adətən uğurlu olur. Mən fikirləşəndə və işləyəndə beynimin hər iki yarımkürəsi fəaliyyət göstərir.

      Siz yəqin ki, π («pi» kimi tələffüz olunur) ədədi haqqında eşitmisiniz – bu, çox qeyri-adi bir şeydir. Onu Pifaqordan Leonardo da Vinçiyə qədər müxtəlif mütəfəkkirlər istifadə etmişlər və çox güman ki, piramidaların tikintisi də onsuz ötüşməmişdir. Onun haqqında çoxdan məlumdur və ədədi qiyməti 3,1415926535-dir. Onu «qızıl tənasüb» adlandırırlar. Onun haqqında daha çox öyrənmək istəyirsinizsə Mario Livionun «Qızıl tənasüb» («The Golden Ratio») kitabını oxuyun, orada çoxlu təfsilatlar tapacaqsınız. Fikrimcə, π-ni tam şüurlu şəkildə istifadə edən adamlar var, lakin onun haqqında ancaq altşüur səviyyəsində bilənlər və öz işlərində bilərəkdən yox, təsadüfən istifadə edənlər də var. Onu şüurlu şəkildə istifadə etmək olar və çox vaxt bu belə də olur. Lakin «qızıl tənasübün» dəqiq elmlərdən uzaq olan sahələrdə, canlı təbiətdə, məsələn dəniz ilbizlərində və uzaq ulduzlarda, habelə incəsənət və memarlıq əsərlərində peyda olması ağlasığmazdır. Sizin ixtiraçılıq səyləriniz həyatda möcüzələrə yer olduğunu və onlara hazır olmaq lazım gəldiyini anlamağı asanlaşdıra bilər.

      Müstəsna olaraq mistikaya bel bağlamağı sizə məsləhət görmürəm: həyat uğuru sağlam düşüncə və gərgin əmək tələb edir. Sadəcə bəzən izah edilməsi mümkün olmayan şeyləri də hesabdan kənarda qoymayın – onlar yeni ideyaya doğru atılmış addım ola bilər. Axı biz yaratmırıq, bizə qədər yaradılmışları yeni formada birləşdiririk. Maraq dairənizdən asılı olmayaraq əla birləşdirici və ixtiraçı olun. Güclü ağıla çoxlu fikir və stimullar tələb olunur – onlar ona korşalmağa imkan vermirlər, ona görə də beyninizin daim işlə yüklü olmasına fikir verin. Bu, sizin uğurlu insanlar dünyasına giriş vərəqiniz ola bilər.

      Komanda kimi işləməyin əhəmiyyəti

      Bir yerə toplanmaq başlanğıc, bir yerdə olmaq

      – inkişaf, bir yerdə işləmək

      – uğurdur.

Henri Ford

      Mən əslində fərdi iş adamı olsam da, komandada işləməyi bacarmağın nə dərəcədə vacib olduğunu həmişə anlamışam. Qlobal mənada biz hamımız bir komandanın üzvləriyik və başqa cür fikirləşiriksə can atdığımız nəticəyə çatmaya bilərik. Komanda işi bu gün uğur və sağ qala bilmək qabiliyyəti ilə dünənkindən daha artıq bağlıdır.

      Mən bu barədə fikirləşəndə komanda oyunçularının bir neçə əla nümunəsini xatırlayıram. Televiziya jurnalisti və yazıçı Tom Brokounu çoxları tanıyır. O, çoxlu mükafatlar alıb, həmkarlarının və ictimaiyyətin böyük hörmətini qazanıb. Yadımdadır, «Kandidat» şousunun ekranlara təzəcə çıxdığı və o dəqiqə də populyarlığını artırmağa başladığı (həmin həftə o, reytinqlərdə birinci yerdə idi) zaman məni Yankees-in oyununa baxmaq üçün Corc Steynbrennerin lojasına dəvət etmişdilər. Tom və onun gözəl arvadı da dəvət edilənlər sırasında idilər. O mənə yaxınlaşdı və əli ilə çiynimə toxunub dedi: «Donald, NBS üçün etdiklərinə görə çox sağ ol. Biz sənə çox minnətdarıq».

      Onun sözləri komanda ruhunun əla nümunəsidir. Biz bu şəbəkə üçün bir yerdə işləmişdik və o mənə onlar üçün etdiyimə görə təşəkkür edirdi. «Onlar» «bizə» çevrildilər və mən onun məhz nəyi nəzərdə tutduğunu anladım. Bəli, o çox məşhurdur, amma bilir ki, onun