Avropa. Türklər. Böyük Çöl. Murad Acı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Murad Acı
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243734 
Скачать книгу
adı Kollomadır, türk dilində “gözətçılik”, “təchizat” deməkdir. Kapotnya – “Yüksəklikdə yerləşən məskən” (və yaxud “Hündür ot”), Kuntsevo – “Sığınacaq” və yaxud “Karvansara”… Sözlər açıqca slavyan mənşəli deyil… Moskva çayından şimalda isə kurqanlar yoxdur, orda başqa xalq yaşayırdı, başqa mədəniyyət var idi, burada toponimlər yenə də slavyan olmayan digər köklərə malikdir.

      Cənubda isə türk ölkəsinin hüdudları İrana gedib çatırdı, buna isə yenə də kurqanlar şahidlik edir. Sərhəd, demək olar ki, dəyişiklik olmadan indi də qalır, əvvəlki kimi orda türklər yaşayır, indi onlar İran azərbaycanlıları adlanırlar.

      Dəşt-i Qıpçağın şimalı və cənubu arasında indi minlərlə türk coğrafi adları var, bu, toponimika üçün xəzinədir! Məsələn: Moskva Kremli ilə üzbəüz, sağ sahildə Balçuq yerləşir. Rus dilində belə söz yoxlur, türk dilində isə bu, “bataqlıq”, “palçıq” deməkdir. Təmiz türk toponimidir.

      II Nikolay – Romanovlar sülaləsinin sonuncu nümayəndəsi. Onun da ulu babaları Böyük Çöldən gəlmişdilər.

      Oxşar nümunələr kifayət qədərdir. Bir qayda olaraq, Rusiyanın çöl hissəsinin köhnə şəhərlərinin əksəriyyətinin adları türk kökənindən çıxarılıb: məsələn, Oryol – “yüksəkliyə qalxan yol”, Tula – “dolğun”, Bryansk (Birinçi, Bryaneçsk) – “birinci”, “əsas”, Saratov (Sarıtau) – “sarı dağ”, Simbirsk (Simbir) – “tənha qəbir”… Kaşira, Kolomna, Kaluqa, Voronej, Penza, Çelyabinsk, Kurqan… Çoxlu bu cür adlar ki, onların hər biri unutqan qıpçaqlara Vətənləri haqqında məlumat verir.

      Coğrafi xəritələr İvan Qroznının və I Pyotrun işğalçı müharibələrinin izlərini özündə həkk edib. Onlar Rusiyanın qonşu torpaqları hesabına necə genişləndiyini göstərir. Xəritə çox qaranlıq tarixi hifz edir, amma sonradan yazılmış salnamələr onu ağartmaq istəyir. Başa düşürsən ki, Avropa xəritələrində qədim türk şəhəri kimi göstərilən Kipenzayın rus şəhəri Penzaya, Şapaşkarın Çeboksara, Buruninejin Voronejə, Sarıtaunun Saratova, Çelyabanın Çelyabinskə dönmələri heç də təsadüfi deyil…

      Altaydan ən uzaq torpaqlar Attilanın dövründə “alman”, yəni türk dilində “uzaq” adlandırıldı. Buradan da Almaniya toponimi yarandı. Bir çox “alman tayfaları” göygöz, enlisifət, əsl qıpçaq görünüşlü idilər və türk dilində danışırdılar, bunu run yazıları, qədim adətlər və xalq yaddaşı təsdiqləyir. Onlar uzaq Altaydan çıxıb gələnlər idi.

      Fransa, İtaliya, İngiltərə, Avstriya, Yuqoslaviya və Çexiya əhalisinin bir hissəsinin erkən tarixi də eynilə belədir. Əgər arxiv sənədlərinə diqqət etsək, görərik ki, XVI əsrin sonlarınadək bu ərazilərdə türk dili işlək idi. Doğrudur, inkvizisiya vaxtı Qərb kilsəsi bu arxivlərdə “böyük təmizləmə” apardı, ancaq xoşbəxtlikdən bəzi sənədlər xilas ola bildi. Onlar qeyri-adi olan fikri təsdiq etməyə imkan verir: Mərkəzi Avropada türklər yaşayırdı… Özlərini unudan türklər burada qaldılar…

      Əlbəttə, türk coğrafi adları Avropa xəritələrində qorunub-saxlanıb. Onun vasitəsilə bir çox ölkə və xalqların tarixini oxumaq olar.

      Budur, burqund tayfasının marşrutu. Burqund ulusu Avropaya Baykal silsilə dağlarının yarğanlarından gəlmişdir, “burqund” toponimi oranın ən şərq nöqtəsində yaranmışdır. Sonralar Xəzəryanı düzənliklərdə yaşamış, bir hissəsi Qafqaz dağətəyi ərazidə, Qaraçayda məskunlaşmışdı; orada Burqund kəndi var. 435-ci ildə isə Attilanın atası tərəfindən aparılmış ulus müasir Fransaya çataraq Burqundiyanı, Burqund yurdunu yaratmışdır… Fransız-burqundlar türk milli mətbəxinin yeməklərini, bəzi geyim və məişət əşyalarını qoruyub-saxlamışlar, adət və ənənə də yaddan çıxmayıb. Lakin ana dilini itirmişlər.

      Savaoy ulusunun izləri ilə də getmək olar. Bu toponim də görünməz tellərlə coğrafi xəritədə əks olunur, o da Altaydan gəlib… Gəldiyi vaxt isə Xalqların Böyük köçü ilə üst-üstə düşür. “Terinq” sözü də bu cür tarixi səyahətdə kompas rolunu oynaya bilər.

      “Terinq” türk dilində “nəsə bol” deməkdir; məsələn, geniş, bərəkətli vadi haqqında belə deyirdilər. Balxaşdan (əvvəllər bu göl Terinq-göl adlanırdı) Mərkəzi Avropayadək bu toponim nəzərə çarpır. Təsadüfdürmü? Qərbi Avropa ədəbiyyatına görə, Attilanın müttəfiqləri məhz terinqlər (türinqlər), burqundlar və digər “alman tayfaları” olmuşlar. Onların hamısı bacarıqlı süvarilər idi, üzərində xaç çəkilmiş bayraq altında vuruşurdular… Artıq tarixçi İordanın terinqlər, onların atçılıq sənəti haqqında olan sözləri təəccüblü səslənmir… Yerli avropalılar o dövrdə at yetişdirmirdilər! Və kumıs da içmirdilər. Bu, türklərin sevimli məşğuliyyətidir.

      Dunayın xəritəsinə nəzər salaq – əsl qıpçaq adları meşəsidir. Sözgəlişi, “balkanlar” türk dilində “meşə ilə örtülü dağ silsiləsi” deməkdir. Azərbaycanın rayonlarından biri belə adlanır və meşə ilə örtülü əsrarəngiz gözəl dağları var.

      Deyirlər ki, qaradağlılara Balkanlarda “karatayevlilər” deyib sataşırlar, niyə? Türk dilini bilmədən cavab verə bilməzsən. Cavab isə çox sadədir. “Kara” – qara, “tau” – dağ deməkdir. Deməli, “karatayevlilər” və “qaradağlılar” eyni sözdür.

      Avrasiyanın xəritəsində türk toponimləri göydəki ulduzlardan bir qədər azdır. Lakin onlar haqqında haradasa oxumaq çətindir. Düzdür, bu mövzuda kitablar nəşr olunub, lakin xaricdə. Çox az alimin onlardan xəbəri var. Onlardan biri tanınmış coğrafiyaçı Eduard Makaroviç Murzayevdir. O, ola bilər ki, həyatının ən əsas işini görmüş, “Türk coğrafi adları” kitabını yazmışdır… Kitab gülünc bir tirajla (cəmi beş yüz ədəd) buraxılmışdır.

      Böyük Çölün sərhədləri İngiltərədə də pis sezilmir. Onlar V–VI əsrlərdə türklərin (sakların ulusu və yaxud saksların?) rəhbərliyi altında olan anqlosakson yürüşləri haqqında xatirələrdir.

      Aborigenləri məğlub edən qıpçaqlar özlərinin “ada” dövlətlərini yaratdılar, əvvəl yurta, sonra isə krallığa ad verən Kent şəhərini saldılar. “Kent” türkcə “daş qala” deməkdir. O, adanın içərisinə doğru irəliləmək üçün meydan rolunu oynamalı idi. Onun əks tərəfində, qitədə Kale[17] şəhərini saldılar, buradan da məlum olduğu kimi, anqlosakson yürüşləri başlandı, burada Pa-de-Kale boğazından keçid hazırlanırdı. Xəritə bu məlumatı təsdiq edir.

      Lakin ola bilər ki, ən maraqlısı da budur, toponimikanın göstərdiyi lap üzdə yerləşir. “İnq” qədim türk ifadələrinə görə “qənimət” deməkdir. “İnqlend” – “Əldə edilmiş torpaq” sözü buradan yaranmayıbmı?.. Mübahisəlidir? Ola bilər. Lakin türklər buraya gələnədək adalar Albion adlanırdı.

      Əvvəlcə düşünmək, sonra isə mübahisə aparmaq üçün başqa bir fakt: İnqlenddə olan kilsə Roma papalığını tanımırdı, ancaq papa Böyük Qriqori onların inamını qazana bildi. İngilislər yalnız Şərq ayinləri adətlərinə əməl edirdilər. Niyə? Bu ayinlər adalara necə gəlib çıxıb? Onları nə üçün arianlar adlandırırdılar, niyə? Ən birinci abbatın


<p>17</p>

Kala” – türk dilində “qala” deməkdir, lakin daşdan hörülən qala yox, torpaq qala