Sənət əbədidir, ömür amanat. Ариф Алиев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ариф Алиев
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243727 
Скачать книгу
bu da söz, əlində əsir-yesir olubsunuz. Qacara da denən, axtardığını tapmışam. Mən getdim. Yenə nəsə lazım olsa, zəng elə. Bəlkə, sabah heç gələmmədim.

      Ədil İskəndərov yastı qutunu çevirib arxasındakı yazını oxudu:

      – Bir boynu olsaydı bəşəriyyətin,

      Onu bir qılıncla vurardım, yəqin!

      Rejissor dərhal məşqi saxladı.

* * *

      İşin qızğın çağında assistent Turabov rejissora yaxınlaşıb qulağına pıçıldadı:

      – Ədil Rzayeviç, Mədinənin sizə sözü var. Deyir, təcilidir. Deyirəm, indi olmaz, məşqi yarımçıq qoymaz, qalsın sonraya, gözlərinin qorasını sıxır.

      – Qadam, de, getsin kabinetimə. Sənsə otur yerimdə, məni əvəz elə!

      Rejissor yuxarı qalxanda Mədinəni dəhlizdə gördü. Qapını açıb əvvəlcə qızı içəri buraxdı, sonra keçib qoltuqları sürtülmüş, dəri üzlüklü kreslosunda oturdu.

      Mədinə masanın qarşısında ayaq üstə qaldı, əllərini yanına salıb baxışlarını yerə dikdi. Uzun barmaqlarının titrəyişi hiss olunurdu.

      – Otur! – rejissor ötkəm səslə göstəriş verdi, sanki məşq davam edirdi və o, aktrisaya nəyi necə etməli olduğunu başa salırdı.

      Qızın stula çökməyi ilə gözünün yaşını axıtmağı bir oldu:

      – Mənə kömək edin, Ədil Rzayeviç… Mənə kömək edin… İki dəfə çağırtdırıb… Əl çəkənə də oxşamır.

      – Sakitləş, qız, – rejissorun səsi bir qədər yumşaldı. – Sakitləş və söylə görüm, səndən nə istəyir?

      – Əvvəl teatrdan, ədəbiyyatdan söz açdı. Mədəni adam bildim. Səməd Vurğundan şeir dedi: “Şairin ölümü”ndən, “Vaqif” faciəsindən.

      – “Vaqif”dən?

      – Hə, bizim tamaşamızdan. Qacarın monoloqunu: “Mənim vicdanım da, qəlbim də qandır…” Soruşdu ki, başa düşürsən əsl mənasını? Dedim, burda başa düşülməyəsi nə var: qaniçəndir də! Güldü, Vurğunla sizdən suallar verdi. Nə danışırsınız, nə eşitmişəm? Dedim, heç nə, mən onların yanında durmamışam ki, sözlərini də eşidim. Dedi, gözəl qızsan, adam səni buraxmaq istəmir, amma işim çoxdur. Get fikirləş, boşalan kimi çağıracağam. Sonra o çopur tayı gəlib dedi ki, kapitan yenə səni gözləyir. Getdim. Bu dəfə qapını örtdü. Soruşdu, fikirləşdinmi? Dedim, fikirləşməklə nə dəyişir? Dedi, çox şey; məsələn, Vurğunun, rejissorunuzun sözləri yadına düşməsə də, xatırlaya bilərsən ki, səni bura kim gətirib. Elə bil məni ildırım vurdu. O, otaqda gəzişir, nəsə deyirdi. Mənsə eşitmirdim, qulaqlarım küyüldəyirdi, bircə hiss edirdim ki, belə keçəndə boynumu sığallayır, elə keçəndə çiynimi. Sonra əllərimdən tutub qaldırdı, qucaqlamaq istədi. Gözləri oyur-oyur oynayırdı, oğ… şərəfsizin. Onu itələdim, dedim, bir də yaxın dursan, qışqıracam. Yenə güldü. “Yaxşı, – dedi, – gözəllər kütbeyin olur, görünür, sənə bir az da vaxt lazımdır. Bu gecə ixtiyarındadır, get düşün, sabah söhbətimizi davam etdirərik…”

      Araya sükut çökdü. Ədil İskəndərov masanın üstündən qələm götürüb onu əlində fırlada-fırlada fikrə getdi.

      “Səni bura kim gətirib?.. Hm, nəyə işarə etdiyi aydındır… Görən, qorxudur, qızı yola gətirmək üçün belə deyir, ya məsələ daha qəlizdir? Qəlizdirsə, bu bədbəxtin dadına Tanrıdan başqa heç kim yetişə bilməz. Biz bəndələr nəkarəyik?!”

      Yunan əsilli zərif Panfiliya təcrübəli aktrisa idi, türk, gürcü, rus dillərini təmiz bilirdi, Tiflis, Bakı teatrlarında onlarca tamaşada oynamışdı. Ədil İskəndərov da 1936-cı ildə səhnələşdirdiyi ilk tamaşasında – “Polad qartal” dramında ona rol vermişdi. Panfiliya Zəngəzurda doğulmuşdu – ailəsi buraya Qarsdan köçmüşdü – və Bakıda “Sürəyya Zəngəzurskaya” təxəllüsü ilə tanınırdı. Həm də çox gözəl rəqs edirdi. On səkkiz yaşlı Mədinə günaşırı onun evinə gəlir, rəqs dərsi alırdı. Əvvəllər şən, ünsiyyətcil, son vaxtlar isə həmişə qəmgin Panfiliyanın qonşu həyətdə anası ilə yaşayan bu qıza meyil salmasının səbəbi bilinmirdi. Amma aktrisa yarına-yaraşığına, çalışqanlığına heyran qaldığı tələbəsini tez-tez tərifləyirdi, həbs olunmamışdan üç ay əvvəl onu yanına salıb teatra gətirmişdi, rejissora göstərmişdi. Mədinə “kütləvi səhnələr aktyoru” kimi işə götürüldükdən sonra da Panfiliya qızı himayə edirdi. İnanırdı ki, tələbəsinin səhnə gələcəyi var, hərçənd rejissor onda xüsusi istedad görmürdü. Amma Panfiliya gələn il özü əlindən tutub qızı Moskvaya instituta aparacağını deyirdi. Vəziyyət bircə gecədə dəyişdi. Dekabrın 16-sı səhər – aktrisanın ad günündə – xəbər çıxdı ki, gecəynən onu evindən aparıblar. Kim bilir, bəlkə, dalınca gələnlər elə bu kapitanla çopur köməkçisi imiş? Doqquz ay idi, Panfiliyadan soraq yoxuydu. Heç kim heç bir izahat vermirdi, heç kim də heç nə soruşmurdu. Şayiə gəzirdi ki, Tanailidi “casus” çıxıb…

      – Ədil Rzayeviç, indi mən nə edim? – aktrisa zarıdı.

      Şəkil 4.

      Rejissor qələmi masanın üstünə atıb gözaltı Mədinənin enib-qalxan sinəsinə, uzun boynuna, yumru çənəsinə, səyriyən dodaqlarına, dodaqlarının üstündəki xala, düzgün biçimli burnuna, nəmli kirpiklərinin gizlətdiyi badamı gözlərinə, yay kimi gərilmiş qaşlarına, alnına tökülmüş qara, qıvrım saçlarına baxdı.

      “Zalım balası, doğrudan gözəldir… Yox, Panfiliyaya görə götürmək istəsələr, çoxdan götürərdilər. Yəqin, tamah salıb, xox gəlir. Alçaq, baxmır ki, uşaqdır, on doqquz yaşı var, həyatını sındırmaq olmaz…”

      – Sən? Qadam, sən dur, get evinizə. Hər ehtimala qarşı əsas qapıdan çıx. Turabova tapşıraram, açdırar. Sabah son məşqimizə gəlmə, daxili baxışdır, özümüz olacağıq. Ümumiyyətlə, evdən çıxma. Başqa rejissorda məşqin-zadın yoxdur?

      Qız başını buladı.

      – Lap yaxşı. İşdir, soruşsalar, deyəcəm, nasazlayıb, icazə vermişəm, özünə gəlsin. Telefonunuz var? Yox? Lap əla. Qapı döyülsə, sən yatağa gir, anan yaxınlaşsın.

      – Anam gəzə bilmir. İflicdir.

      – Hə?.. – rejissor duruxdu. – Onda… Heç kim yaxınlaşmasın. – Guya NKVD gəlsəydi, qapının açılmadığını görüb geri qayıdacaqdı. – Birisigün saat altı üçün gəl teatroya. Başları çox qarışıq olacaq, yadlarına düşməzsən. Lap düşsən də, bütün respublika rəhbərliyi burada ola-ola sənin kapitanının artıq-əskik hərəkət eləməyə cürəti çatmaz. Sonrası da… Allah kərimdir. Di dur, düşək zala.

* * *

      Məşq bitəndə hava qaralmışdı. Rejissor qalan işlərini də sahmanlayıb assistenti Turabova, hər iki rəssama axırıncı göstərişlərini verib, sabah saat 12-də yığışmaq şərti ilə aktyorları evə buraxıb otağına getdi. Qovluğunu stulun üstünə atdı, ətəyi topuğuna çatan geniş, boz plaşını geydi, əl atıb şlyapasını