Cim dediyimə əməl etdikdən sonra qayığı lap sahilin yanı ilə, durğun sularla sürdüm. Biz adaya başımıza heç bir sərgüzəşt gəlmədən çatdıq. Yolda isə heç kimlə rastlaşmadıq.
O biri gün səhər, nədənsə, bərk darıxdım, bir şeylə əylənmək istədim. Cimə dedim ki, qayıqla o biri sahilə üzüb orada nələrin olduğunu öyrənəcəyəm. Bu fikrim Cimin xoşuna gəldi. O, mənə məsləhət gördü ki, hava qaralıncayadək gözləyim, şəhərdə isə ehtiyatlı olum.
Cim bir qədər fikirləşdikdən sonra mənə təklif etdi ki, üzən evdən tapdığımız köhnə paltarların arasından qadın geyimlərini seçim və qız paltarı geyinərək bu görkəmdə şəhərə yollanım. Bu da yaxşı fikir idi.
Biz çit qadın paltarlarından birini gödəltdik, mən həmin paltarı əynimə geydim. Cim arxadan bütün düymələri düymələdi, paltar elə bil lap əynimə tikilmişdi. Həsir şlyapanı başıma qoydum, lentlərini çənəmin altında bağladım. Cim dedi ki, indi səni nəinki gecə vaxtı, heç gündüz də tanımazlar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.