Kapitan qrantın uşaqları. Жюль Верн. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241242 
Скачать книгу
və Qlenarvan dərhal silaha sarıldılar. Səs-küyə Robert də oyandı. Uşaq da öz silahını götürdü. Amma heç kim atəş açmırdı. Getdikcə qaranlıqda parlayan canavar gözləri çoxalırdı. Üstəlik, onların nərilti səsləri də adamı vahiməyə salırdı.

      Bu qədər yırtıcının öhdəsindən gəlmək çətin olacaqdı. Çünki canavarlar çox, barıt və güllə isə az idi.

      Talkav çəpərin içindən bir az çır-çırpı yığdı, sonra onları yandırdı. Bir azdan alov dilimləri havaya qalxdı. Amma bu da canavarları qorxutmadı. Hətta onların bəziləri pəncələrinin yanmasına baxmayaraq, səyyahlara daha da yaxınlaşdılar. Talkav atəş açıb canavarların bir-ikisini öldürəndən sonra yırtıcılar geri çəkildilər. Amma onlar hücum üçün fürsət gözləyirdilər.

      Qlenarvan Talkavın dilini başa düşməsə də, əl hərəkətləri ilə bir-birini anlayırdılar. Hindu Qlenarvanı birtəhər başa saldı ki, səhər açılanadək canavarlardan qorunmaq lazımdır. Bu yırtıcılar yalnız gecələr ova çıxırdılar. Elə ki günəş doğdu, onlar yuvalarına çəkilirdilər. Amma səhərin açılmasına çox vardı. Get-gedə güllə ehtiyatı qurtarırdı. Üstəlik, od da yavaş-yavaş öləziyirdi.

      Artıq Talkav canavarları dəf etmək üçün özünün iri bıçağını işə salmışdı. O, bıçaqla çəpərdən soxulmaq istəyən canavarların bir neçəsini yerə sərmişdi.

      Səhərin açılmasına iki saat qalmışdı. Qlenarvan sonuncu çubuqları da ocağa atdı. Sonra Robertin yanına gəlib onun saçlarını sığalladı. O, ən çox Robertdən narahat idi. Robert isə sakit idi, görünür, uşaq olduğundan hansı təhlükə ilə üzləşdiyini anlamırdı. Qlenarvan uşağı sinəsinə basıb alnından öpdü. Kövrəldiyini gizlətmək istəsə də, mümkün olmadı. Robert gülümsəyərək dedi:

      – Mən qorxmuram, ser.

      – Qorxulası bir şey də yoxdur, dostum, – Qlenarvan uşağa təsəlli vermək üçün dilləndi, – bir azdan hava işıqlaşacaq və biz xilas olacağıq.

      Bu vaxt Talkav çəpərdən keçmək istəyən iki böyük canavarı tüfənginin qundağı ilə yerə sərdi. “Afərin, Talkav, afərin!” – Qlenarvan və Robert eyni vaxtda səsləndilər.

      Artıq ocaq sönmək üzrə idi. Yırtıcılar hər an hücum edə bilərdi. Talkav axırıncı dəfə tüfəngini doldurdu. Atəş açıb daha bir canavarı öldürdü. Ancaq bununla vəhşilərin qarşısını almaq mümkün deyildi. Onlar çəpərdən içəri soxulmağa başlamışdılar.

      Bu vaxt Qlenarvanla Robert Talkavın atını yəhərlədiyini gördü.

      – Talkav bizi qoyub qaçır, – Robert dedi.

      – O bizi heç vaxt tərk etməz, – Qlenarvan əminliklə səsləndi.

      Amma o bu sözləri daha çox Roberti həyəcanlandırmamaq üçün dedi. Əslində, Qlenarvanın özü də Talkavın onları tək qoyub gedəcəyindən şübhələnirdi.

      Qlenarvan əl hərəkətləri ilə ondan hara hazırlaşdığını soruşdu. Talkav isə işarələrlə başa saldı ki, Tayka bərk qaçır, canavarlar onun arxasınca düşsə də, çata bilməzlər. Qlenarvan hindunun nə etmək istədiyini indi başa düşdü. Deməli, Talkav atını çaparaq uzaqlaşacaq, canavarlar onun arxasınca düşəcək, beləliklə, Qlenarvan və Robert də təhlükədən xilas olacaqdı.

      Amma Qlenarvan bunu istəmirdi:

      – Talkav, yaxşısı budur, atı mən sürüm, sən isə Roberti qoru!

      – Yox, – deyə Talkav etiraz etdi, – mən buraları yaxşı tanıyıram, siz qalın.

      Qlenarvan və Talkav arasında bu mübahisə xeyli uzandı, canavarlar isə artıq bir neçə addımlıqda idi. Bu vaxt Robert heç kimin gözləmədiyi halda Taykanın belinə sıçradı və qaranlığa doğru çapmağa başladı. Canavarlar dərhal onun arxasınca götürüldülər.

      – Robert! Hara?! – Qlenarvan uşağın arxasınca qışqırdı. Sonra o və Talkav çəpərdən düzəngaha çıxdılar.

      Talkav Qlenarvana ürək-dirək verdi:

      – Tayka yaxşı atdır, oğlan da qoçaqdır. O özünü xilas edər.

      Artıq dan yeri sökülürdü. Üfüqdə günəşin tutqun çöhrəsi göründü. Otların üstünə şeh damlaları düşdü, xəfif səhər mehi əsdi. Yola düşmək vaxtı idi.

      – Gedək, – hindu dedi.

      Onlar atları mindilər. Dayanmadan bir saat at çapdılar. Nəhayət, uzaqdan güllə səsləri eşidildi. Bu, dəstənin o biri üzvləri idi. Yerlərini nişan verirdilər. Qlenarvan və Talkav atlarını mahmızlayıb daha sürətlə çapdılar. Bir neçə dəqiqədən sonra onlar dəstənin o biri üzvlərinə yetişdilər.

      Roberti Paqanelin yanında görəndə Qlenarvan sevincdən qışqırdı. Dərhal atdan düşüb uşağı qucaqladı. Talkav isə Paqanelə Roberti göstərib öz dilində:

      – Qoçaq oğlandır, – dedi.

      Daşqın

      Beləliklə, səyyahlar Argentina düzəngahlarında yollarına davam etdilər. Onlar şəhər və kəndlərdən keçir, yerli əhali ilə söhbət edib “Britaniya” gəmisi haqqında soraqlaşırdılar. Amma axtarışlar hələ ki heç bir nəticə vermirdi; batan gəmi və onun kapitanını gördüm deyən yox idi.

      Axtarışların uğursuz keçməsi ən çox Paqaneli əsəbiləşdirirdi. O, tez-tez şüşə qabdakı sənədləri qarşısına qoyur, orda yazılan ala-yarımçıq sözləri dönə-dönə oxuyurdu. O inanırdı ki, solmuş kağızlarda nəyi isə düzgün oxumayıblar.

      Dəstə bir xeyli getdikdən sonra şəhər və kəndləri yenidən düzəngah əvəzlədi. Axşamayaxın güclü yağış başladı. Bir azdan yağışa güclü külək də qoşuldu. Artıq bu, tufan idi. Səyyahların yapıncılarından yağış sel kimi tökülürdü. Başdan-ayağa qədər islanıb əldən düşən səyyahlar qaranlıq düşəndə kimsəsiz bir daxmaya gəlib çıxdılar. Daxma o qədər çirkli idi ki, adam iyrənirdi. Amma yağışdan gizlənmək üçün başqa yol yox idi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/4QBORXhpZgAATU0AKgAAAAgABAMBAAUAAAABAAAAPlEQAAEAAAABAQAAA