Elmi yanlışlıqlar-təbiət və insan. Ариф Алиев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ариф Алиев
Издательство: Altun Kitab
Серия: Elmi-kütləvi ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242171 
Скачать книгу
ilə müqayisədə daha böyük yumurta gətirir?

      Dəfələrlə eşitmisiniz ki, dünyada ən böyük yumurta dəvəquşu yumurtasıdır.

      Amma öz çəkisi ilə müqayisədə balaca kivi quşunun yumurtası dəvəquşu yumurtasından 17 dəfə ağır gəlir.

      Çəkisi 150 kiloqrama çatan dəvəquşunun yumurtası 24 toyuq yumurtası boydadır, onu suda bərkiyənədək qaynatmaq üçün 45 dəqiqə vaxt lazımdır. Bununla belə, dəvəquşunun yumurtası onun öz çəkisinin 11,5%-ni təşkil edir. Adətən 1,5 kiloqram ağır lığı olan kivinin hər yumur tası isə dişi quşun çəkisinin 26%-i qədər olur. Təsəvvür edin: sanki qadın altı yaşında uşaq dünyaya gətirir.

      Dəvəquşu, kivi quşu və toyuq yumurtalarının müqayisəsi

      Alimlər müəyyənləşdiriblər ki, tarix boyu ən böyük yumurta qoyan canlı epiornis olub. Madaqaskar adasında yaşayan və indiki dəvəquşulara bənzəyən bu heyvanın kökü 1700-ci ildə kəsilib. Əvvəllər ona “fil quşu” da deyiblər. Epiornisin yumurtasının həcmi doqquz litr, çəkisi isə 180 toyuq yumurtası qədər olub. Güman edilir ki, “Min bir gecə” əsərində Sindi-badın döyüşdüyü Ruh quşunun təsviri məhz epiornisdən götürülüb.

      Pərvanələr niyə özlərini oda vurub yandırırlar?

      Pərvanələr özlərini oda vurub yandırmırlar, istəmədən oda düşüb yanırlar. Alov güclü işıq mənbəyi kimi onları çaşdırır və tələyə salır.

      Pərvanələr uçuşlarını işıq mənbəyinə görə idarə edirlər. Onların bu xüsusiyyəti alimləri çoxdan maraqlandırıb. Müəyyən edilib ki, pərvanələr uçuş zamanı həmişə işıq mənbəyinə paralel hərəkət edirlər.

      Meşə yanğınlarını nəzərə almasaq, milyon illərlə kəpənəklər üçün belə mənbə Günəş və Ay olub. On lar uçuş istiqamətini məhz bu göy cisim lərinin işığına görə tənzimləməyi öyrəniblər. Həm Günəş, həm də Ay yerdən çox uzaq olduğu üçün onların işığına paralel uçmaq elə düz xətt üzrə hərəkət etmək deməkdir. Amma gecə vaxtı ocaq, lampa, yaxud yanan şam kimi parlaq işıq mənbəyinə rast gələndə pərvanələr çaşırlar. Necə deyərlər, koordinasiya nöqtəsini səhv salırlar.

      Bu sxemdə daha güclü işıq mənbəyindən asılı olaraq pərvanənin hərəkət trayektoriyasının necə dəyişdiyi göstərilir.

      Ocağa paralel, yəni daim 90 dərəcə bucaq al tında necə uçmaq olar? Əlbəttə, yalnız spiral üzrə onun ətrafında fırlanmaqla. Pərvanə də gözlənilmədən yerini dəyişmiş “Ay”ın başına dolanmağa başlayır. Elə trayektoriya ilə uçur ki, işıq həmişə eyni tərəfdə, eyni bucaq altında qalsın. Lakin ocaq Ay kimi hər tə rəfə sabit işıq saçmır, lampanın işığı isə şüa kimi deyil, dalğavari yayılır. Nəticədə pərvanəyə elə gəlir ki, bucaq tez-tez dəyişir, “xəta”nı aradan qaldırmaq üçün pərvanə spiralı daraldır və sonda ya ocağa düşür, ya da özünü lampaya çırpıb qanadlarını yandırır.

      Özünü fədakarcasına odda yandıran pərvanə obrazı şairlərin, yazıçıların, rəssamların sevgini tərənnüm edən yüzlərlə əsərlərinin qəhrəmanıdır.

      Yeri gəlmişkən, pərvanənin özünü oda vurub yandırması haqqında əfsanənin yaranmasında ən böyük rol sevgini ilahiləşdirən romantik Şərq şairlərinə məxsusdur.

      Qırxayağın neçə ayağı var?

      Mərc kəsib 30-dan tutmuş 750-yə qədər hansı rəqəmi desəniz, uduzmazsınız. Bircə qırx rəqəmi üzə rində israr etməyin. Çünki tədqiqatçılar məhz qırx ayağı olan qırxayağı hələ tapmayıblar.

      Elmə 13 minə qədər qırxayaq növü məlumdur. Bunlardan 11-nin qazıntılar zamanı qalıqları aşkar edilib. Qalan növlər bu gün də mövcuddurlar.

      Təbiətdə ən çoxayaqlı heyvan – llacme plenipes qırxayağı. İkinci şəkildə onun ayaq larının quruluşu göstərilir.

      Növündən və yaşından asılı olaraq bu həşəratların ayaqlarının sayı dəyişir. Təzə doğulmuş qırxayağın cəmi bir neçə cüt ayağı olur. Sonradan onların sayı sürətlə artır.

      Bəs niyə onlara belə qəribə ad qoyublar? İş ondadır ki, 40 rəqəmi (türklərdə “qırx”, “kırk”, ruslarda səslənməsinə görə ona yaxın olan “sorok”) bir vaxtlar bəzi xalqların dilində təkcə konkret say bildirməyib, həm də sayı məlum olmayan çoxluq ifadə edib. Məsələn, rus dilində “sorok sorokov”, yəni qırx dəfə qırx, 1600 yox, “saysız-hesabsız” anlamına gəlir.

      İngilis dilində isə qırxayaqlar dəstəsini Myriapoda adlandırırlar. Yunan sözü olan “miriada” – “on min” deməkdir. Doğrudur, on min ayağı olan həşəratı hələ heç kim görməyib. Yer üzündə ən çox ayaqlı heyvan 1926-cı ildə ABŞ-ın Kaliforniya ştatında qeydə alınmış llacme plenipesadlı qırxayaq növüdür. Onun 750 ayağı var. İkincə dəfə bu həşərata təbiətdə bir də 79 ildən sonra rast gəlinib.

      Kərgədanın buynuzu nədəndir?

      Uzun müddətdir ki, kərgədanlar nə ətinə, nə dərisinə, yalnız burunlarının üstündə yerləşən buynuzlarına görə ovçular tərəfindən təqib edilir, öldürülürlər. İndi də bəzi Asiya ölkələrinin “qara bazarlar”ında otra çəkisi 3 kiloqram olan kərgədan buynuzunun yüz minlərlə dollar qiyməti var. Sözün əsl mənasında buznuzları başına bəla olan kərgədanlar təbiətdə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanlar arasında dördüncü yeri tuturlar.

      İnsanların çoxu əmindir ki, kərgədan buynuzu sıx hörülmüş cod tüklərdən ibarətdir. Əvvəllər elmdə də belə qəbul edilmiş, kitablarda belə yazılmışdı. Lakin mikroskop altında aparılan tədqiqatlar bu təsəvvürün yanlış olduğunu üzə çıxardı: kərgədan buynuzu olduqca nazik, keratin adlanan buynuz maddəsi liflərindən hörülüb. Keratin – zü laldır, o, insanın saç və dırnaqlarında, heyvanla rın caynaqlarında, zirehlərində, quşların lələklərində olur. Lakin kərgədan yeganə canlıdır ki, buynuzu bütün lüklə keratindən ibarətdir, bərk özəyi yoxdur, sadəcə dəriyə birləşir. Onun kəllə sümüyünə baxsanız, heç vaxt ağlınıza gəlməz ki, bu, buynuzlu heyvanın kəlləsidir.

      Gərkədan buynuzu tüklərdən deyil, buynuz maddəsi liflərindən hörülüb.

      Kərgədan buynuzu dırnaq kimi uzanır. İndiyədək bəlli olan ən böyük buynuzun uzunluğu 158 santimetr olub. Bu buynuzun başlıca funksiyasından alimlər hələ baş aça bilməyiblər. Kərgədanlar ondan silah kimi istifadə etmirlər, yalnız itələşirlər, döyüşdə isə iti dişlərini işə salırlar. Amma müşahidə edilib ki, buynuzunu itirmiş dişi kərgədan balalarını böyütməyin qayğısına qalmır.

      Planetimizdə 60 milyon il bundan əvvəl məskunlaşmış, uzunluğu 2,5 metrə, çəkisi 4 tona çatan bu nəhəng heyvanların kökü kəsilmək üzrə olduğunu dedik. Kərgədan buynuzundan təbabətdə, bəzək əşyalarının,